Astma xəstəsi olan uşaqların artıq fəaliyyətlərini məhdudlaşdırmaq
məcburiyyətində deyillər.
Bir dəqiqə, normal nəfəs
alırsınız. O biri dəqiqədə öskürür, nəfəs ala bilmir və hava üçün çırpınırsız. Bəlkə bir pişiyi sığalladıqdan sonra başladı. Və ya xoş bir yaz günündə futbol
topu üçün qaçarkən
baş verdi.
Bu vəziyyətlər sizə tanışdırsa, astma adlanan ağciyər xəstəliyi olanlar arasında ola bilərsiniz.
Denverdəki Milli Yəhudi
Tibb və Tədqiqat Mərkəzində uşaqlarda astma
və allergiya tədqiqatçısı olan Andy Liu, "Uşaqlarda bu hal çox yaygındır" dedi. Və deyir ki, astma
getdikcə daha çox yayılır.
1980-1996 illəri
arasında ABŞ-da astma diaqnozlarının sayı iki qat artdı.
Xəstəliklərin Nəzarəti və Qabağının alınması mərkəzindən məlumatına görə, bu gün 20
milyondan çox yetkin və 9 milyona yaxın uşaq astma xəstəliyindən əziyyət çəkir. Liu deyir: "Mən uşaq olanda sinifimizdə bir-iki
uşaqda var idi, indi isə bir sinifdə beş-altı uşaqda olur."
Niyə artdığı dəqiq olmasa da, elm adamları əlaqələri
axtarır və izahatlar verməyə çalışırlar. Xəstəlik üçün yeni müəlicələr axtarılır. Və müalicə metodları həddən artıq inkişaf edib.
Liu deyir:
"Biz əvvəllər astmalı uşaqları məhdud qabiliyyyətli sayırdıq. Son 15 ildə bu dəyişdi. İnanırıq
ki, əksər uşaqlar [astma xəstəliyi olan] normal həyat yaşaya
bilərlər. "
Ağciyər keçidləri
Sinənizin içərisində ağciyərləriniz
boş budaqları olan bir ağac kimidir. Bu budaqlar hava yolu kimi xidmət edir. Nəfəs
alanda hava bu budaqlardan keçir. Daha sonra ağciyərlərin nazik astarından keçir və qan
dövranına oksigen verir.
Astma krizi zamanı selik deyilən, sürüşkən bir maddə ağciyər keçidlərini bağlayır, şişkinlik yaranır və ağciyər əzələləri hava yollarını sıxır. Nəfəsalmaq çətinləşir.
Bu cür epizodlar birdən olmur. Sam Arbes,
astma xəstəliyi olan insanların ən
az yarısında krizə səbəb
ola biləcək allergiyaya sahib olduğunu söylədi. O, Tədqiqat Üçbucağı Parkındakı Ətraf
Mühitin Sağlamlığı Elmləri Milli İnstitutunda bir epidemioloqdur.
Bdəninizi infeksiya
və xəstəliklərdən qoruyan immunitet sisteminiz pişik tüklərinə, kifə,
polenlərə, tozlara və ya digər xarici maddələrə həddindən artıq reaksiya
verəndə allergiya yaranır. Belə maddələrə allergen deyilir.
Bəzi insanlar
müəyyən allergenlərə məruz qaldıqda sadəcə asqırır və burunlarını çəkirlər.
Astma xəstəliyi olan insanlarda isə daha güclü reaksiya baş verir.
Bəzi hallarda xəstəxanaya getməli olurlar.
Allergenlərdə artımının
astmanın artmasına səbəb olub olmadığını anlamaq üçün Arbes və həmkarları bu
yaxınlarda Birləşmiş Ştatlarındakı 831 evdən toz toplayıblar.
Arbes deyir:
"Biz nümunə götürdüyümüz hər evdə, hətta pişik və iti olmayan
evlərdə də pişik və itə aid allergen tapdıq"
dedi. "Bir çox evlərdə səviyyə insanlarda allergiya və astma
yarada biləcək qədər çox idi."
