İri dəniz xərçəngi olan
omar terroçuların əleyhinə verən texnoloqiyasının ideyasinnan xəbər verək.
Omarın gözləri ümmanın dibində bulanıq
və qaranlıq suda görmək qabiliyyətinə malikdir. Onlar işığı əks
etdirir, daha sonra isə predmetlərdən əks olunan ultra səsləri tutan
yarasalar kimi bulanıq ümmanda əks olunan işıq dalğalarını tuturlar.
ABŞ alimləri omarın bu super bacarığını mexaniki
rentgen skanerinin yaradılması üçün istifadə etmişdirlər. Bu ixtiranı
hərbçilər və xidmətdə olan polis əməkdaşları üçün
istifadə etməyi planlaşdırırlar: bu aparat qalınlığı yeddi
santimetrə qədər olan divarın arasından görməyə icazə verir.
Razı olun ki, quldurun hansı küncdə dayandığını bilmək həddindən artıq
faydalıdır.
Artıq Amerika Milli Təhlükəsizlik Idarəsi zəif rentgen
şüalarını buraxan qurğu ilə maraqlanmışdır. İxtiraçılar
şəxsən əmin edirlər ki, bu qurğuların köməyi
ilə gömrük əməkdaşları müxtəlif silah, bombaları
və qaçaq malı aşkar edə bilərlər: o, bir neçə metr aralı
məsafədə yerləşən hər bir predmeti göstərməyə qadirdir. Həmçinin
mexaniki «rentgen topu» divarlarda köhnə məftilləri
axtaran inşaatçılar və həmçinin, arxeoloqlar üçün də faydalı
olacaqdır.
Omarın gözlərinin şüanı əks etdirmək, daha sonra
isə onları linzada yenidən fokusa yığmaq bacarığı əsasında
rentgenoskopik teleskop Lester Universitetində yaradılmışdır. Bu
teleskop “Xabbl” teleskopu kimi uzaq kainatı öyrənəcəkdir.