BİRİNCİ GÜN
Doğrudanmı
onlar bu işin öhdəsindən gələcəyimi düşünürlər? İndi ən əsası — əməl
etməkdi, yoxsa hər şeyin sonu gələcəkdir.
İKİNCİ GÜN
Qar yağır,
maşınlar hərəkət edir, mənim pişiyim isə evdə oturub və pəncərəyə baxır. Nə? Hansı
pişik? Kimin pişiyi? Heç pişiyin yeridi. Deyəsən, çox yorulmuşam. Gedim çay dəmləyim.
ÜÇÜNCÜ GÜN
Keşikcilər,
onların da başında ancaq pişiklər var və mövzu ilə bağlı heç nə yoxdur. Dedlayn
artıq yaxınlaşır, mənim isə heç nəyim yoxdu. Onsuz da uçuş havası deyil, sabah
davam edərik.
DÖRDÜNCÜ GÜN
Əvvəldən
başlayaq. Qar yağır, maşınlar hərəkət edir, soyuducuda isə kolbasa əsgəri
gözləyir. Fikrini topla! Mətn artıq sabaha lazımdır.
BEŞİNCİ GÜN
Bu gün mətni
təhvil verməliyəm. İtirməli heç nəyim qalmayıb — artıq ağlıma gələnləri
yazıram.
URA!
Bu qətiyyən çətin
deyil. Sadəcə əyləşmək və YAZMAQ kifayətdir. Cəmi 4 saat tələb olundu!!!
Sizcə, bu
yaradıcılığın çətinlikləridi? Bir dəfə də olsun belə olmur! Bu əsl təxirə
salınmadır – işlərin təxirə salınmasıdır və mürəkkəb, prioritet tapşırığın öhdəsindən
gəlməmək qorxusu qarşısında diqqətin çox da vacib olmayan tapşırıqlara və ya əyləncələrə
yönəldilməsidir.
Biz bu
mövzunu təsadüfən seçmədik. Axı çoxları üçün payız – növbəti həyat mərhələsinin
başlancığıdır: təlim, yeni iş və ya biznes layihənin işə salınması. Biz sizi dəstəkləmək və
çətinliklərin öhdəsindən gəlməyə kömək etmək istəyirik.
Bu gün Neyl
Fyeorun «İşləri təxirə salmağı dayandırmağın ən yaxşı üsulu» adlı
sehrli kitabından bəhs edəcəyik.
TƏXİRƏ
SALINMA HAQQINDA 3 FAKT
Xoşbəxtlik isə
xarici şəraitdən asılı deyildir. Əgər siz bu işi alaraq və ya imtahanı verərək
xoşbəxt olacağınızı düşünürsünüzsə — o zaman səhv edirsiniz. «Özünün şəxsiyyət
uğurlu persona kimi qiymətləndirilməsi = bizim fəaliyyətimizin
göstəricisi» düsturu yanlışdır. Berklidən olan psixoloq Riç Birinin iddia
etdiyi kimi, uğursuzluq qorxusu sizin nəyi istehsal etməyinizdən yaranır və
sizin bacarıqlarınızın mütləq inikasıdır. Və beləliklə də, siz öz ləyaqətinizi
kənar qiymətlərdən müdafiə etmək üçün təxirə salma metodunu istifadə edirsin
Əgər
tapşırığın əhəmiyyətini mübaliğə etsək, o zaman istənilən tapşırıq ölümə bənzəyəcəkdir.
Əgər siz geri çəkilməyi özünüzüə icazə vermədən hər şeyi ideal şəkildə yerinə
yetirmək cəhd göstərirsinizsə, o zaman siz uğursuzluqlara və ya rədd cavabına
heç bir zaman sakit şəkildə yanaşa bilməzsiniz. «Fəaliyyətin göstəriciləri
fərdin dəyərlərini əks etdirir» düsturu da yanlışdır.
