Sizə bu hisslər tanışdır – qarşınızda hər hansı bir
axmağı nədənsə uğurla satılan naməlum məhsulla görürsünüz, lakin
bilirsiniz ki, sizin məhsulunuz daha yaxşıdır Yəginki. Bəs siz həmin
“axmaqdan” nə ilə fərqlənirsiniz?
Nə üçün
“axmaqlar” daha tez uğur əldə edirlər?
Axmaqlar, daha
dəqiq desək biznesmenlər , öz məhsullarının və ya təqdim etdikləri
xidmətlərin xüsusiliyinə inanırlar və onu nümayiş etdirməyə qorxmurlar.
Onlar biznesə başamaq uçun maliyyənidə tez tapıllar, biznesdə
əmələ gələn problemli suallarıda tez həll edə bilirlər.
Usaqlıqdan bizə
öyünməyin yaxşı olmadığını öyrədirlər. Təəssüf ki, çoxları bunu sözün əsl mənasında
başa düşür və bizneslərini səssiz qururlar. Sonra isə hər hansı bir 25
yaşlı cins şalvarlı gənc onlara öz işçilərinin və firmasının
aylıq gəlirinə alına bilən Lamborcini maşınlarının sayından bəhs etdikdə
çənələri düşür. Belə insanlar inanırlar ki, əgər istəsən hətta yaş həddi
belə vacib deyil, istənilən yaşda da hər şeyə nail olmaq olar.
Lakin real həyatda
uğurlu biznesin yaradılmasına çox az adam nail olur – axı ətrafımızda
axmaqlar çox deyil. Yalnız bəziləri hər şeyini itirə biləcəyini
anlayaraq uğura aparan yolda bütün maneələri aşmaq üçün güclü
və səbrli olur. Bəziləri təslim olur və başqa iş axtarırlar. Yalnız
istisnalar zəngin və məhşur olurlar. Bu zaman onları artıq axmaq hesab etmirlər
– çünki sevgidən nifrətə bir addım var.
ÖZÜNÜZƏ VƏ
ETDİKLƏRİNİZDƏ ƏMİN OLUN.
“Özündən razı
axmaq” –bu sizin haqqınızda deyil. Bu həmin cins şalvarda və Lmborcinisi
olan kəsə aiddir. Bir fincan qəhvə ilə öz tarixçəsini
danışanda o çətin ki tərif və ya təəccüb gözləyirdi. Çox
güman ki, o məşğul olduğu işi sevir və bu haqda danışmaq onun üçün xoşdur.
Burda nə var ki, siz də öz işinizi sevirsiniz yəgin. Lakin bu kifayətdir
mi?
Özünüzü fəaliyyət
sahənizə uyğun nailiyyətlər sərgisində təsəvvür edin. Əlbətdə ki ,
siz nəyəsə nail olmusuz və digər bəxtəvərlər kimi burda iştirak edirsiniz. Siz
qürurlusunuz , siz öz məhsulunuzun möhtəşəm təqdimatını hazırlamısınız və
öz vaxtınızı gözləyirsiniz. Bu zaman sizin yerinizə digər vunderkindi səhnəyə
çağırırlar və onun nailiyyətlərini tərifləməyə başlayırlar.Digər çıxış edənlərin
sözlərinə görə o həqiqətən də öz işində (sizin işinizin də) mahirdir.
Bu zaman
insanların çoxu məyus olurlar. Siz yaxşısınız, amma əla deyilsiniz.
İştirakçıların fikrini dəyişmək cəhdləri axmaqlıq olardı, həm də
təsəvvür edin ki , sizin kimi başqaları da sinəsinə döyüb yaxşı olduqlarını
çığırmağa başlasalar nə olardı. Bu yalnız kimin ağlına gələ bilər? Düzdür
–axmaqların.
Problem sizin
öz işinizdə uğurlu olmamağınızda deyil. Problem ondadır ki, siz buna inanmırsız
və sizin firmanız və sizin haqqınızda heç kim bilmir. İkinci birincidən
qaynaqlanır, axı özünə inamlı gülüşü ilə reklam plakatlarında sizi hər küncdə
qarşılayan axmaqları hamı tanıyır. Sizi isə -heç kəs tanımır. Utanmaq lazım
deyil. Heç kəs sizi konfrens zalda masanın üzərinə çıxaraq məruzəçilər üzərindən
qışqırmağa çağırmır, lakin siz hər hansı bir yolla öz varlığınızı insanlara
çatdırmalı və digərlərindən üstünlüyünüzü izah etməlisiniz.
Əgər siz
dondurma satırsınızsa , özünüzü sıradan dondurmaçı kimi aparmamalısınız. Hər kəsə
Qarlar kraliçəsinin krallığından xoşbəxtlik və sehr bəxş
etdiyinizi söyləyin , adi dondurma isə sizinkilərlə müqayisə oluna bilməz.
Uşaqların zəif tərəflərindən istifadə edib pul qazanmaqdan deyil, dünyanı
yaxşılaşdırdığınızdan danışın. Ən əsası da buna inanın.
