Yer Kürəsində avtomaşınların
istehsalçıları arasında Toyota ən layiqli yeri tutaraq planetimizin
hüdudlarından kənarda da öz xoşbəxtliyini sınamağa cəhd göstərmişdir. Yaponiya aerokosmik tədqiqatlar agentliyi (JAXA) ilə birlikdə onlar Aya gedən germetik maşının istifadə olunması
imkanlarını öyrənirlər.
Layihə 2029 cu ildə işə salınmalıdır.
«Aya gedən pilotlu germetik
kabinalı maşınlar tam miqyaslı tədqiqatda və Ay səthinin istifadə olunmasında
vacib rol oynayacaqlar», — deyə JAXA Prezidenti Xiroşi Yamakava bəyan etdi. «Müştərək
tədqiqatlarımızın çərçivəsi daxilində gələcəkdə biz Toyota gözəl texnoloji
imkanlarını istifadə etmək istərdik".
Nəqliyyat
vasitəsinin 10 min kilometr sürətlə maksimal uzaq məsafəyə yanacaq elementləri
ilə işləyəcəyi planlaşdırırlır. Bu maşının heyəti iki kosmonavtdan ibarət
olacaqdır, lakin fövqqladə vəziyyətdə maşına dörd kosmonavr yerləşə bilər.
Yanacaq elementlərinə əlavə olaraq enerjinin əlavə mənbəyini təmin etmək üçün
roveri burulub açılan günəş batareyaları
ilə təchiz etmək planlaşdırılır.
İndiki dizayn
küçə ilə hərəkət etmək üçün qətiyyən münasib deyildir. Konseptin
ölçüləri: uzunluğu 6 metr, eni 5,2 metr və hündürlüyü 3,8 metr. Altı
təkərlə təchiz olunmuş bu maşın 13 kvadrat metr yaşayış sahəsinə malik olmağı
nəzərdə tutur.
Müqayisə üçün
“Applon” proqramlı Ay maşını (qismən olaraq General Motors
avtoistehsalçısı tərəfindən işlənib hazırlanmış) skafandrlarda iki
kosmonavtları yerləşdirə bilər, və uzunluğu 3,1 metr, eni 2,3 metr və maksimal
hündürlüyü 1,14 metr təşkil edən dörd təkərə malikdir.
Yalnız suyu ayıran
ekoloji təmiz yanacaq elementlərini istifadə etmək
planlaşdırılır və onların yüksək sıxlığı bu maşını külli miqdarda enerji ilə
təchiz etməlidir.
Yer kürəsinin
1/6 ağırlıq qüvvəsinə malik olmaqla yeni roverə kraterlər, qalalar və
təpələr ilə mürəkkəb yeri daxil etməklə bir çox sınaqlardan
keçməlidir. Lakin bütün bunlara baxmayaraq, Toyota prezidenti Akio
Toyoda deyir ki, roverin ən vacib işi onun sərnişinlərin təhlükəsizliyini təmin
etmək imkanından ibarətdir.