Tibb

Bu qədər acı bibər yedikdən sonra...

Carolina Reaper

Bu qədər Carolina acı bibər yedikdən sonra, alimlər həmən insanda anevrizma olduğunu düşündülər.

Carolina Reaper sonda hamıya təsir edir, özdə mütləq olaraq.

Bəzən bizim bədənimiz qarışıqlığa düşür.Bu hiss sizə tanışdır: Bibər yeyərək yarışmağa çalışırsınız və mədəniz alovlanırmış kimi hiss edirsiniz.

Əslində mədəniz sizi qorumağa çalışır, ona görə də siz qusur, tərləyirsiniz və görməniz bulanıqlaşır. Ya da, BMJ Case Reports-un son yayımındakı adı açıqlanmayan 34 yaşlı kişi kimi, sizi şiddətli baş ağrısı və ürək bulantısı gözləyir. Bu yəqin ki, şiddətli baş ağrısı ilə bibər yeməyi əlaqələndirən ilk tədqiqatdır. Bu adam acılıq vahidi 2,2 milyon Scoville olan dünyanın ən acı çilisi Carolina Reaper yeyib. Sonra isə boynunda, başının arxasında və gözlərinin arxasında ağrılar başlayıb və öyüməyə başlayıb. Bibər yemək yarışmasına girəndə bunların olacağı gözləniləndir, amma bu ağrıların növbəti bir neçə gün ərzində anidən baş verməsi gözlənilməz idi. O, həkimlərin ildırım şiddətli baş ağrısı adlandırdığı simptomları yaşadı; bu ağrılar anidən, iti şəkildə çoxalır, bir dəqiqə və ya daha çox müddətdə baş verir. Bu ağrılar sizi ölürmüş kimi hiss etdirir, bəzən isə bunun göstəricisidir.

Onun ağrıları o qədər güclü idi ki, o təcili yardım məntəqəsinə getdi. Düzünü desək, hamımız belə etməzdikmi? Bu cür ağrılar beyninizdə ciddi problemlər ola biləcəyini göstərir. Həkimlər, BMJ Case Reports- dakı yazılarında qəti diaqnoz qoymazdan əvvəl, anevrizmanı istisna etməli olduqlarını qeyd etdilər.

Beyin qidalandıran qan damarlarının güclü şəkildə daralmasından orta çıxan ağrının, geri dönən serebral vasokonstriktsiya sindromu olduğu bilindi. Çox insanlarda bu sindrom müəyyən reseptli dərmanların təsiri ilə baş verir, amma bəzən qeyri-qanuni narkotik istifadəsi buna səbəb olur (çünki bir çoxu qan damarlarında dəyişikliklərə səbəb olur). Sindrom bəzən hamiləlik vaxtı baş verə bilər. Bu vaxta qədər heç kimdə bu sindrom bibər yemək yarışmasında iştirak edərkən olmamışdı. Çili bibərinin tərkibindəki maddə  bu sindromlara səbəb olur. Bibərin tərkibindəki kapsaisin adlı maddə, bibərə acılıq verir və yedikdən sonra sizin bədəninizi isidir. Kapsaisin bəzi həssas neyronlarda TRPV1 adlı reseptorları bir-birinə bağlayır. Bunlar sizə ağrını hiss etdirən neyronlardır. İnsan bədəni əlinizi yandırmaqla, üzünüzə acı bibər qoymağı fərqləndirmir- bu ikisini eyni şəkildə hiss edirik. Buna görə də, acı qida qəbul edərkən tərləyirik: bədənimiz onun isti olduğunu düşünür və buna görə bizi sərinlətməyə çalışır. Mədə bağırsaq yolunun hansı dərinliyinə düşməyindən asılı olaraq, kapsaisin mədə pozğunluğa səbəb ola bilər. Nazik bağırsaqdakı kapsaisinin varlığını yoxlayan sensorlar haqlı olaraq bu ədviyyat bombasını təhlükəli hesab edir və mümkün qədər tez kənarlaşdırmaq istəyir. Bu zaman, bəzən ağır kramplar və artan selikli qişa ifrazatı müşahidə olunur (ishal). Anal dəlikdə də kaspaisin reseptorları var. Acı bibər həqiqətən də sonuna qədər sizinlədir.

