Şimali Amerikada qida təminatını təhdid edən
iki aqressiv alaq otu Waterhemp və Palmer amarantı ticari olaraq mövcud olan
herbisidlərlə məhv etmək getdikcə çətinləşir. Genetik nəzarət olaraq bilinən
yeni yanaşma bir gün bu kimyəvi maddələrə olan ehtiyacı azalda bilər. İndi
alimlər bir addım daha yaxındır.
Weed Science -də dərc olunan
araşdırmada, İllinois universitetinin tədqiqatçıları erkək Waterhemp və Palmer
bitkilərinin dişi bitkilərindən fərqləndirən genetik kodları təyin etdilər. Bu
kəşf ziyanverici alaq otlarına qarşı genetik nəzarət sisteminin inkişaf
etdirilməsinin vacib hissəsidir.
Tədqiqatçıların məqsədi vəhşi dişi bitkilərlə calaq edilə
bilən genetik modifikasiya olunmuş erkək bitkiləri təqdim etməkdir.
Modifikasiya olunmuş erkək bitkilərdə özündən sonrakı bütün nəsillərə ötürüləcək
erkəklik DNA kodu olan genetik daşıyıcı olacaq. Nəticədə DNA-nı əldə edən müəyyən
populyasiyanın erkək olması, çoxalmanın dayanmasıı və populyasiyanın məhv
olmasıı planlaşdırılır.
Bu mübahisəli strategiyadır, amma layihənin aparacısı, alim
Pat Tranel hələ çox erkən mərhələdə olduqlarını söylədi.
Kənd Təsərrüfatı, İstehlakçı və Ətraf Mühit Elmləri Kollecinin Bitki Elmləri Bölməsinin müdiri,
professor Tranel bildirir ki, “Genetik modifikasiya olunmuş Waterhemp və
Palmerin hazırlanması mərhələsində olmadığımızı vurğulamaq vacibdir. Biz bunu
necə edə biləcəyimizi öyrənmək üçün sadə araşdırma aparırıq.”
O, tədqiqat qrupunun hər iki bitkidə xüsusi erkəklik geni
tapa bilmədiyini əlavə edir. Bunun əvəzinə, müəyyən xromosomunda erkəklik ilə əlaqəli
olan kiçik genetik ardıcıllıqlar müəyyən etdik. Xüsusi erkəklik genlərinin bu
bölgənin bir yerində olduğunu düşünürlər.
Araşdırmada tədqiqatçılar hər növdən və hər cinsdən 200
bitki yetişdirdilər, sonra DNT-lərinə baxaraq müəyyən bir cins üçün hər hansı
bir spesifik ardıcıllığın olub olmadığını müəyyən etdilər.
Tranel deyir ki, “Biz erkək Waterhemp və Palmerdə dişi növlərində
olmayan ardıcıllıqlar tapdıq, amma dişilərə xas heç-bir ardıcıllıq tapa bilmədik.
Sonra digər populyasiyalardan bu erkək növlərini ayırdıq və ardıcıllığı
axtardıq. Digərlərində də həmin ardıcıllıqlar mövcud idi. Tapdığımız ardıcıllıq
kişilərin bu bitkilərdə heteroqametik cins olduğunu təsdiqlədi.”
İnsanlarda, kişilər X və Y xromosomuna sahibdir. Kişi
qametləri, yəni sperma gələcək nəsilə ya X ya da Y xromosomunu ötürür.
Qadınlarda isə iki X xromosomu var. Hər yumurta bir X xromosomu daşıyır. Kişilər
heteroqametik, qadınlar isə homoqametikdir. Eynilə, erkək Waterhemp və Palmer
amarant bitkiləri də erkəklərə xas Y bölgəli və onsuz polen istehsal
edir.
Tranel izah edir ki, “Erkək bitkilərin heteroqametik cins
olması, erkəkliyin üstünlük təşkil etdiyini göstərir. Bu yaxşı haldır, çünki əlaməti
daşıyan gen dominant olduqda, həmin əlaməti idarə etmək daha
asandır. Xüsusi erkəklik genlərini müəyyənləşdirdikdə, onları erkək bitkilərin
çoxalması üçün gen daşıyıcılarında istifadə edəcəyik”
Çiçəklənmədən əvvəl erkək bitkiləri dəqiq müəyyənləşdirə
biləcək genetik ardıcıllıqları bilmək tədqiqatçılara bitkilərin biologiyasını və
ətraf mühitə reaksiyasını daha yaxşı başa düşməyə kömək edə bilər. Məsələn,
Tranel deyir ki, kəşf alaq otlarının müəyyən şərtlərdə cinslərini dəyişdirə
bilib bilməyəcəyini və ya bir cinsin herbisidlərə daha həssas olub olmadığını
müəyyənləşdirməyə kömək edəcək. Hər iki konsepsiya əvvəlki tədqiqatlarda və
ayrı-ayrı hesabatlarda təklif edilmişdir.
Bu əsas sualları araşdırmaqla yanaşı, Tranelin qrupu sanki
ot tayasında iynə axtarırmış kimi, erkəklik regionunda erkəklik genləri
axtarırlar. Bunu tapdıqda, Waterhemp və Palmer amarantı genetik olaraq idarə
etmək çox az vaxt alacaq. Tranel bildirir ki, hətta ona belə, alaq otları alətlərindən
istifadə emək vacib olacaq.
O deyir, “Mən heç vaxt bunu bütün digər strategiyalarımızın
əvəzedicisi kimi görməzdim. Ancaq bunu həllin bir hissəsi kimi təsəvvür etmək
çox gözəldir.”
Əsas kənd təsərrüfatı otları üçün genetik nəzarət.