Dedlayn
motivasiya amili kimi. Layihəni təxirə salmaqla və sonuncu ana qədər
uzatmaqla siz perfeksionizmdən azad olmaq və “özünün şəxsiyyət kimi qiymətləndirilməsi
= sizin fəaliyyətinizin göstəriciləri” bərabərliyindən yayınmaq üçün dedlayn
istifadə edirsiniz. Bu, sözsüz olaraq, ayılmağa və təxirə salınmanın yaratdığı
iflicdən xilas olmağa icazə. Ola bilsin ki, söz həmin anda özünüzü güclü və
qüdrətli hiss edirsiniz, lakin bu zaman nəticənin keyfiyyəti yaxşı olmaya da
bilər.
TƏXİRƏ SALINMA — HƏYƏCANLA BAĞLI ƏN QEYRİ – EFFEKTİV İŞ ÜSULUDUR, VƏ BUNA GÖRƏ DƏ, O İSTƏNİLƏN FƏALİYYƏTİ LƏNGİDİR VƏ DAHA BÖYÜK HƏYƏCAN YARADIR. BU VƏRDİŞDƏN XİLAS OLMAQ DAHA MƏHSULDAR OLACAQDIR.
TƏXİRƏ SALINMA İLƏ PRAKTİKİ İŞ ÜSULU
AXIN
Bizim
şüurumuz sakit, əks olunan enerjinin və diqqətin təbii vəziyyətə keçməsi üçün
istənilən insan bir mövzuda konsentrasiya olunmağa qadirdir.
Bu zaman təxirə salmağa səbəb olan xarici qıcıqlara, daxili qorxulara və həyacanlara qarşı diqqətimiz daha az yayınacaqdır. Bu daha sağlam vəziyyət idi, çünki bu zaman fiziki tapşırığı və ya kreativ tapşırıqları yerinə yetirmək və problemləri həll etmək bacarığımız daha da artır.
"Esquire jurnalından Con Poppi Çikaqo Universitetindən olan doktor Mixay Çiksentmixayn tərəfindən “axın” vəziyyətləri adlanan mental vəziyyətlər haqqında yazırdı. Harvardda fəal diqqət vəziyyətini tədqiq edən alimlər onu “dərrakə” adlandırmışdırlar. Bu vəziyyətin fərqli cəhətləri arasında sakit, fokuslu enerjini ayırmaq; zaman çərçivəsini artırmaq; yeni ideyalardan həzz almaq; problemlərdən qaçma və ya onların həlli zamanı qayğısızlıq və yüksək konsentrasiya nümayiş etdirmək mümkündür".
«SADƏCƏ OLARAQ BUNU ET»
Siz axın vəziyyətinə
girməyi öyrənə bilər, iş üçün “münasib əhval – ruhiyyəni” gözləməyə bilərsiniz.
Qamətinizi əymədən əyləşin, diqqətinizi tənəffüsünüzə yönəldin və baş verən hadisələri müşahidə edin. Dərindən nəfəs alın, və hər dəfə nəfəs almaqla bədəninizdən gərginliyi kənarlaşdırın.
Bu ana qədər baş verənlər o qədər də vacib olmur: məktubda 5 dəqiqə bundan əvvəl nəyi deyəcəyini və ya yazdığını düşünməyin, keçmişi rahat buraxın. Gələcəyinizə görə narahat olmayın. Üç dəfə dərindən nəfəs alın və dedlaynlar və zənglər haqqında unudun.
Bütün diqqətinizi indiki dövrə yönəldin. Dayandığınız yeri hiss edin. “Burada və hal – hazırda olmaq” üçün bədəninizə lazımi enerjini almağa və dincəlməyə icazə verin. Dərindən nəfəs alın, nəfəsinizi saxlayın və yenidən dərindən nəfəs alın.
İndi siz rahatlanmağın daha dərin səviyəsində olub, istənilən pozitiv cavabı verə bilərsiniz.
Təxirə salınmanın heç bir mənası yoxdur. İnanın ki, siz öz işlərinizi təxirə salmağı dayandıra bilər və başladığınız işi başa çatdıra bilərsiniz. “Axın” vəziyyətində effektiv şəkildə işləyərək, daha çox yaradıcı bacarıqlarınızı işə salın
TƏNİQİDİ KƏNARA QOYUN VƏ İŞƏ BAŞLAYIN!
Siz özünüzü rəhbərin hansı tipinə aid edə bilərsiniz, unutmayın ki, sizin liderlik keyfiyyətləriniz inkişafın müxtəlif mərhələlərində şirkətə lazımdır.