Mənbə: McMaster
Universiteti
Xülasə: Təhlükə yaradan
bakteriyalara bənzərsiz bir yanaşma ilə qarşı duran yeni bir antibiotik qrupu
kəşf edildi. Bu qrup mikroblara qarşı mübarizədə perspektivli tibbi antibiotik
hesab edilir.
Yeni tapılan korbomisin və
daha az tanınan komplestatin orqanizmdə bakteriyaları əvvəllər
görülməmiş bir yolu ilə öldürür. Bunu hüceyrə divarının fəaliyyətini maneə törətməklə
edirlər. Kəşf olunan antibiotiklər torpaq bakteriyalarından əldə olunan
glikopeptidlər adlanan bir antibiotik ailəsinə aiddir.
Tədqiqatçılar
siçanlarda təcrübə apararaq, bu yeni antibiotiklərin bir çox ciddi
infeksiyalara səbəb olan bakteriya qrupu Stafilokok aureus-un
yaratdığı infeksiyanı öldürdüyünü nümayiş etdirdilər.
Tapıntılar Nature today jurnalında dərc edildi.
Tədqiqatın ilk müəllifi, McMaster-də biokimya və biotibb üzrə elmlər namizədi
olan Beth Culp, "Bakteriya hüceyrələrinin xaricində forma əmələ
gətirən və güc qaynağı olan bir divar var" - deyərək fikrini bildirdi.
Penisilin kimi antibiotiklər divarın qurulmasının qarşısını alaraq
bakteriyaları öldürür, amma aşkarladığımız antibiotiklər bunun əksini edir -
divarın parçalanmasının qarşısını alır. Bu hüceyrələrin bölünməsi üçün çox
vacibdir.
"Bir hüceyrənin böyüməsi üçün o, bölünməli və genişlənməlidir. Əgər
divarın parçalanmasının tamamilə qarşısını alırsanız, hüceyrədə böyümə və
bölünmə prosesi baş vermir."
Glikopeptidlərin tanınmış üzvlərinin ailə ağacına baxan tədqiqatçılar standart müqavimət mexanizmlərinə sahib olmayan növlərin bakteriaların qarşını fərqli bir yolla aldığını fərz edərək, bu növlərin genlərini araşdırdılar.
Culp dedi: "Bu antibiotikləri meydana gətirən genlərin fərqli olması səbəbi ilə, bəlkə də bakteriyaları
öldürdükləri üsulun da fərqli olduğunu fərz etdik."
Tədqiqatçılar Yves Brun və onun Université de Montréal-dan olan komandası ilə birlikdə hüceyrə görüntüləmə texnikasından istifadə edərək, bakteria divarının yeni antibiotiklərin təsir yerinin olduğunu təsdiqlədi.
Culp dedi: "Bu yanaşma digər antibiotiklərə tətbiq oluna bilər və fərqli təsir mexanizmlərinin yeni növlərini kəşf etməyə kömək edəcəkdir. Bu araşdırmada tamamilə yeni bir antibiotik tapdıq. Həmçinin onlarla eyni mexanizmə sahib olan digər antibiotikləri də aşkarladıq."
Komandaya Antibiotiklərin Aşkarlanması Mərkəzinin professoru Jerry Wright və McMaster-də yoluxucu xəstəliklərin öyrənilməsi üzrə professor Michael J. DeGroot rəhbərlik edir.
Tədqiqat Kanada Səhiyyə Tədqiqatları İnstitutu və Ontario Araşdırma Fondu tərəfindən maliyyələşdirilmişdir.