“Heç kimə kin bəsləmədən, hamıya qarşı mərhəmətli
olaq. Düzgünlüyü qoruyaq, çünki Tanrı bizə düzgünlüyü görməyə icazə verir.
Gəlin başladığımız işi bitirək, xalqın yaralarını bağlayaq….” - Abraham
Linkoln
Abraham Linkoln - insan tarixini ən görkəmli personasi olan siyasətçi, 12 Fevral, 1809-cu ildə
Kentuki ştatının Hardin vilayətində bir otaqlı evdə anadan olub. O, təvazökar
ailədə böyüyüb. Onun Virginiadan olan valideynləri varlı və ya tanınmış
deyildilər. Abraham erkən yaşlarında anasını itirib, bundan sonra onun atası
İndianaya köçüb. Abraham odun kəsmək kimi ağır işləri özü etməli idi, amma onun
oxumaq istəyi də var idi. Təhsil ala bilmək üçün daha çox çalışırdı. Nəticədə,
o özünü vəkil kimi yetişdirdi. Linkoln 8 il İllinois rayon məhkəməsində işləyib.
Onun məqsədi, arzusu və çalışqanlığı ətrafındakı hamıya aydın idi. O, hüquqi
çevrədə hörmət qazanmış və “Dürüst Abe” ləqəbini almışdı. O, tez-tez
qonşularını münaqişələrini öz aralarında, məhkəməyə çatdırmadan həll etməyə
çağırırdı. Linkolnun həmçinin yaxşı yumor hissi var idi, o öz görünüşü ilə də
bağlı zarafat edirdi.
“Əgər ikiüzlü olsaydım, bu üzümü istifadə eliyərdim?”
İş yoldaşları və dostları qeyd edirdi ki, Linkoln yumor
hissi və nikbin yanaşma sayəsində gərgin və mübahisəli məsələləri həll edə
bilirdi. O vacib fikri çatdırmaq üçün yumorlu əhvalatlar danışmağı sevirdi.
Linkoln qadınlar arasında utancaq idi, lakin çoxlü
görüşlərdən sonra 1842-ci ildə Mary Todd ilə evləndi. Mary Todd həyat
yoldaşının bir çox siyasi görüşü ilə razılaşırdı, amma onların xasiyyətləri fərqli
idi. Mary çox emosional idi. Onların 4 uşağı var idi. Linkoln özünü onlara həsr
edirdi. Uşaqlarının üçü yetkinliyə çatmamış vəfat etmişdi. Bu Linkoln və Mary-də
böyük kədərə səbəb olmuşdu.
Vəkil kimi, Abraham tez düşünmək və natiqliq qabiliyyətini
inkişaf etdirdi. İctimai məsələlərə olan marağı onu dövlət vəzifəsinə qalxmağa
təşviq etdi. O, 1847-ci ildə İllinois ştatının nümayəndələri heyətinə seçildi və
1847-49-cu illərdə orada işlədi. Kongresdə olduğu müddətdə Linkoln president
Polkun Amerika-Meksika müharibəsi zamanı verdiyi qərarları tənqid edir, Polkun
insanların vətənpərvərlik hisslərindən istifadə edərək, ədalətsizcə Meksika
torpaqlarını zəbt etmək istədiyini bildirirdi. Ancaq Linkolnın mövqeyi siyasi
baxımdan populyar deyildi.
Hüquqşünas
Siyasətçi karyerası bittikdən sonra, o İllinoisə vəkil
olaraq işləməyə qayıtdı. Lakin 1850-ci illərdə köləlik məsələsi mübahisələrə səbəb
olan qabarıq milli problem olaraq ortaya çıxdı. Abraham köləliyə nifrət edirdi
və siyasi baxımdan köləliyin genişlənməsinin qarşısının alınmasını, nəticədə
buna son qoyulmasını arzulayırdı.
