Əqli qüsurlu
uşaqların bacı və qardaşları daha istiqanlı və empatiyalı olmaqları haqqda bu
günki məqaləmiz.
Bacı-qardaş münasibəti
uzunmüddətli və çox insanın həyatı boyu həzz alacağı münasibətdir, uşaqların
gündəlik həyatında isə əsas yer tutur. Təl Əviv Universitetinin və Haifa
Universitetinin yeni araşdırması nəticəsində əqli qüsurlu uşaqlar və
bacı-qardaşları arasındakı münasibət, normal inkişaf edən bacı-qardaşlar
arasındakı münasibətdən daha səmimi olduğu bilindi.
Tədqiqatda rəsm və
anketlərin köməyi ilə, normal inkişaf edən uşaqlar ilə əqli qüsuru olan və
olmayan bacı-qardaşları arasındakı münasibət araşdırılır. Tədqiqat Təl Əviv
Universitetinin Konstantinar Məktəbinin Məktəb Konsulluğu və Xüsusi Təhsil
İdarəsindən Anat Zaidman-Zait, həmçinin Hayfa Universitetinin Yaradıcılıq
Məktəbindən doktor Daphne Regev və Miri Echezkieli tərəfindən
aparılmışdı. Tədqiqat bu yaxınlarda
“Research in Developmental Disabilities”-da dərc olunub.
Professor Zaidman-Zait izah edir ki, “Ailədə əlilliyi olan bir uşağın olması, normal inkişaf edən bacı-qardaşları da daxil olmaqla, bütün
ailə üzvlərindən xüsusi diqqət tələb edir. Çətinliklərə olsa da, onlar çox vaxt
həm qısa, həm də uzunmüddətli müsbət töhfələrlə müşayiət olunur.”
“Araşdırmalarımız əsasında müəyyən etdik ki, uşaqların əqli qüsurlu
bacı-qardaşları arasında olan münasibət, normal inkişaf etmiş bacı qardaşlara
nisbətən daha dəstəkləyicidir. Xüsusilə, əqli qüsurlu bacı-qardaşı olan
uşaqların empatiya, yaxınlıq, öyrətmək istəyi normal böyüyən bacı-qardaşları olan
uşaqlara nisbətən daha yüksəkdir. Həmçinin onlar münaqişəyə və rəqabətə daha az
yönümlüdürlər.”
Bu günə kimi, inkişaf pozğunluqları olan bacı-qardaşın olmasının uşaqların
sosial-emosional statuslarına və davranışlarına necə təsir etdiyini araşdıran
tədqiqatlar qarışıq nəticələrə səbəb olmuşdur. Bəzən nəticələrdə inkişaf
pozğunluğu olan bacı-qardaşın olması uşaqların davranışlarında daha böyük
dəyişkənliyə səbəb olduğu göstərilirdi.
Professor Zaidman-Zait deyir: “Lakin bu tədqiqatlarda uşaqların daxili dünyalarına
çox az toxunulmuşdu. Bunu yalnız valideyn müdaxiləsi olmadan, şəkil və ya
danışıq vasitəsilə əldə etmək mümkündür. Biz tədqiqatımızda bu yoldan istifadə
etdik. ”
Alimlər yarısı əqli qüsurlu bacı-qardaşları olan, digər yarısı normal
inkişaf edən bacı-qardaşları olan 8-11 yaşlarındakı 60 uşağı çəkdikləri
şəkillər və bacı-qardaşları ilə münasibətləri haqqındakı anketlərə əsasən
dəyərləndirdi. Hər iki qrupun uşaqlarının anaları da uşaqlarının bacı-qardaş
münasibətlərinin keyfiyyəti haqqında suallara cavab verdi.
Prof. Zaifman-Zait deyir ki, “Biz yaradıcılığın daxili məzmunu vizual
olaraq ifadə etməyə imkan verdiyi və uşaqların özləri haqqında danışıqlarının
xüsusilə valideynlərin anlayışının az olduğu sahələrdə bacı-qardaş
münasibətinin keyfiyyətinin dəyərləndirilməsində xüsusi əhəmiyyət kəsb etdiyi
fərziyələrinə əsaslandıq.”
Hər iki qrupdakı normal inkişaf edən uşaqlardan özlərinin və
bacı-qardaşlarının şəkillərini çəkməkləri istəndi. Daha sonra, lisenziyalı
terapist bir neçə tibbi kriteriyalara əsasən bu şəkilləri qiymətləndirdi. Bu kriteriyalar
şəkildəki fiqurlar arasındakı məsafə, şəkildə valideynin olub-olmaması, özünün
və bacı-qardaşlarının şəkildəki detalları və şəkildə bacı-qardaşa verilən
dəstəyin miqdarı. Daha sonra, uşaqlardan bacı-qardaşları üçün hiss etdikləri
yaxınlıq, üstünlük, gərginlik və rəqabət hisslərini qiymətləndirən anketi
doldurmaq istəndi.
Uşaqların təsvirlərini və anketlərini, həmçinin uşaqların anaları
tərəfindən doldurulmuş anketləri nəzərdən keçirən tədqiqatçılar əqli qüsurlu
bacı-qardaşları olan uşaqların münasibətlərində empatiya, öyrətmək istəyi və
yaxınlıq baxımından əhəmiyyətli dərəcədə yüksək nəticə göstərdiklərini,
münaqişəyə və rəqabətə daha az yönümlü olduqlarını müəyyən etdilər.
Bəzən nəticələrdə inkişaf pozğunluğu olan bacı-qardaşın olması uşaqların
davranışlarında daha böyük dəyişkənliyə səbəb olduğu göstərilirdi.
Professor Zaidman-Zait fikrini belə
sonlandırır: "Şəkillərə əsasən məlumat toplama üsulu ilə apardığımız
tədqiqat uşaqların əqli qüsurlu bacı-qardaşları ilə münasibətlərinin sözlü
raportlar ilə öyrənilə bilməyən unikal tərəflərinin işıqlandırılmasında vacib
rol oynamışdır. Ailədə əqli qüsurlu fərqin olması, normal inkişaf edən uşaqlar
daxil olmaqla digər ailə üzvlərini başqalarının ehtiyaclarına qarşı daha
diqqətli etdiyini deyə bilərik."
Tədqiqatçılar İsrailin Şalem Fondu
tərəfindən dəstəklənən araşdırmanın uşaqların subyektiv təcrübələrini araşdıran
gələcək tədqiqatlar üçün nümunə olacağını ümid edirlər.