Axmaq insanların bəxti gəririr və onların həmişə bəxti
gətirməsi haqqında köhnə təsəvvürü ingilis tədqiqatçıları inkar etmişdirlər.
Onlar eksperiment aparmışdırlar və bu eksperimentdə 6870 insan iştirak etməyə
razılıq vermişdirlər. Komissiya müxtəlif intellekt səviyyəli iştirakçıları
seçmişdir.
Testin nəticəsi
isə bunun tam əksini sübut etmişdir və məhz, ağıllı insanlar deyil axmaq
insanlar bədbəxtdirlər və onların əslində bəxti gətirmir. İnsan xoşbəxtliyinin
qiymətləndirilməsinin müasir meyarları onun qüsurları ilə sız şəkildə əlaqədardır.
Aşağı intellekt yüksək maaşlı iş tapmağa icazə vermir və bunun nəticəsində
artıq seksuallıq haqqında məqalələrdən birində qeyd etdiyimiz kimi, onlar xoşbəxtlik
üçün zəruri olan həyatın pozitiv şəkildə qavranmasını – özünüqiyməti əldə edə
bilmirlər.
London
Universiteti nəzdindəki kollecdən olan tədqiqatçılar müxtəlif eksperimentlər
aparmış və kifayət qədər dəqiq rəqəmlər əldə etmişdirlər. Məlum olduğu kimi,
könüllülərin 43% - nin 120-129 ballıq IQ göstəricisi olmuşdur. Məhz, bu
insanlar özlərini xoşbəxt hiss edirlər.
Eksperimentin
qalan iştirakçılarında imtelelekt cəmi 70–79 faiz təşkil etmişdir.
Onlar təcrübədə bədbəxt və uğursuz olmuşdurlar. İnsanlar aşağı
inkişaf səviyyəsi ilə layiqli iş tapmaq imkanına malik deyildirlər və deməli
belə olan halda normal maaş da əldə edə bilmirlər. Bunun nəticəsi kimi, onlar
özlərindən narazı olur, və bu əksər hallarda total
depressiyaya çevrilir.