Bədənin müdafiə
olunması – kreativ işdir!
Möcüzəli Top -10 güllə əleyhinə və müdafiə qadjetləri təqdim edirik.
"Budur
güllə patron vıyıldadı – sinəmdən dəydi, və məni sürətlə çapan at apardı". Belə bir fikir var ki, odlu silahın meydana çıxması
ilə bədənin müdafiə olunması mənasız olmuşdur. Halbuki, müasir zirehli jiletlər
elə belə zireh deyildir: onlardan bəzilərini geyinən zaman hətta gülləbarana
düşəndə də özünü döyüş meydanında dəmir geyimli döyüşçü kimi hiss edirsən. Texnologiyanın
da daima inkişafda olduğunu unutmaq lazım deyildir... Sizin qarşınızda insanın
bədəninin qurğuşun güllələrdən müdafiə olunması üçün ən möcüzəli, yüksək
texnologiyanın məhsulu olan və qeyri – adi qadjetlərin təsviri verilmişdir.
Kibernetik
ekzoskelet
HAL zirehi fantastik filmdən kostyum kimi
görünür, lakin, bu nə qədər təəcüblü olsa da təmamilə realdır. HAL – təkcə
bədənin müdafiəsi deyildir, həmçinin əlləri və ayaqları gücləndirən xidmət intiqallarıdır.
Cybernics 2011 beynəlxalq müsabiqəsində nümayiş olunan kiber skafandr
artıq sınaqlar mərhələsindədir. Klinik sınaqlar 2012 ci ildə
başlanacaqdır: bu cür müdafiə konstyumu əlillərə hərəkətliliyi qaytara bilər. Artıq
onun ilkin qiyməti elan olunmuşdur: 14000-19000 ABŞ dolları.
Neo kimi olaq
Köhnə əsgərlər
bəzən söhbət edirlər ki, adrenalin altında güllədən yayınmaq mümkündür. Bəs
adrenalinə nə üçün arxayın olaq? Sizə məlum olan IBM şirkəti
güllədən yayınmaq üçün zirehli jileti patentləşdirdi: bu qurğu uzaqdan uçan
gülləni qeydə alır və birbaşa sinir sisteminə siqnal verir. İnsan əyilir və ya
döşəməyə yıxılır, və ya əlini şəkir – ümumiyyətlə, atəş nöqtəsində Neo kimi
uzaqlaşır. Bu layihənin realizə olunması gələcəkdə mümkün olsa da, bu cür
qadjetə görə istənilən pulu ödəməyə hazır olan insanlar mövcuddur – çünki
onlarda istənilən məbləğdə pul vardır.
Ən yaxşı
müdafiə - hücumdur
Bəzən
insalara nəinki tapançalar, eləcə də, bıçaqlar ilə hücum edirlər. "Body
Guard" qolcağı mahiyyət etibarilə yalnız onu taxan şəxsin əlini müdafiə
edir, lakin onun köməyi ilə düşmənə güclü zərbə endirmək mümkündür! Şok yaradan
iynə və elektrik şok qurğusu bıçaqla hücum edən istənilən adamı zərərsizləşdirə
bilər, möhkəm qolçaq isə qolunuzu kəsiklərdən qoruyacaq.
Gözəl müdafiə
Zirehli jilet
gözəgörünməz və gözə çarpmayan olmalıdır. O, xay – tek üslubda gündəlik
paltar ola bilər. Dizayner
Tim Smit dəbdə olan zirehli jiletə dəbli əleyhqazı əlavə edir.
Zərbə əleyhinə
gödəkcə
Bədən üçün bu
müdafiə gülləyə deyil, məsələn esktremal idmanla məşğul olan zaman zərbəyə
qarşı davamlıdır. Beysbol bitası – özünəməxsus idman mərmisidir və plastik
müdafiəli PocLab gödəkçəsi təkcə xizəkçiyə lazım deyildir.
Çox möhkəm
qovluq
Kağız üçün və
bədənin müdafiəsi üçün qovluğun dəyəri 45 dollar təşkil edir. Ona görə ki, o 9
– millimetrlik gülləni dayandırmağa qadirdir! Sizi dilxor edən yeganə hal –
onun çəkisinin 1.2 kiloqramm olmasıdır. Qovluğun ölçüləri – 22.5 – in 20
santimetrədir.
Bədənin
silikon müdafiəsi
Biz silikon
döş implantatlarının güllə əleyhinə xüsusiyyətlərini nəzərdə tuturuq,
lakin Deflexion zirehli jileti isə eksperimental materialdan
hazırlanmışdır. Bu material – xüsusi molekulyar strukturlu silkon parçanın yeni
növüdür. Layihəçilər iddia edirlər ki, Deflexion parçası kevlardan
da effektivdir. Adi halda o elastikdir, güllənin təzyiqi altında isə bərk və
möhkəm olur.
Gözün bəbəyini
qoruyur
Əgər sizə
qarşı hər hansı bir insan qərəzli plan qurmuşdursa, o zaman dilxor olmayın, o
zaman o eşşəkarısının gözünə düşə bilər: çünki, yapon orsudunun silahı
olan gülləkeçirməyən eynəyi və ya müasir kaskanı taxmaq mümkündür. Onlar saniyədə 50 metrdən
artıq sürətlə uçan 8-9 millimetrlik obyektdən gözlərinizi müdafiə etməyə
qadirdirlər. Çox təəssüflər olsun ki, əslində sürət azdır: o, uzan vəziyyətdə
olan tapança gülləsinə və ya qəlpəyə uyğundur.
Ürək müdafiə
altında
Dəvətli gecəyə
zirehli jiletdə gəlmək rahat deyildir. Çibində səliqəli bükülmüş dəsmalı olan
kostyumda niyə də belə gecəyə gəlməyəsən? Ələxsus da, bu qızılı dəsmal
kevlardan hazırlanmışdır və onun yaradıcılarının sözlərinə görə o ürəyi güllədən
qoruya bilər. Onun dəyəri 94 funt təşkil edir. Müəlliflər möcüzəli –
çadırın sınaqlarından müdafiə edir: o, yaradan müdafiə edir, və ürəyə tuşlanan
mərmini kənara aparır. Əgər bu Amurun oxu deyilsə.
Bədənin adi
müdafiəsi
Əgər siz
paranoyalı insansınızsa – bu sizin düşmənlərinizin olmaması anlamına gəlmir.
Buna görə də, hər yerdə təhlükəsizlik mövcuddur; zəif görünmək, lakin polad
zirehlə müdafiə olunmaq daha yaxşıdır. Bu məsələdə bir qədər köhnə dəbli, lakin
çox faydalı avtomatik polad lövhəli kostyum kömək edəcəkdir. Onun çəkisi 4,5
kiloqram olmaqla o sizi adi tapançadan çıxan güllədən müdafiə edəcəkdir. Bu cür
konstyumların istehsalçısı Miqel Kabalyero, özünü “zirehli jiletli Armani”
adlandırır: onun arsenalında dəyəri 500 ABŞ dollarından 2000 ABŞ dollarına qədər
təşkil edən zirehli paltarların onlarla növləri vardır.