O “Qurucu Ataların” köləliyin yayılmasını dayandırmaq niyyətində
olduğunu sübut etmək üçün Müstəqillik Bəyannaməsinə əsaslanan nüfuzlu çıxışlar
etdi. Linkoln çıxışlarında yeni arqumentlər istifadə etdi. Linkoln cəmiyyətin bərabərlikdən
uzaq olmasına baxmayaraq, Amerikanın Müstəqillik Bəyənnaməsindəki yüksək ifadəyə
tərəf yönəlməli olduğunu bildirirdi.
“ Biz bu həqiqətlərin çox açıq olduğunu
görürük. Bütün insanlar bərabər yaradılıb.”
Linkoln güclü empatiya bacarığına sahib idi. O, problemləri
hamının nöqteyi nəzərindən dəyərləndirməyə çalışırdı, cənubdakı quldarlar da
daxil olmaqla. O, bu empatiya anlayışından köləliyə qarşı çıxışlar edəndə
istifadə edirdi.
“Mən hər zaman bütün insanların azad olmalı
olduğunu fikirləşmişəm. Ancaq əgər köləlik məcburi olsa, kölələr ilk növbədə
özlərini buna layiq görənlər, ikinci növbədə isə başqalarını layiq görənlər
olmalıdır. Köləliyin leyhinə mübahisə edən adamlar görəndə, onların üzərində
yoxlanıldığını şəxsən görmək istəyirəm. ”
Linkolnun çıxışları diqqətəlayiq idi, çünki onun çıxışları
həm qanuni presedentə əsaslanırdı, həm də ictimaiyyətin diqqətini cəlb edən,
asan başa düşülən məsəllərdən ibarət idi.
1858-ci ildə, Linkoln respublikaçıların Senata namizədi
olaraq göstərildi. O
demokrat partiyasının üzvü olan Stephen Douglass ilə bir-sıra yüksək səviyyəli
debatlar apardı.
Douglass vətəndaşlar səs
verdiyi halda, köləliyin genişlənməsinin leyhinə idi. Linkoln köləliyin genişlənməsinə
qarşı çıxdı. Bu kampaniya zamanı, o, Amerikanın bölücü xarakterini əks
etdirən ən çox yadda qalan çıxışlarından birini etdi.
“Öz içərisində
bölünən ev ayaqda dura bilməz. İnanıram ki, bu hökumət yarı qul yarı azad olaraq
davamlı ola bilməz. Birliyin dağılacağını gözləmirəm, evin dağılacağını gözləmirəm,
amma bölünmənin dayanacağını gözləyirəm. Ya bir bütün olacayıq, ya da əbədi
ayrı.”
Bu çıxışında Linkoln
köləliyin gələcəkdə milləti bölə biləcəyini bildirdi.
1858-ci ilin Senat
seçkilərdə uduzmağına baxmayaraq, debat bacarıqları və natiqliyi onun
Respublika partiyasında tanınmağına səbəb oldu.
27 Fevral 1860-cı ildə
Linkoln New York-da Cooperr birliyinə dəvət edildi və orada diqqətəlayiq çıxış
etdi. Şərq sahili Linkoln üçün nisbətən yeni ərazi idi. İzləyicilərin çoxu onun
görünüşünün yöndəmsiz və hətta çirkin olduğunu düşünürdü, lakin köləliyin
yanlışlığı ilə bağlı mənəvi aydınlıq çağırışları sərq sahili tamaşaçılarının
fikirlərini dəyişdi.
“Gəlin gücün
düzgünlükdə olduğuna inanaq və bu inancla sonuna kimi borcumuzu yerinə yetirək” - A. Linkoln.
Kampaniya ərzində əldə
etdiyi nüfuz və şərq sahilindəki çıxışları onun 1860-cı ildə Respublikaçılar
partiyası tərəfindən namizəd olaraq irəli sürülməsinə səbəb oldu. Linkolnun digər
aparıcı kandidatlar Steward, Bates, Chase ilə müqayisədə təcrübəsi az olduğuna
görə şansının az olduğu düşünülürdü. Amma ilk turda ikinci yeri tutduqdan sonra
gözlənilməməsinə baxmayaraq namizəd seçildi.