Əgər siz uğur əldə
etmək istəyirsinizsə, siz bunu hər gün etməli olacaqsıznız – özünüzə və
başqalarına məhz sizin kompaniyanızın siyahıda birinci yerdə gelməli
olduğunu deməlisiniz.
KEYFİYYƏTDƏ
QƏNAƏT ETMƏYİ DAYANDIRIN
Özünüzə və məhsulunuza
inanmağın yan təsiri, müştərilərinizi nəyin bahasına olursa olsun cəlb etmək
üçün dəridən qabıqdan çıxmağınızı dayandırmağınız olacaq. Məcburi satışı
təcrübə etmək, insanlara təyziq göstərmək lazım deyil - əgər sizin məhsulunuz
həqiqətən yaxşıdırsa, onlar özləri sizə doğru gələcək, sadəcə onlara zaman və
sizin haqqınızda öyrənməyə imkan verin.
Burda iki
variant mövcuddur: ya siz həqiqətən yaxşı dondurma istehsal edirsiniz, ya da hər
kəsi buna inandırmağa çalışırsınız. İkinci variantda sizə heç bir məsləhət kömək
etməyəcək , çünki bu günkü gün bütün bazar adi məhsullarla doludur.
Buna görə
keyfiyyətinə qənaət etməyin və sizə neçəyə başa gəlsə də ən dadlı
dondurmanızı hazırlayın. Əgər sizin müştərinilərizi qiymət
maraqlandırırsa sizə belə müştərilər lazımdırmı? Biznesslə məşğul
olmaq istəyənlərlə işləyin, nədən dondurmadan plastmas dadının gəldiyini
sonuncu istehlakçıya izah etməklə məşğul olmayın. Adi qazanc sxeminə
qarşı gedin.
Sizin düzgün
baxış nöqtəniz formalaşsa siz görəcəksiniz ki, sxem işləyir - artıq öz məhsulunuzu
təqdim etmək üçün mağazalara zəng vurumağaınıza ehtiyac olmayacaq.
Sizdən ilk addım gəzləmədən ,onlar özləri sizə əməkdaşlıq təklif edəcəklər.
Siz özünüz haqqınızda hamıya danışarkən və dondurmanızın işıq sürəti ilə
satılacağı qədər yaxşı olduğunu sübut edərkən bu ilk addımı etmiş
oldunuz.
Alıcılarla
danışıqlar zamanı onlara özləri və öz kompaniyaları haqqında danışmağa imkan
verin – qulaq asın və sözünü kəsməyin, çünki onlarda öz işlərini sevir və bu
haqda danışmaq istəyirlər.Sonra onlara əməkdaşlığınız haqqında, sizin onlara
necə komək edə biləcəyinizi, bir komanda olacağınızı və birlikdə necə inkişaf
edəcəyinizi danışın.Onların eynlərinin necə açıldığını, gözlərinin
parladığını, “bəli” qərarının necə yetişdiyini və dərhal müqavilə imzaladığını
seyr edin. Siz həqiqətən yaxşı olduğunuzu xatırlamağı, Qarlar Kraliçəsinin
torpaqlarının bölünmədən həmişəlik sizin olacağına inanmağı
adətinizə çevrildikdə - başqaları da sizin həvəskarlığınızla
yoluxacaqlar.
Ilk gündən
qapınızda million müştərinin olacağını gözləməyin, lakin həndəsi irəliləyişlərin
yüksəlişinə hazır olun. Sizin dondurmanız əvvəlcə bazarın kiçik hissəsini tuta
bilər, əsas odur ki, yüksəlmək üçün yeriniz olsun.
Daha bir şey.
Ən yaxşılar həmişə inhisarçı deyillər. Əlbətdə ki, sizinlə bərabər bazarı digər
kompaniyalar da böləcəklər. Ola bilər ki, sizin müştəriləriniz sizinlə olduğu
kimi onlarla da uğurlu əməkdaşlıq etsinlər. Lakin dəqiq götürülmüş ərazidə
/şəhərdə/ rayonda sizdən yaxşı kompaniya , özünə əmin rəhbər və sakinlərə nəzərən
axmaqların faizi daha çox ola bilməz.
Sxem sadədir –
möhtəşəm məhsul yarat və öz gücünə inan. İnsanlar arasına çıxanda onlara
özünüz , öz kamandanız haqqında danışın, onlara Gerdanı göstərin, onları şimal
marallarının üzərində gəzdirin – sizi tanımaları və sizin komandanızın
bir hissəsi olmaları üçün hər nə olursa edin. Əla məhsulla dəstəklənmiş
uğura əmin olmaq sizi öz kompaniyanızı nəyin bahasına olsun inkişaf
etdirmək qayğısından azad edəcək. İnsanları məcburi satışla qıcıqlandırmaq əvəzinə
siz xöşbəxt müştərilərin necə sizə könüllü yaxınlaşdığını görəcəksiniz.
Hələ ki,
oğlan Kay buzun üzərinə “əbədilik” qoymayıb, hər şey sizin əlinizdədir -
millionlar qazanan axmaqların sıralarını artırın.