İlk növbədə, suyu açqarnına içmək lazımdır.
Yapon təbibləri
bəhs etmişdirlər ki, adi içməli suyu düzgün və mütəmadi olaraq istifadə etmək
bacarığı artıq çəkidən xilas olmağa kömək edir. Xüsusilə də, mütəxəssislər yuxudan oyandıqdan dərhal sonra qəhvə
və ya çayın əvəzinə otaq temperaturunda olan suyu içməyi tövsiyyə edirlər.
Bu zaman
artıq maye qəbulundan sonra dişləri təmizləmək lazımdır. Bundan təqribən 45 dəqiqə sonra yemək yemək
lazımdır – həmçinin nəzərə almaq lazımdır ki, suyu içmək aclıq hissini azaldır,
və siz adi haldan fərqli olaraq daha az miqdarda qida ilə doya bilərsiniz.
Yaponiya tibbi asossasiyasının (JMA) məlumatlarına
müvafiq olaraq səhər yeməyindən sonra iki saat ərzində heç nə yeməmək tövsiyyə
olunur.
Suyun
acqarnına mütəmadi olaraq istifadə olunması və gün ərzində balanslı qidalanma
zamanı (artıq miqdarda qida qəbul etmədən) artıq çəki tədricən itirilir. Bütün
bunlardan savayı, bir aydan sonra ekspert mütəxəssislərin söz verdikləri kimi
qanda şəkər və qan təzyiqi normallaşa bilər.
Həmçinin acqarnına suyun qəbul olunması gecə ərzində toplanmış toksinləri orqanizmdən xaric edir, metabolizmi və bağırsağın işini fəallaşdırır, mədəni qıcqırmaqdan müdafiə edir.