Odlu silahın istiqamətini təyin edən gülləsi necə fəaliyyət göstərir və onu nə üçün icad etmişdirlər?
Öz istiqamətini
təyin edən döyüş sursatı – vacib olub, onu istifadə etmədən müasir ordu silahının əksər
növlərinin doldurulmasını təsəvvür etmək qeyri – mümkündür. Xüsusilə gecə saatlarında istiqamətini təyin
edən güllələrin hərəkəti yaxşı nəzərə çarpır. Bu cür atəşlər həddən artıq effektli görünür. Lakin
bütün buinlara baxmayaraq, onlar estetik gözəllik üçün deyil, əməli fayda əldə
etmək üçün yerinə yetirlir. Bəs istiqamətini təyin edən güllə necə qurulmuşdur
və necə fəaliyyət göstərir?
Güllədə praeelənmiş yanar maddəli kolba
mövcuddur. /Foto: dlyakota.ru.
Öz istiqamətini
təyin edən döyüş sursatlarının birincidərəcəli və vacib tapşırığı atıcının
buraxdığı döyüş sursatının məhz haraya uçacağını təyin etməkdən və bununla
birlikdə, atəşə sürətlə düzəliş verməkdən ibarətdir. Əksər hallarda istiqamətini təyin edən patronlar
adi patronlar ilə əvəz olunur. Məsələn, Kalaşmikov avtomatının darağına
qoyulan döyüş sursatından hər üçüncüsü öz istiqamətini təyin edən güllədir.
Hər üçüncü güllə - öz
istiqamətini təyin edən güllədir. /Foto: popgun.ru.
Öz istiqamətini
təyin edən döyüş sursatları hələ Birinci Dünya müharibəsində meydana çıxmış və əsasən
pulemyotlar üçün nəzərdə tutulmuşdur. Doğrudur, bu cür tipli ilk döyüş sursatlarının görüntüsü həddən
artıq zəifdir. Buna
görə də, əksər hallarda “öz istiqamətini təyin edən güllələr” gecə
saatlarında tətbiq olunurdu. Günorta saatlarında isə 350-400 metr məsafədən yanan patronu görmək mümkün deyildi.
Öz istiqamətini
təyin edən döyüş sursatının quruluşu göründüyündən mürəkkəb deyildir. Patronun
bütün mahiyyəti ondan ibarətdir ki, onun arxa hissəsində bir neçə layda presslənmiş
pirotexniki maddəli balaca “stakan” yerləşir. Atəş anında patronun əsas
barıtı kapsulanın alışmasına səbəb olur və o da özünəməxsus işıqlanmanı
yaradaraq kifayət qədər davamlı şəkildə yanır. Müasir pirotexnika vasitələri
hətta günəşli havada da öz istiqamətini təyin edən patronların işıqlarını aydın
görməyə imkan verir.
Konstruksiyanın spesefik cəhətləri sayəsində öz istiqamətini təyin edən döyüş sursatları daha pis ballistikaya malikdirlər. Bu cür patronlar ilk növbədə, adi patronlar ilə müqayisədə həddən artıq pis sıxlığa malikdirlər. Ona görə ki, öz istiqamətini təyin edən maddənin yanması qeyri – bərabər qaydada baş verur və deməli, daima dəyişilən güllənin kütləsi onun uçuş trayektoriyasına təsir göstərir. Ən nəhayət, bu döyüş sursatının gücünün itirilməsinə səbəb olub, onun dəlib keçmə qabiliyyətini zəiflədir.