1860-cı ildəki sərt
mübarizədən və bölücü kampaniyadan sonra Linkoln Birləşmiş Ştatların
Respublikaçılar partiyasından olan ilk prezidenti seçildi. Linkoln əsas dəstəyini
ölkənin şimalından və qərbindən alırdı. Cənub Linkolnun köləliyə dair mövqeyi
ilə qətiyyətlə razılaşmırdı.
Linkolnun 1861-ci ildə
prezident seçilməsi Cənubun Şimaldan ayrılmasına səbəb oldu. Cənubun ayrılma
istəyi illər idi ki artırdı, köləliyə qarşı olan prezidentin seçilməsi isə son
damla idi. Lakin Linkoln Cənub parçalanmasına qəti şəkildə qarşı çıxdı, bu da
Birliyi qorumaq üçün başladılan Amerika vətəndaş müharibəsinə səbəb oldu.
Linkoln kabinetində
olan 1860-cı il Respublikaçılar kampaniyasının əsas rəqibləri də daxil olmaqla
çoxlarını təəccübləndirdi. Bu Linkolnun fərqli siyasi və şəxsi yanaşmaları olan
insanlarla işləmək bacarığı və istəyini göstərirdi. Bu Respublikaçılar
partiyasında birliyi qorumağa kömək edirdi.
Vətəndaş müharibəsi bir
çox insanın təxmin etdiyindən baha başa gəldi. Həmçinin həmin zamanlarda
Linkolnun yerli əhalinin dəstəyini itirdiyi görünürdü. Lakin Linkolnun səbirli
lider olması və birlikçi Demokratlarla çalışma istəyi ölkəni birlik içində
saxladı. Linkoln müharibənin bir çox hərbi cəhətlərini nəzarətdə saxlayırdı. O
general Ulysses S Grantı şimal silahlı qüvvələrini idarə etməsi üçün təyin etdi.
Əvvəlcə müharibə əsasən
cənub ştatlarının ayrılması və birliyin ayaqda qalması barəsində idi, lakin
müharibə davam etdikcə Linkoln köləliyin sona çatması məsələsini daha çox gündəmə
gətirməyə başladı.
1862-ci ilin sentyabr
ayının 22-si Linkoln Konfederasiya daxilində qul azadlığını barədə olan
Emancipation Proclamation (Azadlıq Elanı) Bəyannaməsini nəşr etdi.
“ ... hansısa bir
Ştatda yaxud Ştatın hər hansı bir hissəsində insanlar qul olduqca, onlar Birləşmiş
Ştatlar əlehinə üsyan qaldıracaq və bundan sonra onlar sonsuzadək azad
olacaqlar” (Emancipation Proclamation)
Elan Yanvarın 1-i
1863-cü ildə qüvvəyə mindi. İlin sonlarına yaxın çoxlu qaradərili alaylar Union
army (Birlik ordusu) -ə yardım etmək üçün orduya qoşulmuşdu.
Gettysburg ünvanı
Çətin keçən ilk iki
açılış ilindən sonra Union forces (Birlik qüvvələri) müharibədə üstünlük
qazanmağa başladı. Bunda 1863-cü ilin iyulunda baş vermiş Gettysburg döyüşündəki
qalibiyyət böyük rol oynadı. Linkoln vətəndaş müharibəsinin hədəfləri arasına
köləliyin bitməsini də əlavə edə biləcəyini hiss etdi.
Linkoln 19 noyabr
1863-cü ildə Gettysburgda təşkil edilən mərasimə həsr olunmuş bu sözləri dedi:
“87 il əvvəl
atalarımız bu qitədə azadlığa və insanların bərabər yaradıldığına inanaraq yeni
bir millət yaratdılar.... biz bu ölümlərin bir heç uğrunda olmaması üçün
buradayıq. Bu torpaqlar, bu millət yenidən azad olacaq və xalqın hökuməti
xalqla birlikdə, xalq üçün bu dünyadan silinib getməyəcək.”
