Hər kəs
ərincək adı altında mikroskopik varlıqların gözəl xüsusiyyətləri haqqında
xəbərsizdirlər. Bu varlıqlar bizim yer kürəmizdə baş verən kütləvi
tələfatdan sonra sağ qalmış və ən ekstremal şəraitdə yaşamağa qadirdirlər. Məsələn, onlar 30 ilə qədər
temperaturu 20 selsi qradus təşkil edən su altında yaşamağa qadir olub,
maye suya oksigenə və
heliuma düşmə zamanı və hətta asteroidin Yer kürəsinə düşməsindən və
partlayışın baş verməsindən sonra da sağ qalırlar. Lakin, bu yaxınlarda
Danimarkadan olan alimlər bu varlıqlarda ən zəif yeri tapmış, və məhz bunun
sayəsində öyrənmişdirlər ki, bu canlı varlıqlar hal – hazırda müşahidə olunduğu
kimi Yer kürəsinin temperaturunun getdikcə artması nəticəsində məhv ola
bilərlər.
Kopenhagen
Universitetindən olan alimlərin ixtirası haqqında elmi nəşrdə bəhs olunmuşdur.
Ərincəklərin soyuq şəraitə daha yaxşı uyğunlaşmaları, lakin bu zaman qızmar
şəraitə qarşı daha az davamlı olması alimlərə yaxşı məlumdur. Alimlərin digər
qruplarının əvvəlki tədqiqatlarının gedişatında aydın oldu ki, 60 selsi
qradusdan 65 selsi qradusa kimi temperaturda bu varlıqlar on saat ərzində, 150
selsi qradus temperaturda isə - cəmi yarım saat ərzində yaşayırlar. Buna əsasən
artıq bir neçə yay mövsümü ərzində davamlı şəkildə müşahidə olunan qızmar
istilik zamanı ərincəklərin nə qədər uzun ömür sürdüklərini aydınlaşdırmaq
alimlər üçün həddən artıq maraqlı olmuşdur.
Ərincək nədən məhv olur?
Ərincəklərin
heyrətamiz şəkildə sağ qalmaq bacarığı onunla izah olunur ki, onlar anhidrobioz
vəziyyətinə düşməyə qadirdirlər. Bir qayda olaraq, ekstremal vəziyyətə düşən
zaman ərincəklər “qurumuş” hala keçir və bu zaman öz ətraflarını uzadaraq
çəlləkvarı şəkil alırlar. Onların orqanizmində minimal miqdarda rütubət qalır
ki, bunun da sayəsində onların ölçüləri azalır və maddələr mübadiləsi prosesi
yubanır.
Elm işin
gedişatında alimlər fəal ərincəklərə və anhidrobioz vəziyyətində olan fərdlərə
yüksək temperaturların necə təsir göstərdiklərini aydınlaşdırmışdırlar. Tədqiqat
prosesində Danimarkanın su hövzələrində külli miqdarda
məskunlaşmış Ramazzottiusvarieornatus növlü
ərincəklər istifadə olunmuşdur. Belə məlum olmuşdur ki, 37,1 Selsi qradusa
bərabər olan su temperaturu zamanı ərincəklərin populyasiyasının yarısı
bir sutkadan sonra məhv olurlar. Bu zaman temperaturu tədricən qalxan suda
yaşayan fərdlər 37,6 selsi qradus temperaturda məhv olurdular.
Ərincəklər
«qurumuş» halda, öz növbəsində, sutka ərzində 82,7 Selsi qradus
temperaturda məhv olurdular. Lakin, yalnız bu zaman istiliyin təsiri bir
saatdan artıq davam etməməli idi. Lakin əgər suyun temperaturu bir sutka
ərzində yüksək olaraq qalmaqda davam edirdisə, o zaman bu heyratamiz varlıqlar
hətta 63,1 selsi qradus temperaturda da məhv olurdular. Məhz bu anda
alimlər ərincəklərin zəif cəhətini aşkar etdilər – onlar daimi qızmar şəraitdə
yaşaya bilməzlər.
Bir
çoxlarında belə bir sual meydana çıxa bilər — nə üçün əvvəlki
tədqiqatların gedişatında ərincəklər 30 dəqiqə ərzində 15 selsi dərəcə
temperaturda sağ qalırdılar, lakin bu elmi işdə gözlənilmədən 63 selsi dərəcə
temperaturda tələf olmağa başladılar? Çox güman ki, bu, tədqiqatlarda bu varlıqların
müxtəlif növlərinin istifadə olunması ilə əlaqədardır. Yuxarıda qeyd olunduğu
kimi, sınaqlar su hövzələrində yaşayan fərdlər üzərində aparılırdı.
Tədqiqatçıların
fikrincə, onların kəşf olunması onu sübut edir ki, bizim yer kürəmizdə
temperaturun tədricən artması heç bir istisna olmadan bütün canlı orqanizmlərə
ziyan vurur. Yenə də, bəzi heyvanların yeni şəraitə uyğunlaşacaqları ehtimalı
mövcuddur, lakin buna baxmayaraq, onların bəziləri, hətta istənilən şəraitdə
yaşamağa qadir olan heyvanlar buna müvəffəq olmayacaqlar.