Bu cür ssenari zamanı dağıntılar həddindən artıq böyük
ola bilər
Avropa kosmik
agentliyinin mütəxəssisləri və onların NASA – dan olan amerikalı həmkarları on
ildən sonra Yer kürəsinə nəhəng kosmik obyektin düşməsi nəticəsində nələrin baş
verə biləcəyini aydınlaşdırmışdırlar. Dərhal qeyd etmək lazımdır ki, bu hadisə
baş verməyəcəkdir — «qatil - asteroid» yüz faiz uydurmadır və
planetə əsl təhlükəli asteroidin yaxınlaşması ilə bağlı keçirilən təlimlərin çərçivəsi
daxilində uydurmuşdurlar.
2019 PDC
adlanan “fərz olunan asteroid” haqqında hələ oktyabr ayının sonlarında məlumat
verilmişdir. O zaman əfsanə bəhs etdi ki, kosmik obyekt bir ay bundan əvvəl
aşkar olunmuşdur və əvvəlcədən onun toqquşması şansları 1 -
in 50 000 - ə, nəticədə isə 1 -
in 100 - ə nisbəti kimi qiymətləndirilmişdir.
«Asteroidin» ölçüsü 100-300 metr müəyyən olunaraq, Yer kürəsinə
qədərki məsafə onun aşkar olunması anında təqribən 57 milyon kilometrə bərabər
olmuşdur.
İndi mütəxəssislər, mövzunu
inkişaf etdirərək, 29 aprel 2027 ci ildə “toqquşma” anına
qədər fərz olunan ssenarini yazmışdır. Sciencealert.com portalının
istinad etdiyi ekspert mütəxəssislər əfsanə uydurdular və bu əfsanəyə görə 2024
cü ildə asteroidə onu partlada biləcək zondu göndərmişdirlər. Hərçənd bu
asteroidi parçalamağa imkan versə də, yalnız onun bir parçası kursdan yayındı və 29
aprel 2027 ci ildə kosmik daşın əhəmiyyətli hissəsi planetin səthinə çataraq
saniyədə 19 kilometr sürətlə atmosferə daxil oldu. Beləliklə, bəşəriyyətə
fərz olunan təhlükənin «qarşısını almaq» müvəffəq olmamışdır.
Xirosimaya
atom bombasının düşməsi gücündən min dəfə artıq olan və 15 kilometr radiusda
bütün obyektləri məhv etmiş fərz olunan partlayış fərz olunan
asteroidin yer kürəsinə düşməsinin nəticəsi olmuşdur. Əfsanəyə görə bəzi
dağıntılar partlayışın episentrindən hətta 68 kilometr uzaqda da müşahidə
olunmuşdur.
Bəzi kütləvi
informasiya vasitələrində gözlənilən “asteroid ilə qaçılmaz olaraq
toqquşma” haqqında məlumat obyektiv fakt kimi təqdim olunurdu.
Kosmonavtika sahəsində jurnalist və ekspert mütəxəssis Vitali Yeqorov bununla əlaqədar
olaraq hətta prokurorluğa şikayət ərizəsi vermişdir: onun fikrincə, bu cür məlumatlar
bu yaxınlarda qəbul olunmuş “fayk xəbərləri haqqında qanunun” birbaşa pozulması
deməkdir.
Bu gün real
olaraq mövcud olan asteroidlər arasında «daha təhlükəli asteroid» Bennu
asteroididir. 2169 və 2199 illər ərzində bu asteroidlə toqquşmaq
ehtimalı təqribən birin dörd minə nisbəti qədərdir.Onsuz da bir çox mütəxəssisləri
potensial təhlükəli obyektlərin planetə yaxınlaşması zamanı aşkar olunması
faktı çoxdan narahat edir. Bu gün diametri yüz metrdən kilometrə kimi təşkil edən
4 300 yerə yaxın obyekt məlumdur, lakin nəzəri hesablamalara müvafiq
olaraq onlardan savayı yüzlərlə naməlum obyektlər də mövcuddur. Bununla əlaqədar
olaraq Rusiyanı da daxil etməklə, müxtəlif ölkələrin alimləri bu obyektlər ilə
Yer kürəsinin toqquşmasının qarşısının alınması, eləcə də, Yer kürəsinə
yaxınlaşan səma cisimlərinin aşkar olunması vasitələrinin istehsal
olunması ilə bağlı fəal şəkildə çalışırlar.