Milli – dini ənənələtin ürəksıxan çərçivəsindən
çıxmağı bacarmış rus çarı. Pravoslav
etiqadının təmizliyinə bir dəfə də
olsa şübhə etməyən xaçpərəst müasirlərinin təfəkkür tərzinə yad olan qlobal
ideyaların uğrunda Kilsə təsisatının belini qırdı. O, sonsuz əyyaşlıq
məclislərində vaxt keçirməklə, sərxoşluq etməklə, yaxın qohumları və uzaq
insanları təhqir etməklə öz səhhətinə zərbə vurmuş nəhəng persona idi. O,
zəif və əqidəsiz oğlunu mühakimə edən və edam etdirən atadır. O, yeni
paytaxtın, yeni ordunun, ölkənin yeni simasının, yeni bürokratiyanın təməlini
qoymuş şəxsiyyətdir. O, öz əsrini geridə qoymuş mütərəqqi ideya sahibi, Qədim
Romanın imperiya simvolikasının vurğunu olan hökmdardır.
Vətənin cahilliyinə, tənbəlliyinə, yöndəmsizliyinə,
geriliyinə qarşı üsyan etmiş ilk rusdur. Heç olmasa uşaqlığının interyerinə
qayıtmaq üçün yataq otağında parçaları tavanda dartıb bərkitməyi əmr etmiş rus
passionaridir.
Pyotr rus tarixinin böyük fiquru olub, atası Aleksey
Mixayloviçin kələklə və min bir əziyyətlə yaratdığı çar – atanın sakral
obrazını puç etdi. O bununla sonuncu Romanovların imperiyanın parçalanmasından
iyirmi il əvvəl Pyotrun obrazını Fyodorovo kəndində bərpa etmələrinə nail oldu.
Etiqadı qoruyub saxlamaq toxumunu Rusiyada əkmək
istəyənlər üçün Pyotr qəbuledilməzdir. Pyotr – müstəsna rus ideyalarının bütün
daşıyıcılarının düşmənidir, millətçilər üçün isə Pyotr Xristian Kilsəsinin
düşməni, dünyanın şərini rus cənnətinə buraxmış Dəccaldır. O hələ hətayda
olarkən ondan sərt xasiyyətinə, edamların həvəskarı olmasına,
təşəbbüsə qarşı tələbkarlığına görə qorxurdular. Pyotr silahdaşlarına müraciət
edir, lakin silahdaşlarının əvəzində qorxaq nökərləri görürdü. O, ümid edirdi
ki, təhsil onlarda şərəf haqqında təsəvvürü tərbiyə edəcəkdir və millətin
ictima həyatda fəal iştirakına səbəb olacaqdır. Passionariy – dinin keşiyində
duranlar üçün qiyamət bədheybəti idi. Və yenidən bataqlıq otları rus həyatının
bataqlığının üzərini örtdü.