Bir çox insanlar bibər yedikdən sonra çox sayda xoşagəlməz simptomları müşahidə etdiklərini bildirdilər, amma bunlardan heç biri sadəcə acı bibər yeməyin nəticəsi deyil. “Bon Apetit”-in müxbirlərindən biri 21.85 saniyədə üç Carolina Reaper bibərini yedi. O növbəti 14 saatı əzab içində keçirtdi. Britaniya qəzetindən olan başqa müxbir bibər qazından daha acı olan souslu burger yedi və dərhal əllərindəki hissiyatı itirdi, mədə ağrısı keçirdi və hiperventilasiya başladı. Sonra isə xəstəxanaya getdi.

Carolina Reapers-i öz iradənizlə yeyin.

BMJ araşdırmasındakı adamın bəxti gətirib. Kapsaisin bilinməyən şəkildə onun qan damarlarında spazma səbəb olub və buna görə də bir neçə gün ərzində onun baş ağrıları artıb, sonra isə ağrılar bitib. Müəllif qeyd edir ki, başqa araşdırma əsasında öyrənib ki, 25 yaşlı kişinin Kayen bibəri həblərini qəbul etdikdən sonra ürəyində vasospazmlar başlayıb(infark keçirməyə səbəb olur). Kapsaisin həqiqətən də ağır təsirlərə səbəb ola bilər. 34 yaşlı adamın qan damarlarında keçirtdiyi ani dəyişikliklər, ağrılara səbəb olub, bibər onun bədənindən təmizləndikdən sonra onun vəziyyəti yaxşılaşıb.

Bu adamın sağ qalmağına baxmayaraq, bizim sizə məsləhətimiz odur ki, sizə nə vaxtsa Carolina Reaper bibəri yeməyi təklif etsələr, razı olmayın. Ya da razı olun, biz kimik ki, sizin mazoxistliyinizi mühakimə edək? Əgər razı olsanız, ən azından yaxınlığınıza bir banka süd və ya bir qutu qatıq qoyun. Süd məhsullarında olan kazein, TRPV1 reseptorları ilə əlaqəyə girir və Kapsaisinin bəzi təsirlərinin qarşısını ala bilir. Əlavə olaraq ədviyyəni də yuyub apara bilər. Kapsaisin suda həll olmur, buna görə də ağzınızı və əllərinizi su ilə yaxalamaq kömək etmir. Ağrıları aradan qaldırmaq üçün südün içində olan yağlara ehtiyacınız var. Yeyəcəyiniz bibəri xama ilə birlikdə yeyin, özünüzü daha yaxşı hiss edəcəksiniz.

 

Axırıncı

Nə üçün su yanmır?

Nə üçün su yanmır

Bir qism əşyaları güclü şəkildə qızdıran zaman onlar alışır. Digərləri isə hətta zəid qızma zamanı da yanır. Ümumiyyətlə,

Coronavirus triviası

Coronavirus triviası

2019- 20 koronavirus pandemiyası, 2019-cu ildə koronavirus xəstəliyi ilə əlaqəli hələ də davam edən beynəlxalq sağlamlıq vəziyyətidir.

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

dəvələr haqqında Dəvələrin iki növü var

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

kosmik səyahətə

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr

Güclü qalmaq üçün tövsiyələr  Emosional

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Gənc sahibkarların biznes təcrübələri

Amerikanın ən gənc sahibkarların təcrübələriylə tanış olun.

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

Tarixin ən böyük moda sahibkarları

Tarixin ən böyük moda sahibkarları Ralf Lauren Phil Knight Levi Strauss

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

ufo