Qrup tədqiqatlar üçün yapon işıldaquşlarını seçmişdir. Belə məlum olmuşdur ki, əsas məsələ işıldaquşların qarıncığının
quruluşundan ibarətdir: əks cinsin fərdlərinə çağırış yönümlü işıq
siqnallarının verilməsi üçün bir o qədər də çox enerji tələb olunmur. Çünki, onların qarıncığı paltaryuyan
lövhə kimidir. İşıldaquşun qarıncığında işığın sınması əmsalı
işığın havada sınması əmsalı kimidir.
Koreyalı elm adamları işıldaquşun
qarıncığında nanostrukturlardan ibarət olan naxışları təkrarlayan oyuqlardan
plastik formanı əldə etmiş, onun üstünə şəffaf qatran tökmüş,
daha sonra isə bu cür bir neçə “fənəri” işıq diodları
ilə işıqlandırmışdırlar. Luciolalateralis işıldaquşunun qarıncığının quruluşunu bütünlüklə xatırladan orijinal
nanostrukturlarda işıq məhz mayakın linzasında olduğu kimi əks olunmuşdur.
Sonralar bu kəşfi smartfonların ekranlarının və maye kristal monitorların
işıqlandırılması üçün tətbiq etməyi planlaşdırırlar.