Şəkər və şirniyyat
insan orqanizminə lazım deyildir, orqanizm zəruri qlükozanı daha faydalı
karbohidratlardan da ala bilər, deyə qidalanma üzrə ekspert mütəxəssislər belə
hesab edirlər. Bu barədə Focus.de də yazır.
Əgər insan gündəlik olaraq daha çox şirniyyat yeməyə vərdiş etmişdirsə, bu
zaman şəkərdən kəskin imtina absistensiya əlamətlərini – qıcıqlanma, yorğunluq,
baş ağrılarını yarada bilər.
Lakin, üç – dörd gündən sonra desertsiz sağlam insanın yuxusu, maddələr
mübadiləsi yaxşılaşır və qanda şəkərin səviyyəsi stabilləşir.
Həmçinin, şirniyyatdan imtina olunması zamanı arterial qan
təzyiqi normallaşır və dərinin vəziyyəti yaxşılaşır. Bundan savayı,
zamanla dad reseptorları şəkərin yoxluğuna alışır və bundan sonra vərdiş
etdiyimiz desertlər həddən artıq şirin gəlir.
Bu cür qidadan daha tez imtina etmək üçün tez – tez meyvə, eləcə də, daha
çox “şirin” tərəvəz – pomidor və yerkökü yemək tövsiyyə olunur. Həmçinin şəkərə
və şirniyyata meyli zeytun, yunan qozu və kasnı da azaldır.