ağlasığmaz hesab olunsa da, zaman sürətlə axır və hər şey dəyişilir.
Mərkəzi sinir sistemi ilə bağırsaqda yaşayan üç milyonlarla bakteriyalar (mikrob) arasındakı əlaqə indiki dövrdə bir çox tədqiqatların diqqət mərkəzindədir, eləcə də, bu məsələ mətbuatda kifayət qədər işıqlandırılmışdır.
Lakin «bağırsaq — beyin» sistemi necə işləyir?
İndiyə qədər bildiklərimizin çoxu konkret bağırsaq bakteriyaları, onların metabolitləri və nevroloji əlamətləri arasındakı korrelyasiyanı göstərən tədqiqatlara əsaslanmışdır. Lakin korrelyasiya səbəb və nəticəni sübuta yetirmir. Bir çox tədqiqatlarda insanın xüsusiyyətlərini və davranışını dəqiq əks etdirməyən heyvan modelləri istifadə olunur. İnsanlar üzərində tədqiqatların aparılması məhdudlaşdırılmışdır. Onlar, bir qayda olaraq, nisbətən kiçik seçimə əsaslanır və külli miqdarda maneə yaradan amillərə, məsələn, mikrobiotaya təsir göstərə biləcək müxtəlif pəhrizlərə, antibiotiklərə və ya deprassiya əleyhinə vasitələrə malikdirlər.
Bu həftə Nature Microbiology
jurnalında dərc olunmuş tədqiqatda bu problemlərin əksəriyyəti nəzərdən keçirilir (М. Valles-Kolomer və başqaları. Nature Microbiol. 2019). Müəlliflər Belçikanın flamand bağırsaq florasının layihəsində iştirak etmiş 1000 artıq insanın nəcisində mikrobiotaların təhlil olunması üçün DNT sekvensiyasını istifadə etmişdirlər. Daha sonra komanda müxtəlif mikroblu taksonları iştirakçıların həyatının keyfiyyəti və depressiyanın meydana çıxmasının tezliyi ilə müqayisə edərək pasiyentlərin haqqında məlumat verdikləri və həkimlərin müəyyən etdikləri diaqnozları istifadə edirdilər.
Tədqiqatçılar insanın sinir sistemi ilə qarşılıqlı fəaliyyətdə olan bağırsağın mikroflorasının molekulaları parçalamaq və hasil etmək qabiliyyətini təsvir edən kataloqun yaradılması üçün məlumatları əldə etmişdirlər. Alimlər aşkar etmişdirlər ki, depressiyalı insanlarda iki qrup bakteriyaların Coprococcus və Dialister çatışmazlığı mövcuddur. Onlar həmçinin bağırsaq mikroorqanizmlərinin 3,4 – dihidroksifenil sirkə turşusu adlanan dofaminin neyromediatorunun parçalanması məhsulunu sintez etmək kimi potensial qabiliyyəti ilə həyat keyfiyyəti arasındakı müsbət korrelyasiyanı görmüşdürlər. Tədqiqatın nəticələri güclü tədqiqatlardan biri olub, bağırsaq bakteriyalarının insanın psixiki sağlamlığına təsir etdiklərini göstərirlər.
Lakin, bu səbəb
deyildir, korrelyasiyadır. Tədqiqatçılar bağırsaq mikroflorasının asetilxolin,
serotonin, QAMK və dofamin kimi neyrotransmitter və neyrofəal birləşmələrinin
hasilatını stimullaşdırdığını və ya hasil etdiyini və bu birləşmələrin
bakteriyaların artımını modulyasiya etdiyini yaxşı bilirlər. Burada əsas məsələ
bu cür mikrob molekulalarının insanın mərkəzi sinir sistemi ilə qarşılıqlı fəaliyyətdə
olub – olmadıqlarını və bunun insanın davranışına və xəstəliklərin törənməsi
riskinə necə təsir göstərməsini aydınlaşdırmaqdan ibarətdir.
Bağırsaq mikroflorasının həyatın keyfiyyətinə və depressiyaya təsiri