İnsanlarda
dişlərin iki sırası vardır və ikinci sıra bizim müvəqqəti süd dişlərimizin əvəz
olunması üçün nəzərdə tutulmuşdur. Sürünənlər və ya balıqlar kimi digər
heyvanlar öz həyatı ərzində dişləri regenerasiya edə bilərlər, lakin, siçanlar
yalnız bir sıra dişlərə malikdirlər.
Dişlərin əvəz
olunmasının müxtəlif mexanizmlərinə təsir göstərən təkamül amillərini anlamaq
üçün Londonda Kral kollecindən olan tədqiqatçılar siçanlarda dişlərin
inkişafını öyrənmişdirlər. Onlar gəmiricilərdə dişləri formalaşdıran gəmiricilərin
diş plastinkasında molekulyar siqnal yolunu təyin etmiş və genetik
metodların köməyi ilə dişlərin əvəz olunması prosesini bərpa etmişdirlər.
Tədqiqatçılar
professor Ebiqeyl Takerin başçılığı altında ilk dəfə olaraq iki diş sırası olan
ev cırtdan donuzu ilə siçanın diş plastinkasındakı genlərin ekspressiyasını
müqayisə etmişdirlər.
Tədqiqat
qrupu aşkar etmişdir ki, adətən digər onurğalılarda dişlərin əvəz olunması üçün
tələb olunan Wnt siqnallarının ötürülməsi siçanların rudimentar diş plastinkasında
yoxluq təşkil edir (RSDL).
Tədqiqatçılar genetik metodları istifadə edərək bu strukturu
canlandırmış və siçanın RSDL bu siqnal yolunu fəallaşdırmışdırlar və bu da
yekun nəticədə yeni dişlərin əmələ gəlməsinə gətirib çıxarmışdır.
«Bəs nə üçün
dişlərin əvəz olunmasının potensialı müxtəlif onurğalılarda bu cür güclü şəkildə
variasiya edir? Bu həqiqətən də, təxribatçı sualdır», — deyə aspirant Yelena
Popa izah edir. «Bizim əldə etdiyimiz nəticələr simanın bir qayda olaraq, dişlərin
ikinci əvəz olunan sırasını əmələ gətirmədiyini göstərir, çünki onun hələ də
bunun üçün potensialı mövcuddur».
Müəlliflər həmçinin
məlumat verərək bildirmişdirlər ki, RSDL ayrıca becərilməsi (digər dişlər
olmadan) yeni dişin əmələ gəlməsinə gətirib çıxarmışdır və bu da dişlərin əvvəlki
sırasının növbəti dişlərin əmələ gəlməsinə təsiri haqqında fərziyyənin
yaranmasına imkan verir.
Professor Taker izah edir: «Bu, həmçinin, insan dişlərinin əvəz olunmasına aiddir, belə ki, RSDL bənzər strukturlar, onların inkişafı zamanı daimi dişlərin yaxınlığında aşkar olunmuşdurlar. Buna görə də, dişlərimizin normal inkişafı zamanı ikinci diş sırası və ya daimi diş dişlərin üçüncü sırasının əmələ gəlməsinə mane ola bilər».