Tibb

Diş həkimliyin tarixi

Diş həkimliyin tarixi

Diş həkimliyində tarixi gəzintiyə çıxaq

Min illər əvvəl bəzi insanların dişlərində qazınmış dəliklər var idi.

Diş həkiminə getmək, təsəvvür etdiyinizdən daha uzun bir tarixə malikdir. Tədqiqatçılar bu yaxınlarda aşkar edilmiş qədim stomatologiyanın ən qədim nümunələrinin - 9000 ilə 7500 yaş arasındakı dişlərdə qazılmış dəliklərin nə olduğunu tapıblar.

Dişlər, Pakistanın indiki bölgəsindəki Mehrgarh adlı kənddə tapılıb. Tədqiqatçıların bildirdiyinə görə, doqquz yetkin şəxsə aid ümumi 11 dişdə qazılmış dəliklər var.


Qədim bir əkinçilik kəndində kəşf edilən bu dişin çeynəmə səthinə qazılmış bir dəlik var.

L. Bondioli və R. Macchiarelli

Diş çürüməsinin səbəb olduğu boşluqlar ağrılı ola bilər. Müalicə edilmədiyi təqdirdə, çürümək üzərə olan dişlər sonda tamamilə çürüyəcək və ya düşəcək.

Bu gün diş həkimləri boşluqları təmizləmək və çürüməyin yayılmasının qarşısını almaq üçün metal ucları olan elektrikli burğulardan istifadə edirlər. Mehrgarh diş həkimləri yəqin ki, çaxmaqdaşından hazırlanmış vasitələrdən istifadə ediblər.

Bu qədim insanlar qabıq, firuzə və digər materiallardan muncuq düzəldərkən dəliklər açmaq üçün taxta çubuqlara bərkidilmiş itilənmiş çaxmaqdaşından istifadə edirdilər. Dişləri oymaq üçün də eyni bacarıqlardan istifadə etmək hər halda onlar üçün çətin olmazdı.

Mehrgarh dişlərindəki qazılmış deliklərin eni 1,3 ilə 3,2 millimetr arasında, dərinlikləri isə 0,5 ilə 3,5 millimetr arasındadır. Dişlərin kənarları hamardır ki, bu da deşiklər qazılarkən xəstələrin diri olduqlarını və uzun müddət yaşamaqlarını göstərir, çünki çeynəmə dişlərini aşındırmağa davam edib. Tədqiqatçılar deşiklərin doldurulub-doldurulmadığına əmin deyillər.

Böyük ehtimal ki dəliklər bəzək və ya görüntü üçün edilməmişdir, çünki sözü gedən dişlər insanların ağzında bir qədər geridə yerləşib.

Dişlərin dördündə dəliklərin yanında çürüklər var idi. Yüksək güclü görüntüləmə cihazları vasitəsi ilə bir çaxmaqdaşı ilə açılmış ola biləcək dəliklərin arasındakı silsilələr görsəndi. Hər iki müşahidə Mehrgarh xalqının əslində diş həkimliyi ilə məşğul olduqları və dəliklər açdığı fikrini dəstəkləyir. Nəticələrini yoxlamaq üçün elm adamları tarixdəki daş alətlərinin nümunələrini hazırlamış və onlardan insan yanaq dişlərini qazmaq üçün istifadə etmişlər. Bu metoddan istifadə edərək Mehrgarh diş həkimlərinin düzəltdiklərinə bənzər bir dəlik düzəltmək sadəcə bir dəqiqə çəkdi.

Növbəti dəfə stomatoloqa gəldiyiniz halda, sadəcə şükür edin ki, ağzınızda çaxmaqdaşından hazırlanmış iti bir bıçaq istifadə olunmur. Bu, həqiqətən çox xoşagəlməz olardı!

Axırıncı

Nə üçün su yanmır?

Nə üçün su yanmır

Bir qism əşyaları güclü şəkildə qızdıran zaman onlar alışır. Digərləri isə hətta zəid qızma zamanı da yanır. Ümumiyyətlə,

Coronavirus triviası

Coronavirus triviası

2019- 20 koronavirus pandemiyası, 2019-cu ildə koronavirus xəstəliyi ilə əlaqəli hələ də davam edən beynəlxalq sağlamlıq vəziyyətidir.

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

dəvələr haqqında Dəvələrin iki növü var

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

kosmik səyahətə

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr

Güclü qalmaq üçün tövsiyələr  Emosional

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Gənc sahibkarların biznes təcrübələri

Amerikanın ən gənc sahibkarların təcrübələriylə tanış olun.

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

Tarixin ən böyük moda sahibkarları

Tarixin ən böyük moda sahibkarları Ralf Lauren Phil Knight Levi Strauss

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

ufo