William Henry Gates 28
oktyabr 1955-ci ildə Vaşinqton ştatının (ABŞ) Sietl şəhərində anadan olmuşdur.
Microsoft-un əsas qurucusu olan Bill Qeyts planetimizdəki ən nüfuzlu persona və ən varlı
insanlardan biridir. Onun sərvəti ən son qiymətləndirilmələrə əsasən 84,2
milyard ABŞ dollarıdır (2017-ci ilin yanvar ayında aparılmış qiymətləndirmə).
Bu bir neçə Afrika ölkəsinin iqtisadiyyatının ÜMD-sinə (Ümumi Daxili Məhsul)
bərabərdir. Son illərdə o, Microsoft-da tam iş saatıyla işləmir və bunun
əvəzinə bütün fikrini xeyriyyə fondu olan "Bill və Melinda Geyts
Vəqfi" üzərində işləmək üçün cəmləyir.
Bill Qeyts erkən
yaşlarında
Atası William Gates baş
hüquqşünas, anası Mary isə böyük bir bankda icraçı vəzifəsində çalışırdı. Onun
ailəsi varlı idi, lakin onlar Böyük Böhran dövründə olan
çətinlikləri xatırlayaraq övladlarını çox çalışmağı və heçkimdən heçnə
gözləməməyi öyrətmişdilər.
13 yaşı olan Geyts özəl
Lakeside məktəbində təhsil alırdı. Qeyts məhz burada ilk dəfə kompüterlərlə
tanış oldu. O, sadə proqlamlaşdırma dillərini öyrənərək kompüterdə sadə
'Tic-Tac-Toe' oyununu düzəltdi. Qeyts kompüterlərlə işləmək prosesindən həzz
alırdı. Buna görə də, o, Computer Center Corporation (CCC) ilə razılaşaraq
onların kompüterlərində vaxt keçirir və bu vaxt ərzində Fortran, Machine
Code və Lisp kimi mənbə kodlarını öyrənirdi.
1973-cü ildə Qeyts
Harvard universitetinin riyaziyyat və kompüter elmləri fakültəsinə qəbul oldu.
Lakin, Qeyts öz yazdığı kodlara daha çox maraq göstərirdi və bu səbəbdən öz
şirkətini qurmaq üçün imkan tapan kimi təhsilini bitirmədən Harvard
universitetindən çıxdı.
Microsoft-un qurucusu olaraq Bill Qeyts
Bill Qeyts, yeni mikrokompüterləri üçün əsas əməliyyat sistemi hazırlamaq
üçün MITS (Micro Alətləri və Telemetriya Sistemləri) ilə müqavilə bağladı və
1976-cı ildə Microsoftu qurdu. İlk zamanlarda Bill Qeyts kodların hər bir
sətrini özü nəzərdən keçirirdi. O, həmçinin Microsoft-da sifarişlərin
qablaşdırılması və göndərilməsi kimi bir çox işlərdə iştirak etmişdir.
Microsoft üçün böyük fürsət 1980-ci ildə, IBM-in yeni kompüterləri üçün
əsas əməliyyat sistemi qurmaq üçün onlara müraciət etməsi ilə gəldi. 1980-ci
illərin əvvəllərində, IBM aparıcı PC istehsalçısı idi. Beləliklə, getdikcə onlar
bir çox IBM PC klonlarını (IBM-lə uzlaşan digər şirkətlər tərəfindən istehsal
olunan kompüterlər) təkmilləşdirdilər. Microsoft əməliyyat sistemini bu
şirkətlərə satmaq üçün çox ciddi çalışdı. Beləliklə, fərdi kompüter bazarı
böyüməyə başlayan kimi Microsoft proqram təminatı bazarında aparıcı mövqe əldə
edə bildi. Microsoft bu erkən aparıcılıq mövqeyini əldə edəndən bəri, digər
şirkətlər Microsoft-u kompüter əməliyyat proqramlarının əsas tədarükçüsü kimi
sıradan çıxarmaq üçün mübarizə aparırlar. Microsoft Word və Excel kimi
proqramlar sənaye standartına çevrildi.
Bill Qeyts- Windows
1990-cı ildə
Microsoft ilk Windows versiyasını buraxdı. Bu əməliyyat sistemində mətn
interfeyslərinin qrafik interfeyslər ilə əvəz edilməsi proqramlama tarixində
böyük bir irəliləyiş idi. Tezliklə o, ən yaxşı istehsalçı oldu və əməliyyat
sistemi bazarının əksər hissəsini ələ keçirdi. 1995-ci ildə əməliyyat sistemi
üçün yeni standartlar və xüsusiyyətlər təyin edilərək, Windows 95 buraxıldı.
Windows-un bu versiyası Windows 2000 də daxil olmaqla bütün buraxılışların
əsası olmuşdur.
Bill Geyts vəzifədə olduğu müddətdə Microsoftun işlərini böyütməyə can
atırdı. Məsələn, əksər yeni kompüterlərdə əvvəlcədən quraşdırılması ilə,
Microsoft Internet Explorer aparıcı veb brauzer oldu. Son illərdə Internet
Explorer-in bazar payının düşməsi müşahidə olunub.
Microsoft heç vaxt araşdırma motorları sahəsində uğurlu olmamışdır. MSN
axtarış motoru bazar payının 5% -dən çoxunu qazanmaqda çətinlik çəkdi. Bu
baxımdan Microsoft şirkəti Google-un kölgəsində qaldı. Buna baxmayaraq,
Microsoft-un proqram və texnoloqiya bazarının
müxtəlif sahələrini əhatə etməsi bir çox güvənirlilik problemlərinə səbəb oldu.
