Bu qitə haqqında çoxlu sayda həm düzgün, həm də yanlış xəbərlər yayılmaqdadır. Məsələn, Avstraliya — hamının kəlləmayallaq gəzdiyi, kenquru ilə döyüşlərin təşkil olunduğu, istənilən sürünənin isə sizi öldürməyə cəhd edəcəyi möcüzəli məkandır.
Avstraliya — adadır
yoxsa qitə?
Avstraliyanın eyni zamanda həm ada, həm də qitə tərifinə uyğun olması çox
maraqlı faktdir. Lakin, onu qitə kimi göstərirlər, çünki, Avstraliyanın ərazisi
kifayət qədər böyükdür: onun sahəsi 7,6 milyon kvadrat metr təşkil edir.
Avstraliya hər tərəfdən su ilə əhatə olunmuşdur və bu da adanın əsas
əlaməti olsa da, eyni zamanda onun tektonik plitələri sərbəstdir, yerli
faunanın və floranın böyük hissəsinə digər qitələrdə rast gəlinmir və bu da
Avstraliyanı artıq qitə kimi xarakterizə edir.
Halbuki, Avstraliya — dünyada bir qitəni tutan yeganə ölkədir. O ümumi
sahəsinə görə dünyada 6 yerdə dayanır.
Avstraliyanın
əhalisi və coğrafiyası haqqında maraqlı faktlar
1.
Qitənin
cənubda yerləşməsi faktı onun adını müəyyən etmişdir. «Avstraliya» sözü latınca
austrālis sözündən götürülüb, «cənubi» kimi tərcümə olunur.
2.
Avstraliyanın
üçdə bir hissəsi tropik endə yerləşir, lakin bu zaman qitənin böyük hissəsini
səhra tutur. Buna da səbəb Sakit okeandan daxil olan rütubətli küləklərin
yolunu kəsmiş dağlardır. Sıx bitki aləminə əsasən sahilyanı ərazidə rast gəlmək
mümkündür.
3.
Çox milyon ilə
bundan əvvəl Avstraliya Antarktida və Cənubi Amerika ilə birləşdi.
4.
Avstraliyanın
əhalisinin 80% artıq hissəsi sahilyanı ərazidə məskunlaşmışdır. Ölkənin
mərkəzini səhralıq əraziyə çevirmiş qızmar iqlim buna səbəb olmuşdur.
5.
Avstraliya — dünyada ən
balaca qitədir.
6.
Ən azdı
Avstraliyanın 28% sakini xarici ölkələrdə dünyaya gəlmişdir. Bu o deməkdir
ki, hər 4 avstraliyalı – mühacirdir.
7.
Avstraliyalı
aborigenlər arasında bəzən təbii sarışınlara rast gəlinir.
8.
Avstraliyalı
aborigenləri uzun müddət yanlış olaraq neqroid irqinə aid edirdilər.
Avstraliyanın mənimsənilməsi tarixi haqqında maraqlı faktlar
1.
İnsanlar
Avstraliyaya təqribən 40 – 60 min il bundan əvvəl gəlmişdirlər. Onlar
qabaqlar dayaz olan dənizi üzərək bir adadan o biri adaya keçirdilər.
2.
Avstraliya 1606 cı ildə
avropalılar tərəfindən kəşf olunmuşdur. İlk olaraq Avstraliyaya holland
dənizçiləri səfər etmişdirlər.
3.
Yalnız XVIII əsrin əvvəllərində yeni kəşf olunmuş
qitəni fəal şəkildə mənimsəməyə başlamışdırlar. Buna səbəb Böyük Britaniyanın
Şimali Amerikadakı müstəmləkələrindən məhrum olması səbəbi ilə baş vermişdir. O
zamanlar Avstraliya Britaniya imperiyasını maraqlandrmağa başlamışdır.
4.
Geniş
yayılmış fikrin tam əksinə olaraq britaniya dənizçisi Ceyms Kuku avstraliyalı
aborigenlər yemədilər. Səyahətçi Havay adalarının sakinləri tərəfindən qətlə
yetirildi.
5.
Avstraliyaya
ilk köçürülən əhali britaniyalı məhbuslar olmuşdur.
6.
XIX əsrin
ortalarında Avstraliyada bütün dünya
qızılının üçdə bir hissəsi hasil olunurdu. Məhz qızıl qızdırma illərində mühacirlərin
sayı kəskin surətdə artmağa başladı.
