Texnoloqiya

Öldükdən sonra onlayn həyat

onlayn həyat

Öldükdən sonra onlayn həyatımızda nə baş verir?

SEATTLE - Növbəti illərdə Facebook-da daha çox artıq ölən insanların hesabları olacaq. Faktiki olaraq, bəzi hesablamalara görə, artıq 2060-cı ildə ölən istifadəçi hesablarının sayı yaşayan insanların hesablarının sayından çox olacaqdır.

Lakin insanların "öldükdən sonra qalan rəqəmsal həyatını" qorumaq üçün tələb olunan yaddaş Facebook-un yaddaşından daha çoxdur. 21-ci əsrdə yaşayan bir insan öldükdə o, Twitter-dən onlayn bank qeydlərinə qədər bir çox yazı, şəxsi mesaj və məlumatları yaddaşda saxlamış olur. Bu məlumatlar kimə məxsus olacaq və mərhumun məxfiliyini qorumaq kimin məsuliyyətidir? Arizona Dövlət Universitetinin sosioloqu Faheem Hussain son illərini insanların, sosial platformaların və hökumətin geridə qoyduğumuz rəqəmsal həyatı necə idarə edəcəyini və bu məlumatların nə kimi təhlükələri olduğunu araşdırmaqla keçirib.

Hussain Elm jurnalını nəşr edən AAAS-ın illik toplantısında rəqəmsal miraslarımıza dair bir təqdimat verdi. Biz Hussain ilə sosial platformalarda insanların ölümdən sonrakı rəqəmsal həyatlarını əvvəlcədən planlamağa həvəsləndirmək, öləndən sonra gizlilik hüququ olub-olmaması və yeni bir matəm mədəniyyəti barədə danışmaq üçün görüşdük.

Sual: 21-ci əsrdə ölümdən sonra geridə qalan rəqəmsal həyatının nə kimi özəllikləri var ?

Cavab: Öldüyümüzdə sosial həyatımızı geridə qoyuruq: şəkillər, xatirələr, mesajlar, sosial şəbəkələrdə istifadə etdiyiniz hər şey. Bu yalnız Facebook ilə əlaqəli deyil. Bu, məlumatlarımızı istifadə edən bütün onlayn platformlara aiddir:. Google, LinkedIn, Twitter. Google hesablarımız bəyəndiklərimiz və bəyənmədiklərimiz, gördüyümüz işlər, söylədiklərimiz, axtardıqlarımız baxımından çox məlumat daşıyır. İnkişaf etməkdə olan ölkələrin çoxunda onlayn bankçılıqla bağlı ciddi problemlər var. Onlayn bank əməliyyatları çoxlu şəxsi məlumatlar tələb edir və insanlar bu məlumatlara proses boyu ne baş verəcəyinin fərqinə varmadan həvəslə verirlər.

Sual: Niyə insanlar bu problemə ciddi yanaşmalıdırlar?

Cavab: Heç kim bilmir ki, öləndən sonra bu məlumatlara nə baş verir. Bu, hər kəsə təsir edən problemdir, amma heç bir təhlükəsizlik göstərişi verilmir. Şirkətlər və bu sahədə işləyən şəxslər nə edirsə, öz qaydalarıyla edirlər. Standartlarımız yoxdursa, qanuni olaraq təhlükəsiz sosial şəbəkə yoxdur və bu, düzgün deyil. Sessiya zamanı söylənilən hekayədə bir nümunə verilir: Universitet tələbəsi və ictimai həyatı fəal olan Nahian Al Muktadir xərçəng xəstəliyinə tutuldu. Müalicəsi zamanı pul toplamaq üçün Nahian gündəlik həyat təcrübəsini Facebook-da aktiv şəkildə bölüşürdü. Öldükdən sonra ailəsi və dostları istədi ki, onun Facebookdakı bütün statuslarını bir kitab şəklində çap etdirsinlər, lakin bacara bilmədilər, çünki Facebook onun hesabını yaddaşa atdı və bütün statusları başqaları üçün əlçatmaz oldu. Nahianın ailəsi Facebook-u hesabı əldə etmək üçün razı salmağa çalışsa da, səyləri uğursuz oldu. Beləliklə, ailə Nahianın rəqəmsal mirası üzərində mübarizə aparmalı oldu.