1998-də Microsoft üç kiçik firmaya bölünmə təhlükəsi ilə qarşılaşdı. Bununla
baxmayaraq Microsoft tək bir firma olaraq qalmağı bacardı. Microsoft 1980-ci və
1990-cı illərin aparıcı kompüter firması olsa da, daha dinamik Google və Apple
ilə müqayisədə hal hazırda yaşlanmış və tənəzzül edən bir şirkət olaraq
görülür.
Bill Qeytsin xeyriyyəçilik fəaliyyətləri
Bill Gates Melinda
French ilə evlidir(1992-ci ildə evləniblər). Onların üç uşağı var- Jennifer
(1996), Rory (1999) və Phoebe (2002). Həyat yoldaşı ilə Bill Gates “Bill və
Melinda Vəqfi”-ni qurdu. Bill Gates deyir ki, o, David Rokfellerdən
ilhamlanmışdır. Rokfeller kimi Geyts də hökumətin göz ardı etdiyi qlobal
məsələlərə diqqət yetirirdi. O həmçinin ABŞ-da \ məktəb təhsili standartlarının
yaxşılaşdırılmasına maraq göstərirdi. Oprah Winfrey ilə bu hədəfə çatmaq üçün
iş birliyi etdi. Xeyriyyəçi fəaliyyətlə əlaqədar olaraq Geyts, Geyts
Fondu vasitəsi ilə 17 milyard dollar vermiş investor Warren Buffetdən
də dəstək aldı. Qeyts 'boş proyektlərdən' daha çox əhalinin sağlamlığını
yaxşılaşdıran mövzulara üstünlük verməyə çalışırdı. O, 2009-cu ildə bir TED
konfransında çıxış edərək, malyariya haqqında danışdı.
“ Paradoks budur ki, (malyariya) yalnız kasıb ölkələrdə görülür, bu
səbəbdən də xəstəliyə çox sərmayə ayrılmır. Məsələn, saç tökülməsinə qarşı
dərmanla yatırılan sərmayə malyariyaya yatırılan sərmayədən daha çoxdur.
Deməli, saç tökülməsi dəhşətli bir şeydir [tamaşaçıların qəhqəhəsi] və bundan
ən çox varlı insanlar əziyyət çəkir. Buna görə də bu problemə daha çox sərmayə
ayrılır. ”
2008-ci ildən Qeyts xeyriyyəçilik maraqları üzərində işləyir. Qeyts və
həyat yoldaşı Melindanın global olaraq sağlamlığın yaxşılaşdırması ayrılan 8
milyard dollar daxil olmaqla, xeyriyyə fondu vasitəsilə ümumi olaraq 28 milyard
dollar vəsait xərclədiyi təxmin edilir.
Qeyts pulun bir əhəmiyyətinin olmadığını və var-dövlətinin yalnız kiçik bir
hissəsini övladlarına verəcəyini söylədi. Qeyts Daily Telegraph-a verdiyi
müsahibədə deyir:
“Mən əlbəttə ki, yemək və geyim baxımından onlara çox qayğı
göstərmişəm. Müəyyən bir nöqtədən sonra pulun mənim üçün böyük bir
əhəmiyyəti yoxdur.”
Onun xeyriyyətçilik üzrə ən çox maraq göstərdiyi sahələr sağlamlığı
yaxşılaşdırmaq və xüsusilə gənc uşaqlara təsir edən poliomielit kimi
xəstəliklərin qarşısının alınmasına kömək etməkdir. O, ekoloji problemlərə də
çox diqqət ayırmışdır. O, 2015-ci ildə təmiz enerji layihəsinə 1 milyard dollar
verdi. Çünki o, yeni 'yaşıl' texnologiyaların istifadəsinin global istiləşmənin
qarşısının alınmasında köməkçi bir vasitə olaraq görürdü. Xeyriyyə addımlarının
motivi barədə suallara Geyts belə cavab verir:
“Bu xüsusi bir dinə aid edilməməlidir, bu temamilə insan ləyaqəti və bərabərlik ilə bağlıdır. Qızıl qayda budur ki, bütün canlıların dəyəri eynidir və insanların bizimlə necə rəftar etməsini istəyiriksə onlarla elə rəftar etməliyik.”
Bill Qeytsin mənsub olduğu din
Bill Gates hər hansı bir dinə mənsub deyildir və müəyyən bir inanc
sistemini izlədiyini xüsusi olaraq bildirməmişdir. Katolik Kilsəsinin
xidmətlərində iştirak etməsinə baxmayaraq, elmi bir nöqteyi-nəzərdən həyata
yaxınlaşdığı barədə fikirlərini bildirmişdir.
Əlavə olaraq, Allaha inandığını soruşduqda, Gates cavab verir:
“Məncə dinin əxlaqi qaydaları çox vacibdir. Uşaqlarımızı dinin qaydalarına əsasən böyütmüşük. Onlar Melindanın getdiyi və mənim iştirak etdiyim katolik kilsəsinə gediblər. Mən həyatım boyu çox şanslı olmuşam və buna görə də dünyadakı bərabərsizliyi azaltmaq üçün çalışmağa borcluyam. Bu da bir dini, ən azından mənəvi bir inancdır. "- 27 Mart 2014.
"Düşünürəm ki, Allaha inanmaq məntiqlidir, amma buna görə həyatda
fərqli qərarlar verməyin məntiqli olduğunu deyə bilmərəm."