Maraqlı faktlar

Ağcaqanadlar qışda hara gedirlər?

Ağcaqanadlar qışda hara gedir?

Ağcaqanadlar qışda ölürlər ya başqa yerlərə gedirlər?

Hər kəsin sevimli mövsümü var və insanlar seçimlərini həvəslə əsaslandırırlar. Payızı və ya yayı sevməyindən asılı olmayaraq hər kəs sevimli fəsilinin müsbət və mənfi tərəfinin olduğunu bildirir. Məsələn, yayda isti paltar seçimi üçün narahat olmamaq xoşdur. Amma ağcaqanadları qovarkən ya da ağcaqanad yaralarını qaşıyıb cızarkən ən həvəsli yay tərəfdarı belə yanvar ayı üçün darıxa bilər. İsti aylarda bu qədər çox olan ağcaqanadlar niyə qışda tamamilə yox olurlar?

Aydın olan cavab: Soyuqdur

Hər hansı bir şey qış aylarında niyə az ola bilər. Soyuq temperatura görə. Ağcaqanadlar istisna deyil. InsectCop.net-in rəqəmsal və content marketinq direktoru Kristiana Kripena “Ağcaqanadlar soyuq-qanlı həşəratlardır, buna görə də onlar soyuq havanı xoşlamırlar, 80 dərəcə (Faranheit) və ya daha yüksək temperaturlu ərazilərdə yaşayırlar” -dedi. Temperatur aşağı düşəndə onlar uçmaq və hərəkət etmək qabiliyyətlərini itirirlər.

Onlar hara gedirlər?

Quşlardan fərqli olaraq ağcaqanadlar qışda cənuba köç edə bilmirlər (Bu çox absurd olardı). Onlar heç vaxt uzun məsafələrə uça bilməzlər. “Ağcaqanadlar qış aylarında hara gedirlər” sualının cavabı erkək və dişi ağcaqanadlar üçün fərqlənir. Erkək ağcaqanadlar ölür. Amma bunun səbəbi soyuq deyil. Erkək ağcaqanadlar dişilərə nəzərən çox az yaşayırlar. Onlar payız cütləşməsindən sonra ölürlər.

Lakin, dişi ağcaqanadlar qışda həyatda qala bilirlər. Onlar bunu necə edirlər? Onlar qışlama rejiminə keçirlər. Dişi ağcaqanadların qışlama periodu “diapozasiya” kimi tanınır.  Payızda onlar taxtaların oyuqlarına və ya torpağa girirlər və “diapozasiya” perioduna girirlər. üzvi zərərvericilərə qarşı mübarizə şirkətinin Greenerways Organic şirkətinin qurucusu və icraçı direktoru Jajme Bella “Onlar şaxtalı və susuz şəraitdə 6 ay qışlaya bilirlər ”- deyir. Adətən aylarla inkişafını gecikdirirlər və yalnız ehtiyacları üçün kifayət qədər su və ya isti olduqda həyatlarını davam etdirirlər.

Hava yaz aylarında yenidən istiləndikdə isə onlar qışlama periodundan çıxır və qan yığmağa başlayırlar. Bu periodda yumurtalamağa hazırlaşırlar və yumurtaların inkişafına kömək etmək üçün mümkün qədər çox qan yığmalıdırlar. Bella deyir ki, “Dişilər yumurtalarının inkişafı üçün lazımlı olan proteini təmin etmək üçün qan tapmalıdırlar. Onlar bunun üçün çöldəki insanların isti havada qısa qol köynəklərlə istirahət etdiyi vaxtı seçirlər ”. Beləliklə, sizi yalnız dişi ağcaqanadlar dişləyir.

Onlar üçün hava nə vaxt çox soyuq olur?

Ağcaqanadlara təhlükə yaranması üçün havanın insanlara təsir edəcək qədər soyuq olmasına ehtiyac yoxdur. Bu zərərvericilər təxminən 80 dərəcə (Faranheit) temperaturda inkişaf etsə də, əksər növlər 50-ə düşdükdə qışlama perioduna keçirlər. Kripena bildirir ki, “50 dərəcənin altında olan temperatur artıq ağcaqanadlar üçün çox soyuqdur”. Dişi ağcaqanadlar bu vaxtlarda “Diapauza” üçün axtarışa çıxır.

Kripena bildirir ki, bəzi ağcaqanad növləri üçün havanın soyuq olmasına belə ehtiyac yoxdur. "Bəzi ağcaqanad növləri var ki, onların valideynləri(həm kişi, həm də qadın) payızda ölür və buna görə soyuq mövsümdə qışlamır". Bunlara Zika vurusunun daşıyıcısı Aedes aegypti kimi tropik iqlimlərdə yaşayan növlər aiddir. Artıq 60 dərəcədə bu həşəratlar ölürlər. Dişilər adətən yumurtaladıqdan qısa müddət sonra ölürlər. Bu növlərdə yalnız təzə qoyulmuş yumurtalar qış fəslinə girə bilir. 

Ağcaqanadlar qışda hara gedir?

 

Axırıncı

Nə üçün su yanmır?

Nə üçün su yanmır

Bir qism əşyaları güclü şəkildə qızdıran zaman onlar alışır. Digərləri isə hətta zəid qızma zamanı da yanır. Ümumiyyətlə,

Coronavirus triviası

Coronavirus triviası

2019- 20 koronavirus pandemiyası, 2019-cu ildə koronavirus xəstəliyi ilə əlaqəli hələ də davam edən beynəlxalq sağlamlıq vəziyyətidir.

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

dəvələr haqqında Dəvələrin iki növü var

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

kosmik səyahətə

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr

Güclü qalmaq üçün tövsiyələr  Emosional

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Gənc sahibkarların biznes təcrübələri

Amerikanın ən gənc sahibkarların təcrübələriylə tanış olun.

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

Tarixin ən böyük moda sahibkarları

Tarixin ən böyük moda sahibkarları Ralf Lauren Phil Knight Levi Strauss

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

ufo