Elm

Bal allergiya üçün faydalı ola bilər - amma faydalı olacağına inansanız.

Bal allergiya

Bal yemək bahar allergiyasının qarşısını almaq üçün effektiv metoda oxşayır.

Təxminən 50 milyon Amerikalının bundan əziyyət çəkməyinə baxmayaraq, allergiya yaxşı başa düşülmür. Sizin immunitetinizi qıcıqlandıran əlamətlər günəş işığından soğana qədər dəyişə bilər və simptomları da eynilə müxtəlifdir. Məhz bu səbəbə görə, allergiya haqqında yazmaq üçün bir neçə həftədir ki, vaxt sərf edirik- nə olduqları, necə əmələ gəldikləri və necə rahatlama yolu tapa bilərik. Bu PopSci-nin Allergic Reaksiyasıdır.

 Yerli arılar polen yığırlar və bu polen bala düşür, allergen qəbul etməklə bədəniniz bunun təhlükəsiz olduğunu öyrənir. Bunun effektiv olduğu düşüncəsi o qədər yayılıb ki, bir qrup alim bunu yoxlamağa qərar veriblər.

Amma onlar əvvəlcə açıq-yoxlama testi ilə başladılar. Bu, iştirakçıların əsl müalicə və ya plasebo aldıqlarını bildikəri tədqiqatın texniki, jarqonlu terminidir. Bir qrup mövsumi allergiyaları olan könüllülərə, hər gün bir yemək qaşığı bal və ya süni bal əlavəli qarğıdalı şərbəti yeməkləri təklif olundu. Bal yeyənlər, simptomların əhəmiyyətli dərəcədə azaldığını bildirdi. Bu azalmalar, tədqiqatçıları balın həqiqətən də allergiyaya kömək edə biləcəyini araşdırmaq qərarını almağa vadar etdi.

Beləliklə onlar iki tərəfin də nə qəbul etdiyini bilmədiyi sınağa keçid etdilər.

İştirakçılar bu dəfə üç qrupa bölündülər: biri yerli bal, biri milli pasterize edilmiş bal və biri dadlandırılmış qarğıdalı şərbəti. Onlar  hər gün 1 dolu yemək qaşığı yeyirdilər. Əgər bu sizə qəribə səslənirsə, siz yalnız deyilsiniz. 36 iştirakçıdan 13-ü rejim onlar üçün çox şirin olduğundan sınaqdan çıxıb. 30 həftə ərzində hər gün bir qaşıq bal yeyib sınağı davam etdirənlər, allergiya simptomlarını necə keçirtdikləri haqqda müntəzəm olaraq jurnallara məlumat veriblər.

Sınağın sonunda, bal yeyənlər allergiya ilə qarğıdalı şərbəti yeyənlərdən daha yaxşı hiss etmirdilər (baxmayaraq ki, onların qan şəkəri daha yaxşı formada ola bilərdi).

Əlbəttə ki, iştirakçıların yetəri qədər bal yemədiyi ola bilər. Alimlər yazılarında qeyd edir ki, allergenlərin qida yolu ilə qəbul edilməsinin immunitetin həddindən artıq təsir göstərməməyə uyğunlaşdırmaq üçün effektiv yol oldugu tarix boyu göstərilmişdir. Beləliklə, baldakı allergenlər insan organizmini öyrəşdirməyə kömək etməlidir. Əgər bu belə olsa, biz yenə də şanssızıq. Çox az insan hər gün, gün ərzində bir neçə qaşıq bal yeməyə dözə bilər.

Başqa bir tədqiqat bunun balın növündən asılı ola biləcəyini irəli sürür. Yerli balın, hər biri, immuniteti uyğunlaşdırmaq üçün əhəmiyyətli mikrob sistemləri lazımi qədər olmaya biləcək müxtəlif polen mənbələri var. Fİnlandiyalı tədqiqatçılar ağcaqayın poleninin- adi balın təsirlərini yoxlamağı qərar verdilər. Ağcaqayın poleni Finlandiyada ən əsas mövsümi allergiya səbəblərindəndir. Buna görə, alimlər bu ağaca allergiyası olan adamları toplayıb, onlardan ya normal bal, ya da qayın poleni ilə zənginləşdirilmiş bal istifadə etməkləri istədilər. Üçüncü qrup bal yemir. Əlavə ağcaqayın poleni qəbul edənlər, hətta normal bal yeyənlərə belə nisbətən simptomları və simptomlu günləri xeyli azaldı.

Nəzarət qrupunun plasebo almaması bu tədqiqatda tək problemdir. Onlara tədqiqat müddətində heç bir bal tərkibli qida qəbul etməmələri məsləhət olunmuşdu. Balın iki növünün də güclü plasebo effekti yaratdığı kifayət qədər mümkündür. Normal bal və ağcaqayın polenli balın arasındakı statistik fərq çox böyük deyildi, bu tədqiqatın nəticəsi xoş təsadüf ola bilər. Ya da, ekstra pollen həqiqətən də kömək etdi. Biz hələ də əmin deyilik.

Bütün bunlardan əlavə, bütün təbii müalicə vasitələri kimi, baldan istifadə edərək həqiqətən də özünüzü yaxşı hiss edə bilərsiniz. Bu tədqiqatlar onu göstərir ki, sizin gördüyünüz nəticələr yəqin ki, plasebonun təsiridir- amma plasebo effekti xeyirli ola bilər. Əgər balın kömək etdiyinə inanırsınızsa, onda bal kömək edir. Sonda ən vacib olan sizin özünüzü yaxşı hiss etməyinizdir, əgər 1 yemək qaşığı bal sizi yay günlərini çöldə otluqda keçirməyə icazə verirsə, bunu etməlisiniz. Bal ləzzətlidir. Ən pis halda, siz qan şəkərinə adi şəkərdən daha az təsir edən təbii şəkər qəbul edirsiniz. Ən yaxşı halda, allergiyaya kömək edirsiniz. Təəccüblü deyil ki, bu çarənin çoxlu vızıltısı var.

Bal allergiya üçün faydalı ola bilər - amma faydalı olacağına inansanız.


Axırıncı

Nə üçün su yanmır?

Nə üçün su yanmır

Bir qism əşyaları güclü şəkildə qızdıran zaman onlar alışır. Digərləri isə hətta zəid qızma zamanı da yanır. Ümumiyyətlə,

Coronavirus triviası

Coronavirus triviası

2019- 20 koronavirus pandemiyası, 2019-cu ildə koronavirus xəstəliyi ilə əlaqəli hələ də davam edən beynəlxalq sağlamlıq vəziyyətidir.

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

dəvələr haqqında Dəvələrin iki növü var

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

kosmik səyahətə

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr

Güclü qalmaq üçün tövsiyələr  Emosional

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Gənc sahibkarların biznes təcrübələri

Amerikanın ən gənc sahibkarların təcrübələriylə tanış olun.

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

Tarixin ən böyük moda sahibkarları

Tarixin ən böyük moda sahibkarları Ralf Lauren Phil Knight Levi Strauss

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

ufo