Biznes

Biznesə başlamaq üçün maliyyə seçimləri

Biznesə başlamaq üçün maliyyə seçimləri

Biznesə başlamaq üçün maliyyə seçimi yeni bir biznes üçün mükəmməl fikir müvəffəqiyyətə gedən yolda ilk addımdır.

 İşinizi necə maliyyələşdirəcəyinizi öyrənmək ən böyük problemlərinizdən biri sayıla bilər.

Yeni bir biznes üçün maliyyə seçimləriniz çoxdur. Bunlardan bəziləri davam etdirmək və almaq üçün daha asandır.

Yeni başlayan biznes üçün maliyyələşdirmə seçimlərinə aşağıdakılar daxildir:

     Venture kapitalistlər

     Kommersiya kreditləri

     Kiçik Biznes İdarəçiliyi (KBİ) kreditləri

     İpoteka kreditləri

     Kredit kartları

     Ailə və dostlardan götürülən borclar 

Götürülməsi ən çətin hesab olunan kreditlərdən biri də Venture Kapital(VK) kreditləridir. Buna ən böyük səbəb odur ki, VK investorlarının özünəməxsus investisiya strategiyaları var. Onlar nisbətən qısa, 3-5 il arası müddətlik investisiyalar etmək istəyəcəklər və hətta ola bilər ki, sizin bizneslərinizdəki əməliyyatlara və verilən qərarlara da qarışmaq istəsinlər. Həmçinin VK investorları əsasən bir neçə milyondan daha çox məbləğlərə investisiya etməyi üstün tuturlar.

Təqaüdə çıxan New York Biznes Maliyyə Meneceri Herbert Marksa əsasən öz sahələrində özlərini sübut etməmiş olanlar üçün həmçinin kommersiya banklarından kredit götürmək də çətindir.

Marks BusinessNewsDaily-ə “Sahibkarın fərdi zəmanətilə razılaşmadıqca bankın kiçik bir biznesə kredit verməsi real hal deyil. Sənayedə təcrübəyə sahib olmanız şansızı artıra bilər, buna baxmayaraq kredit götürmək sizin üçün hələ də çox çətin olacaq.” deyə məlumat verib

Kiçik Biznes İdarəsi birbaşa pul krediti vermir. Şəxsi borc verənlər tərəfindən verilən 750 min dollaradək fərdi kreditlərin 75 faizinə zəmanət verir. Bunu əldə etmək üçün kommersiya kreditorlarından kredit ala bilmədiyini sübut etməlisən. Biznes sahibləri KBİ kreditlərinə şəxsən zəmanət verməli və şirkətin başlanğıc xərclərinə 20 faiz qatqı göstərməlidirlər. Həmçinin adi bir bank kimi, işinizin yaxşı bir investisiya olub olmadığını müəyyən etmək üçün iş planınızı diqqətlə araşdıracaqlar.

İpoteka kreditləri işinizi maliyyələşdirmək üçün məqbul və əlverişli bir seçim ola bilər. Lakin Marks xəbərdarlıq edir ki, bir iş uğursuz olduqdan uzun müddət sonra maliyyə sabitliyinizə başa gələ biləcək şəxsi maliyyələşdirmənin hər hansı bir formasından istifadə diqqətlə nəzərdən keçirilməlidir.

Marks “İpoteka krediti götürürsünüzsə və ya kredit kartlarınızdan istifadə edirsinizsə, nə etdiyinizi bildiyinizə əmin olun. Özünüzdən soruşun ki, məşğul olacağınız biznes barədə nə qədər məlumatınız var? Əgər biznesə başlamaq istəyirsinizsə, altı ay pulsuz olsa belə, planladığını sahədə işləyib təcrübə qazanın" deyə məsləhətlər verir. O biznesin bütün müxtəlif sahələrində işləməyi təklif edir ki, bu işlərin necə getdiyini və maliyyə baxımından hansı riskləri götürdüyünüzü başa düşəsiniz. Bi söznəaxmaq olmayın. 

Marks dostlardan və ailədən borc almağın ən təhlükəsiz və ən effektiv üsul ola biləcəyini qeyd edir. Marks həmçinin ödəməkdə çətinlik çəkəcəyiniz böyük miqdarda borc götürməzdən əvvəl kiçikdən başlamağınızı və kiçik büdcələrdə səhv etməkdən qorxmamağınızı təklif edir.

Lisle şəhərindəki DuPage Kollecinin İllinoys Beynəlxalq Ticarət Mərkəzinin Meneceri Luanne Mayorga qeyd etdi:”Tanıdığınız insanlardan borc alırsınızsa, ödəmə şərtlərinizin yazılı olduğuna əmin olun və nəzərdən keçirməsi üçün bir vəkilə tapşırın.”

Siz bu işə başlayanda dost olsanız belə, hər şey həll olana qədər dost qalmaya bilərsiniz. Buna görə də kredit şərtlərinizi yazılı şəkildə saxlamaq sonradan yarana biləcək hər hansısa bir qarışıqlıq və fikir ayrılığının qarşısını almağa kömək edəcəkdirdeyə Mayorga bildirdi.

Biznesə başlamaq üçün maliyyə seçimləri

 

Axırıncı

kosmik səyahətə

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr

Güclü qalmaq üçün tövsiyələr

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Gənc sahibkarlar

Gənc sahibkarların biznes təcrübələri

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

moda

Tarixin ən böyük moda sahibkarları

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

Sümüklər danışa bilsəydi

Sümüklər danışa bilsəydi

Dil nitq insanları digər heyvanlardan ayıran bir və əsas əlamətlərdən biridir. Sözlər bizə mürəkkəb fikirləri çatdırmaq

Leonardo da Viçi

Leonardo da Viçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

Lesoto haqqında maraqlı faktlar

Lesoto haqqında maraqlı faktlar

Afrikanın yalnız üç ölkəsində monarxiya sistemi var və Lesoto da onlardan biridir. Digər ikisi isə Esvatini və

İsrail haqqında maraqlı faktlar

İsrail haqqında maraqlı faktlar

İsraildə rus dilini eşidə biləcəyiniz bir çox yer var. Buradakı rəsmi dil yalnız İvrit dilidir və ərəb əhalisinin çox

'Lazer' nə deməkdir?

'Lazer' nə deməkdir?

Elektromaqnit şüalanmasının stimullaşdırılmış emissiyasına əsaslanan optik gücləndirmə prosesi ilə işıq yayan lazerin,

Steve Jobs

Steve Jobs haqqında bilmədiyiniz 10 şey

Apple şirkətinin sədri və baş icraçı direktoru, Steve Wozniak və Ronald Wayne ilə birlikdə şirkəti quran amerikalı sahibkar, marketoloq və

Diş həkimliyin tarixi

Diş həkimliyin tarixi

Diş həkiminə getmək, təsəvvür etdiyinizdən daha uzun bir tarixə malikdir. Tədqiqatçılar bu yaxınlarda aşkar edilmiş

Qandi

Qandinin özünü dərk etmə sirləri

Mohandus K. Qandi Hindistanın azadlığı üçün mübarizə aparmışdır. O, mərhəmətli və zorakılığa qarşı olanlardan biri idi.

'Google' adı necə yaranıb?

'Google' adı necə yaranıb?

Larry Page və Sergey Brin Stanford Universitetində Ph.D. tələbələri ikən hal-hazırda internetlə əlaqəli xidmətlər və