7. Miqrasiyanı məhdudlaşdırmaq üçün Avstraliya hakim dairələri xüsusi filoloji lotareyanı təsis etdilər. Onun mahiyyəti ondan ibarət idi ki, ölkəyə gəlmək istəyən hər kəs imtahanı qəbul edən şəxsin seçdiyi istənilən avropa dilindən diktə altında 50 söz yazmalı idi. Avstraliya haqqında maraqlı fakt: əhalinin əsas hissəsi ingilis dilində danışırdı və buna görə də, imtahanda məhz ingilis sözlərini verirdilər, lakin bəzi person non qrata statusuna malik olan insanlar üçün kelt, gel, friul və digər dilləri seçirdilər.
Avstraliyanın təbiəti haqqında maraqlı faktlar
1.
Qitənin
uzunmüddətli izolyasiyası nəticəsində Avstraliya qalan dünyada tapılması mümkün
olmayan endemik – növlər ilə zəngindir.
2.
Yerli
sakinlər sadəlövh turistləri vəhşi koala haqqında hekayələr ilə çaşdırmağı
sevirlər. Şübhəsiz bu hekayə həqiqətdən uzaqdır: koalalar otyeyən heyvanlardır
və insaları ovlamırlar.
3.
Avstraliyada
zəhərli sürünənlərin rekord sayı məskunlaşmışdır. Məsələn, 10 zəhərli ilandan 6
– sı məhz bu qitədə yaşayır.
4.
Həmçinin
Avstraliyada həddən artıq çox sayda vəhşi dəvələr var.
5.
Vəhşi Dinqo
itlərinin hücumlarından qoyun sürüsünü müdafiə etmək üçün avstraliyalılar 5,6 min
kilometr uzunluqda hasar inşa etmişdirlər.
6.
Emu
dəvəquşusu və kenquru heç də təsadüfən Avstraliya dövlətinin rəmzi olaraq
seçilməmişdirlər. Belə hesab olunur ki, bu heyvanlar geriyə addımlamağa vərdiş
etməmişdirlər və bu da avstraliya millətinin yalnız irəliyə dpgru hərəkətdə
olmasına işarə edir.
7. Kenquru əti dietik və faydalı ət hesab olunur.
Doğrudur, avstraliyalılar kenquru ətini
tez – tez yemirlər. Kenquru ətinin bpyük hissəsi digər ölkələrə ixrac olunur.
8.
Avropalıların
“Böyük Torpaqdan” çoxlu sayda heyvanlar gətirmələri səbəbi ilə ekoloji sistem
təhlükə altına düşdü. Daha sadə növlər endemik növləri arealdan sıxışdırıb
çıxarmağa başladı. İnsanlar bu problemin həlli ilə məşğul olmazdan əvvəl
heyvanların və quşların çoxsaylı avstraliyalı növləri məhv oldu.
9. Böyük maneə rif — bu planetdə ən iri canlı varlıqlardan biridir.
Avstraliyada həyat haqqında maraqlı faktlar
1. Avstraliyada 10 000 artıq çimərlik var!
2. Küçələrdə məlumat lövhələrini tapmaq mümkündür və bu
lövhələrin üzərində günəş fəallığının göstəriciləri haqqında informasiya
yerləşdirilmişdir.
3. Avstraliyada xüsusilə çoxuşaqlı ailələr üçün həddən
artıq yüksək səviyyəli sosial dəstək mövcuddur.
4. Avstraliyada həddən artıq bahalı elektrik enerjisi
fəaliyyət göstərir.
5. Avstraliya əhalisinin böyük hissəsi ingilis dilində
danışır.
6. Avstraliyada — barbekyü ölkəsidir. Praktiki olaraq hər biri iri parkda qril üçün pulsuz
ictimai aparatları tapa bilərsiniz.
7. Əskinazlar kağızdan deyil, nazik plastikdən hazırlanır. Maraqlı fakt: əgər avstraliyanın 10 dollarını 2 hissəyə bölsək, o zaman onlardan hər biri
5 dollara bərabər olacaqdır.
8. Seçkilər — bu Avstraliyanın hər bir vətəndaşı üçün məcburidir! Əgər siz seçkiyə gəlmirsinizsə və sizin üzrlü
səbəbiniz yoxdursa, o zaman siz cərimə ödəməli olacaqsınız!
9. Avstraliyada bütünlüklə yerin altında qalmış şəhər
vardır! O Kuper-Pedi adlanır.