Sən demə, xarici
görünüşcə xoşbəxt görünməklə də depressiyada olmaq mümkündür.
Maska nəyi gizlədir
«Gülən depressiya (smilingdepression)” termini
son illər həddən artıq məşhur olmuşdur. Bu mövzuda KİV – də daha çox
məqalə meydana çıxır, bir il ərzində «smilingdepression» sözləri
ilə Google – da axtarış sorğularının sayı dəfələrlə artmışdır. Lakin
əslində bu cür vəziyyət mövcuddurmu və “pis oyun zamanı daima üzügülər” olar
hansı dərəcədə təhlükəlidir?
Adətən, psixoloqlar depressiya əlamətlərini maskaladığı qeyri – tipik vəziyyəti qeyd etməyə üstünlük verən “gülərüz depressiya” kimi texniki termini istifadə etmirlər. Əslində isə, bu cür depressiya forması həqiqətən də geniş yayılmışdır.
İnsanlar pis əhval – ruhiyyəsini və gülən maska altında həyatdan həzz almaq hissinin itirilməsini gizlətməyə çalışırlar. Və bu insanlar özünə sui – qəsd riski zonasında olurlar.
“Gülərüz depressiya” – dan əziyyət çəkənləri «ayırd etmək» adətən çox çətin olur. Adama elə gəlir ki, bu cür insanlarda kədərlənmək üçün səbəb yoxdur – onların işi, mənzili, hətta övladları və həyat yoldaşı var. Onlar sizin salamınıza gülüşlə cavab verir və gözəl söhbəti dəstəkləməyə qadirdirlər. Müxtəsər, sizi əhatə edən bütün insanlarda sizin təmamilə normal, fəal həyat sürməyinizlə bağlı təəssüratlar yaranır.
Lakin daxilən onlar ümidsizlik və pərişanlıq hiss edir, və bəzən bütün bunları bitirmək haqqında düşünürlər. Məhz hər gün zahirən xoşbəxt görünməyə məcbur edən daxili güc özünə sui – qəsd faktı qarşısında onları daha zəif edir. Depressiyanın digər formaları zamanı insanlar yenə də özünə sui – qəsd barəsində düşünürlər, lakin bu niyyəti həyata keçirmək üçün onlarda enerji kifayət qədər olmur. “Gülərüz depressiya” zamanı isə enerji kifayət qədərdir.
Bu vəziyyətin digər əlamətləri arasında – kökəlməyə meyl, əllərdə və ayaqlarda ağırlıq hissi, ətrafdakı insanlar tərəfindən tənqidə və qəbul olunmamağa qarşı xüsusi həssaslıq mövcuddur. Depressiyanın digər formaları zamanı ən pis əhval – ruhiyyə səhər saatlarında müşahidə olunur, və insanlar əsasən normadan az yatırlar. “Gülərüz depressiya” zamanı bir qayda olaraq, axşamlar çətin olur və daha çox yatmaq tələb olunur.
Eyni zamanda, ətraf aləm üçün nəzərdə tutulmuş daima
xoşbəxt görünüşə baxmayaraq, “gülərüz depressiya” – lı insanın daxili
durumu daimi deyildir. Məsələn, əgər xoşagələn hadisə baş verərsə, o zaman
əhval – ruhiyyə qısa zaman ərzində düzələ bilər, lakin bir az keçmiş yenə də
əhval – ruhiyyə pozulacaqdır.
Qeyd etmək lazımdır ki, “gülərüz depressiya” – ya daha çox müxtəlif xasiyyətli insanlar meyllidirlər — onlar özlərinə əmindirlər, bədbindirlər, hər zaman məğlubiyyət gözləyirlər, onları alçaldan vəziyyətləri dəf etməkdə çətinlik çəkir, bir birinin ardınca beynində xoşagəlməz hissləri unutmayaraq öz uğursuzluqlarından savayı heç nə düşünməməyə meyylidirlər.
Maskadan depressiyadan necə məhrum
olmaq olar sualına cavab burda.