Çirkləndirici səbəblər
Məsələ Fluffy
və Fidonun saçlarından daha böyükdür. Alimlər bilirlər ki, bəzi astmalı insanların allergiya
ilə əlaqəsi yoxdur. Məşq, siqaret tüstüsü, ətirlər və yemək
qoxuları da astmaya səbəb ola bilir.
Arbes deyir
ki, alimlər allergiyanın astma xəstəliyini daha da pisləşdirdiyinə əmindirlər. O əlavə edir
ki, "lakin astmanı ilk növbədə allergenlərə məruz qalmağın olub-olmadığını bilmirik."
Elm adamları niyə yalnız müəyyən insanların
astma olduqlarını tapmaq üçün, insanların evdə məruz
qaldıqları allergen növləri və onlarda olan allergenlər haqqında məlumat
toplayırlar. İş, Milli Sağlamlıq və Qidalanma İmtahan Sorğusu
(NHANES) adlı böyük, uzunmüddətli tədqiqatın bir hissəsidir.
Tədqiqat hələ qurtarmayıb,
lakin elm adamları bəzi əlaqələri artıq müəyyənləşdiriblər.
Fermada yaşayan uşaqlar, şəhərdəki uşaqlara nisbətən daha az astma xəstəliyinə tutulurlar. Bağçada olan
uşaqlar evdə qalan uşaqlara nisbətən daha az astma xəstəliyinə tutulurlar.
Böyük qardaş və bacıları olan uşaqlarda tək böyüyən uşaqlara
nisbətən daha az astma xəstəliyi var.
Bu cərəyanlara əsaslanaraq, "gigiyena
hipotezi" adlı bir nəzəriyyə ortaya çıxır. Fikir budur ki, bu
günkü uşaqlar
valideynlərindən daha az bakteriya növləri ilə qarşılaşırlar. Bunun səbəbi
içəridə daha çox vaxt keçirmələri, daha çox
antibakterial sabun istifadə etməsi və daha çox antibiotik dərman
qəbul etməsidir.
Nəticədə, onların infeksiyaya qarşı mübarizə aparan immunitet
sistemləri yetəri qədər şey
edə bilmir, Arbes deyir. Allergiya ilə əlaqəli
olan hissələr üstünlük
edir.
"İmmunitet sistemi patogen və ya bakteriya ilə mübarizə aparmaqdansa,
allergenlərə yüklənir, deyir.
Daha yaxşı qulluq
Astmaya
nəyin səbəb
olduğunu tapmaq, tədqiqatçılara
bunun qarşısını almağa kömək
edə bilər. Axırda bir çarə tapmağı ümid
edirlər. Ona qədər
həkimlər vəziyyəti idarə etməyin üzərində işləyirlər. Və o işdə çox yaxşılaşıblar, Liu deyir.
Astmaya
səbəb olan şeyləri təyin etmək və qarşısını almaq
yaxşı bir profilaktik strategiyadır. Dərmanlar xəstəliyi idarə etməyə kömək
edə bilər. İnhalerlərdən alınan bu dərmanlar ağciyər əzələlərini boşaldır və dərhal
rahatlama gətirir.
Bundan əlavə,
insanın nəfəsini
yoxlayaraq astma diaqnozu verə biləcək yeni bir
sınaq üzərində çalışılır.
Test daha erkən diaqnozlara və daha yaxşı qayğıya səbəb ola bilər.
"Bir çox uşaq astma səbəbiylə fəaliyyətlərini
məhdudlaşdırır" Liu deyir. "Bu belə olmaq məcburiyyətində deyil."
"Əgər astmanız varsa, həyatınız normal olmalıdır" deyə əlavə edir.
"Minimum simptomlarınız olmalıdır. İstədiyiniz idman növünü seçməyi
və istədiyiniz səviyyədə oynamağı bacarmalısınız. " Şübhəniz var?
Pittsburgh Steelers-in futbolçusu Jerom "The Bus" Bettis-ə baxın.
Astma, onu böyük bir idmançı olmağına mane olmadı.