Aleksanr Kuprin - əcnəbi əsilli olan görkəmli rus yazıçısınnan sohbət gedəcək bu məqalədə.
Onun (Aleksandr Kuprin ) ana şəcərəsi XVI əsrdə yaşamış tatar knyazı Kulunçak Yenikeyevdən
yaranmışdı. Lakin Aleksandr Kuprində tatar qanı ən yaxşı halda dördə bir qədər
idi: yazıçının atası rus idi, lakin onun anası — Lyubov Kulunçakovanın
şəcərəsində bağlanan nikahlar— daha çox qarışıq idi.
1901 ci ildə yeni yazıb yaratmağa başlamış yazıçı
Peterburqa gələrək, paytaxtın jurnallarında dərc olunmağa başladı və məşhurluq
qazandı. Bu zaman Kuprin özünün və öz “əcdadlarının” ətrafında əfsanə
yaratdı - bu əfsanə guya onun ulu babasına məxsus olan at zavodu, onun anası “tatar
şahzadəsinin” Teymurla əlaqəsi haqqında idi.
Romanda o, guya anasından eşitdiyi «ailə
rəvayətlərini» nəql edirdi: «Sənin dayın, mənim isə qardaşım,
möhtərəm Aleksandr Alekseyeviç deyildir, o Penza və Tambov quberniyalarında ən
qoçaq tatar və ehtiraslı atbaz idi… Bir də görürdün ki, o qırğız çöllərinə
gedir və oradan atların böyük sürüsünü qovaraq gətirirdi».
Yazıçı özü üçün Əli – xan ləqəbini, hətta yaşıl fonda
qızıl rəngdə dayça təsviri ilə gerb və bayrağı uydurmuşdu.
İvan Bunin xatırlayırdı:
«Onun təbiəti o qədər vəhşi idi ki – bu ona qeyri – adi dərəcədə
əvəzsiz iybilmə duyğusu bəxş etmişdi! O əsl tatar idi! <…>
Aleksandr İvanoviç öz tatar qanı ilə qürur duyardı. Bir vaxtlar
(şöhrət qazandığı ilk illərdə) o hətta rəngli araqçın taxar, onunla
ziyafətlərə və restoranlara gedər, və əsl xana xas olan təmtəraqla masa
arxasınma əyləşərək, gözlərini qıyardı».
Aleksandr Kuprin o qədər inandırıcı əhvalat uydurdu ki, nəinki onun müasirləri, eləcə də, onun yaradıcılığının tədqiqatçıları da bu əhvalata inandılar.