Onun və onun xələfləri tərəfindən böyük və qədim
dövlətlər: Xorezmşahlarının dövləti, Çin imperiyası, Bağdad xilafəti yer üzündən silinmiş, rus knyazlıqlarının böyük hissəsi zəbt olunmuşdur. Həddən artıq böyük ərazilər “Yasa” adlanan çöl
qanununun idarəetməsi altına keçmişdi.
Lakin, monqollara qədər yüz illər ərzində Avrasiyada
hökmranlıq edən digər fatehlərdən fərqli olaraq yalnız Çingizxan stabil dövlət
sistemini yaratmağa və Asiyanın Avropa qarşısında nəinki kəşf olunmamış çöllük
və dağlıq ərazisi, eləcə də, vahid sivilizasiyası ilə özünü nümayiş etdirdi.
Məhz onun sərhəddlərində sonradan islan dünyasının türk basqını başladı, o da
öz ikinci hücumu ilə (ərəblərdən sonra) az qala Avropanı məhv edəcəkdi.
Monqolların dövlətində din azadlığını qəbul etmə
prinsipi müəyyən olunmuşdu. Səyyahlar təsvir edirdilər ki, böyük xanın çadırı
qarşısında kilsəni, məscidi, budda məbədi qururdular və şamanlar
rəqs edirdilər.
Lakin ən əsası, Çingizxan avropa xristian və asiya
islam ölkələri üçün
qiyamətin nişanəsi idi. Avropalıların bir parça torpağa və ya qızıl sikkələrə
görə onilliklər ilə davam edən bir – birilərini qırdıqları daxili iğtişaşların
ardınca “Allahın bəlası” gəlir və hamının torpağını, qızılı və hətta həyatını
belə zəbt edir.
Monqollar və ümumiyyətlə, Asiya xalqları Çingizxanı
dahi qəhrəman və islahatçı, ilahi varlıq adlandıraraq ona hörmət və ehtiram
bəsləyirdilər. Avropalının (o cümlədən də, rusun) yaddaşında o, güclü və
qorxulu tufandan əvvəl görünən qırmızı bulud kimi qalmışdır.