Həqiqətən də, bütün planetdə IQ, yüksək ehtimalla, azalır. Yenə də, əmin olmaq üçün daha uzunmüddətli müşahidələr
vacibdir. IQ testini elə
tərtib edirlər ki, bu zaman iştirakçıların 50% dünyanın bu və ya
digər hissəsində 100 az, qalan 50% isə - daha yüksək
nəticəyə malik olurlar. Yəni, «yüz» populyasiya üzrə ən orta göstərici kimi çıxış edir.
XX əsr ərzində «yüz» səviyyə hiss olunan şəkildə artmışdır (Flinn effekti). Kütləvi təhsil, daha yüksək kalorili qidanın qəbul olunması (enerjinin 20% biz beynin
işinə sərf edirik) və digər amillər buna yardım etmişdir. Buna görə də, artan IQ ardınca
dəfələrlə testlərin məzmunu dəyişilərək, onları daha «sərt» şəklə
salmışdır. Lakin 1990-cı illərdə vəziyyət 180
dərəcə altında dəyişmişdir.
Neyropsixoloq Mişel Demürje 2019 cu ildə
“Ekran sarsaqlarının fabriki” kitabını buraxmışdır. Müəllif həyacan təbili çalır: 1999 cu
ildən 2009 cu ilə qədər
gənclərin orta IQ səviyyəsi məktəbin və ali ixtisas müəssisəsinin
qovuşuğunda 3,8 bəndə qədər düşmüşdür. Sanki insana elə gəlir ki, bu əhəmiyyətsizdir, lakin, əslində elə deyil. Bu tendensiyanı 100 ilə qədər artıraraq biz
intellektin 62 qədər düşməsinə nail olarıq. Yəni Fransa əhalisi XXII
əsri əqli gerilik halında qarşılamaq riski yaşayır.
Biz fransız müəllifinin telefonların hesabına bu qədər
qısa müddət ərzində qolobal sarsaqlığın inkişaf etməsi ilə bağlı təlaşını
bölüşmürük. Birincisi, 1999-2009 illər – heç də smartfonların dövrü deyil.
Onlar sadəcə olaraq bu dövrdə gənclər ilə bağlı vəziyyətə hissolunan şəkildə
təsir göstərməyə macal tapmışdırlar.
İkincisi, Demürjenin öz kitabında təkidlə ittiham
etdiyi televiziya heç də günahkar deyildir. Axı ilk dəfə qalanlardan fərqli
olaraq öz gənclərinin əqli səviyyəsinə daha mütəmadi olaraq nəzarət edən
ölkələr bu dönüşü (orta IQ səviyyəsinin enməsinin başlanması) hiss
etdilər: Qərbi Avropa və Avstraliya.
1970 – ci illərdə televizorlar demək olar ki, hər bir
ailədə var idi, lakin IQ səviyyəsinin azalması müşahidə olunmurdu.
Əksinə, bu göstərici 80-cı illərə qədər artmışdır.
Ətraf mühitin çirklənməsinin IQ səviyyəsinə təsir
göstərməsi şübhə doğurur. Tendensiyalarda dönüş 1990 cı illərdən etibarən
Almaniyada, Norveçdə, Finlyandiyada və Fransada da müşahidə olunmuşdur: yəni,
sənaye tullantılarının miqdarının əhəmiyyətli şəkildə azalmasından sonra
onların ən yüksək həddi bu ölkələrdə 1970 ci ildə - 1980
ci illərin birinci yarısında müşahidə olunmuşdur.