Abraham Linkoln,
Gettysburg çıxışı 1863, 19 noyabr.
Nəticədə, dörd illik
çalışmalardan sonra Federal qüvvələr məğlub vəziyyətdə olan cənubu təslim edə
bildilər.
Vətəndaş müharibəsindən
sonra
Vətəndaş Müharibəsindən
sonra Linkoln cənuba comərd bir razılaşma təklif edərək ölkəni yenidən birləşdirməyə
çalışdı. Ondan cənub ştatlarına necə davranmaq lazım olduğunu soruşanda isə o
“Qoy rahat olsunlar” deyə cavabladı. Linkoln bu sözləri ilə, kölələrin azadlığı
barədə vətəndaş hüquqlarının qorunduğuna əmin olmaq üçün cənubda daha çox
aktivlik göstərilməsini istəyən radikal qruplara qarşı olduğunu bildirdi.
1865-ci ilin yanvar
ayının 31-i Linkoln köləliyi qadağan edən bir qanun layihəsinin Konqresdən keçməsinə
kömək etdi. 6 dekabr 1865-ci ildə Birləşmiş Ştatlar Konstitusiyasında on üçüncü
düzəliş rəsmi olaraq qanuna əlavə edildi.
Abolisionistlər və
respublikaçılar Linkolndan daha da irəliləyib təhsil və səsvermə hüquqları
haqda irqi bərabərliyi tam həyata keçirməsini istəyirdi. Linkoln bunu etmək istəmirdi
( o dövr üçün azlıqda qalan bir siyasi görüş idi) . Frederik Duqlas, aparıcı
qaradərili aktivist (vaxtı ilə köləlikdən qaçmışdır) Linkolnun yürütdüyü siyasətlərlə
hər zaman razılaşmırdı, lakin Linkolnla görüşdükdən sonra həvəslə Prezident
haqda danışdı.
" O mənimlə rəftar
edərkən məni həqiqətən bir şəxsiyyət kimi gördüyünü hiss etdirirdi. O, heç bir
saniyə belə dəri rəngimizdə fərq olduğunu hiss etməyimə imkan vermədi.
Prezident çox gözəl insandır.”
Suiqəst
Robert E. Lee və Konfederasiya
Ordusunun təslim olmasından beş gün sonra Linkoln Ford-un teatrına gedərkən Con
Uilkes Buth tərəfindən suiqəstə uğramıştır. Linkolnun ölümündən sonra bütün ölkə
yas tutdu.
Gələcək nəsillər
Linkoln Amerikanın ən
nüfuzlu və əhəmiyyətli prezidentlərindən biri olaraq qəbul edilir.
Birliyi xilas etmək və
Respublika dəyərlərini təbliğ etməklə yanaşı , Linkoln həmçinin bütövlük və
dürüstlük ideyalarının daşıyıcısı kimi də göstərilir.
"Gələcək nəsillər
sizi istənilən hansısa bir taxtın sahibi olmaqdan daha da çox qısqanılan bir
ünvan və dünyanın bütün xəzinələrindən daha üstün olan "Azad edici"
deyə çağıracaqlar.” –
Giuseppe Garibaldi, 6 Avqust 1863.
“Yüz il bundan öncə
bu gün, böyük amerikalı(Abraham Linkoln) Emancipation Proclamation (Azadlıq
Elanı) - ı imzaladı. Bu önəmli sərəncam ədalətsizlik altında azadlıq eşqi ilə
yanıb tutuşan milyonlarla Negro kölələri üçün yeni bir ümid mənbəyi olmuşdu.
Onların uzun sürən əsirliklərini bitirmək çox xoşbəxt bir sabaha başlanğıc
idi.”
Abraham
Linkoln Bioqrafiya | Sitatlar | Faktlar