"Dünyanın
sonu" artıq yaxındır - bu sözləri chox eşitşişik.
İnsanın tarixində belə fikirlər minlərlə olub.
Bu dəfə ruslar dünya miqyaslı sankskyaların təsiri
altına düşdülər: planetlərin
növbəti paradını artıq bizim ölkəmizin ərazisindən müşahidə etmək mümkün
olmayacaqdır. Deməli, ruslar üçün "dünyanın sonu" ləğv edilir. Artıq qalan məsələlərə görə narahat olmağa dəyər.
Həmin gün, … il bundan əvvəl
On yeddi dekabr 1919 cu ildə San – Fransiskodan
seysmoloq və meteoroloq Albert Porta planetlərin paradı ilə əlaqədar
olaraq dünyanın sonu haqqında məlumat verdi: Günəş sisteminin altı planeti
şərti düz xətt üzrə qurulmalıdır. Mediuma görə güclü maqnit qasırğası Günəşdə partlayışlar
yaratmalı və onun alovunda bütün Yer üzündəki
canlılar yanmalıdır. Təbii olaraq, kütləvi isteriya və çoxsaylı suisidlər
bütün dünyada başlanmalıdır. Lakin, bu baş vermədi. Porta sadəcə olaraq yalançı
peyğəmbər və şarlatan olmuşdur. Həmçinin, hələ XIX – cu əsrdə Artur
Şopenqauer acıqlı – acıqlı qeyd etmişdir: "Hər kəs dünyanın sonunda öz
dünyagörüşünün sonunun gəldiyini qəbul edir".
Lakin Porta dövründən başlayaraq, hər dəfə planetlərin
paradı apokaliptik peyğəmbərlik ilə müşayiət olunur. 10 mart 1982 ci ildə nadir
planetlər paradı baş verir: Günəş sisteminin bütün doqquz planeti (həmin anda
doqquz planet – çünki, Plutonu o zaman hələ ki planet hesab etmirdilər) Günəşin
bir tərəfində toplanmışdılar. Kaliforniyada bunun nəticəsində əsl
çaxnaşma başladı. Nəyə görə? Səma hadisəsindən bir neçə il əvvəl hansısa bir
şarlatan “Yupiterin effekti” kitabını buraxdı və təsdiq etdi ki, planetlərin
paradı Los – Ancelesi yer üzündən silən güclü zəlzələyə gətirib çıxaracaqdır.
Vətəndaş, sizi təbrik edirik! Heç bir kataklizma baş verməmişdir. Zəlzələ baş
versəydi bu zaman nəyin baş verəcəyini düşünmək insanı dəhşətə gətirir. Bu
həqiqətən də qlobal fəlakət olardı. Yer kürəsini Hollivudsuz təsvir etmək
mümkündürmü? Mən də bunu bacarmıram.
Növbəti "dünyanın sonu" – nun 2000 ci ildə
baş verəcəyini söyləmişdilər (“milleniumda” necə qazanc əldə etməyəsən?!).
Güclü asteroidin yerə düşməsini, ikinci Ayın meydana çıxmasını, nüvə
müharibəsini və bir çox hadisələrin baş verəcəyini gözləyirdik. Lakin, bu ciddi
sarsıntıdan bir ildə keçdi.
Daha sonra deyirdilər ki, guya 11 avqust 2001 ci
ildə Yer kürəsini böyük dəlik udmalı idi, 2003 cü ildə isə Yer kürəsi çoxlu
hissələrə parçalanmalı idi.
Daha sonra maya hindularının təqvimini Dünyanın sonunu xatırladılar.
Onların qədim xronologiyasına müvafiq olaraq müasir dövr 21 dekabr 2012 ci ildə
başa çatmalı idi. Amerika alimləri iddia edirdilər ki, bu zaman Günəş Kahkaşan
yolu zonasına qədəm qoymalı idi və bunun da nəticəsində dünyanın yenilənməsi
baş verəcəkdi. Bu bədxah alimlərin bəyənatını ciddi qəbul edən bir çox insanlar
mağazalardan ilk zəruri malları; şamları, kibritləri və duzu satın almağa
başladılar. Çevik biznesmenlər sağ qalmaq üçün xüsusi vasitələr dəstini bazara
çıxardılar. Bu komplektə nə daxil idi? Sabun, konservalar bankası, şamlar, duz
və alkoqol. Alkoqolsuz necə qalmaq olar! Antiseptik və
antidepressantız? Lakin maya hinduları da yalan danışırmış...