Sual: Ölən insanların ölümdən sonra da məxfilik hüququ var mı?

Cavab: Mən şəxsən bunun üçün qanunlar olacağına inanıram. Qanuni tətbiqetmə məsələsinə gəldikdə isə şübhələrim var. Mən insanların qanunlardan çox standartlara qərar verməsinin daha çox tərəfdarıyam. Ancaq düşünürəm ki, şəxsi məlumatlar orada qalmalıdır.

Sual: Google məlumatlarınızı öldükdən sonra silinməyinə imkan verən bir seçim parametrinə malikdir. İnsanlara ölmədən əvvəl rəqəmsal hesablarının planını qurmaq üçün nə etməyi təklif edirsiniz?

Cavab: Hər şeydən əvvəl, sosial media siyasətindən xəbərdar olun. Sosial media qurucularının sizə verdiyi gizlilik parametrləri barədə məlumat aldığınızda, günün sonunda onsuzda onların məlumatlarınıza sahib olacağını bilməlisiniz. Rəqəmsal platformalardan məlumat mübadiləsinə gəldikdə məsuliyyətli olmalıyıq. Mən yalnız rahat paylaşa biləcəyim şeyləri paylaşıram. Bu səbəbdən, mən öləndən sonra insanların bu məlumatlara daxil olub-olmaması ilə maraqlanmıram.

Sual: Sosial mediada ölü insanlarla münasibətimiz necə olmalıdır?

Cavab: İnternetdə ölən insanlarla necə münasibət bəsləməyimiz, hansı xidmətləri təklif etdiyimiz və bunun necə tətbiq etdiyimizin mədəniyyəti haqqında danışmalıyıq.

Yaponiya və Koreyada rəqəmsal məzar daşları var. Yaponiyadakı bəzi qəbiristanlıqlarda QR kodları var. Bu kodlar vasitəsilə mərhumun ən sevdiyi mahnısını dinləyə və onların sevimli filmlərini və ya sitatlarını görə bilərsən. Buna baxmaq çox maraqlıdır. Terapevtik ola bilər, elə deyilmi? Ancaq eyni zamanda, hesab istismar edilə bilər, vəziyyət daha da pis hal ala bilər (ailənin üzvünün hesabını aktiv saxlaması kimi rəqəmsal həyatın bəzi formaları başqalarında travma yarada bilər və işlərini davam etdirmələrinə mane ola bilər- nitqin əvvəlində Hussain söylədi.) Şübhəsiz ki, bu proseslərin insanlara necə təsir göstərə biləcəyi barədə heç bir məlumatımız yoxdur.

Axırıncı

Nə üçün su yanmır?

Nə üçün su yanmır

Bir qism əşyaları güclü şəkildə qızdıran zaman onlar alışır. Digərləri isə hətta zəid qızma zamanı da yanır. Ümumiyyətlə,

Coronavirus triviası

Coronavirus triviası

2019- 20 koronavirus pandemiyası, 2019-cu ildə koronavirus xəstəliyi ilə əlaqəli hələ də davam edən beynəlxalq sağlamlıq vəziyyətidir.

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

dəvələr haqqında Dəvələrin iki növü var

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

kosmik səyahətə

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr

Güclü qalmaq üçün tövsiyələr  Emosional

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Gənc sahibkarların biznes təcrübələri

Amerikanın ən gənc sahibkarların təcrübələriylə tanış olun.

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

Tarixin ən böyük moda sahibkarları

Tarixin ən böyük moda sahibkarları Ralf Lauren Phil Knight Levi Strauss

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

ufo