Bu sual tibb elminin ən
mürəkkəb suallarından biridir.
İnkişafın səbəbləri məhz bu cür, qeyri – tipik olub,
depressiyanın formalarını təyin etmək çox çətindir. Bəzən xarici görünüşlü
rifah zamanı daxili “qaranlıq” hissi həyatla bağlı konkret vəziyyət – işdə
problemlər, münasibətlərin pozulması, sizin həyatınızın məqsədsiz və mənasız
olması hissinin yaranması nəticəsində baş verir. Bəzən pis əhval – ruhiyyə üçün
hər hansı bir səbəbin olmadığı fərz olunur, lakin nə olursa – olsun belə bir
səbəb mövcuddur. “Gülərüz depressiya” – ya kifayət qədər tez – tez rast
gəlinir – xəstələnmənin 15 – 40 faizini bu formaya şamil etmək mümkündür. O
əksər hallarda gənc yaşlarında başlanır və uzun müddət davam edə bilər.
Bu cür xəstəlikdən əziyyət çəkən insanlar ixtisaslı
tibbi yardım üçün müraciət etməlidirlər, lakin, çox təəssüflər olsun
ki, məhz onlar adətən bunu etmirlər, çünki belə hesav edirlər ki, onların
problemi birinci dərəcəli diqqət tələb edir. Xüsusilə də, daxili gündəlik
işlərin və vəzifələrin öhdəsindən gəlməyə onların daxili vəziyyəti mane olmursa
bu diqqət labüddür.
Onlar hətta heç nəyə sevinməmələri və qəmgin olmaları
ilə bağlı özlərini günahkar da hiss edə bilər, və məntiqi olaraq bu cür
emosiyalar üçün onlarda hər hansı bir səbəbin olmamasını da izah etməyə cəhd
göstərə bilərlər.
Yekun nəticədə onlarda psixiloji problemlərin olmasını
heç kim bilmir, onlar özləri isə öz hisslərindən utanırlar.
Bəs bu qüsuru necə aradan qaldırmaq olar? Əslində bu
cür vəziyyətin mövcud olması və həqiqətən də həddən artıq ciddi olması fikri
əsas olmalıdır. Siz sizinlə baş verənlərə dəyər verərək sizin əhval –
ruhiyyənizi etiraf etsəniz, o zaman vəziyyət yaxşılığa doğru dəyişəcəkdir. Bəzi
hallarda bu cür etiraf kifayət etmir və sizi bataqlığa çəkən depressiyadan
xilas olmaq üçün mütəxəssisin köməyinə ehtiyac duyursunuz.
Meditasiya və fiziki fəallıq da psixiki sağlamlığa böyük fayda verir. Ratcers Universitetinin (ABŞ) alimləri tərəfindən aparılan tədqiqatdan göründüyü kimi həftədə iki dəfə meditasiya ilə məşğul olmaq və məsələn, idman zalına getmək, qaçmaq, və ya velisopeddə gəzmək kifayətdir, belə ki, bu zaman sizin psixiki durumunuz yaxşılaşacaqdır. Tədqiqatın iştirakçılarında cəmi iki ay ərzində depresiyya əlamətləri 40% qədər azalmışdır.
«Gülərüz» depressiyalar zamanı ən yaxşı nəticələrini koqnitiv-davranış terapiyası göstərir və o təfəkkürün və davranışın ilkin ssenarisini dəyişməyə kömək edir.
Lakin, həyatın mənasını tapmaq daha vacibdir. Məşhur
avstriyalı psixiatr, psixoloq və nevroloq Viktor Franklın qeyd etdiyi kimi,
həyatda məqsədin mövcud olması – yaxşı psixiki sağlamlığın itibucaqlı daşıdır.
Həyatda nəyəsə can atmaq, maneələri dəf etmək, müəyyən məqsədə görə özünlə və
vəziyyətlə mübarizə aparmaq lazımdır. Buna görə də, yaşamaq səbəbinizi tapın və
hər gün bu istiqamətdə kiçik addımlar atmağa cəhd göstərin, çünki bu
həqiqətən də sizin psixoloji durumunuzda öz müsbət əksini tapacaqdır.
Bu cür məqsədlərdən biri də digərlərinin qayğısına
qalmaqdan ibarətdir. Biz yalnız özümüz, başqasının ehtiyacı və
tələbatı haqqında düşünməyə başladıqda, sizin həyatınızın mənasız olmaması
hissi yaranır. Buna könüllü kimi fəaliyyət göstərməklə, ailə
üzvlərinin və ya hətta heyvanların qayğısına qalmaqla buna nail olmaq
mümkündür. Bizim həyatımızın mənasız olmaması hissi – ona məqsəd və məna verir,
bu isə öz növbəsində, psixiki sağlamlıq və rifah üçün əsasdır.
«Gülən»
maskalı depressiya
nə deməkdir?