Bəs necə oldu
ki, Böyük vətən müharibəsi nin qəhrəmanı və əla kəşfiyyatçı ABŞ kəşfiyyatına
işləməyə başladı? Mövcud olan versiyalardan birinə görə bunun günahkarı
bir faciəli hadisədir. Polyakovun rəhbərliyi onun ağır xəstəliyə düçar olmuş
oğlunun müalicəsi üçün maddi yardım göstərməkdən imtina etdi.
Müxtəlid ölkələrin konsulluqlarında
gizlin çalışan sovet şifrələyiciləri haqqında məlumat Polyakovun amerika xüsusi
xidməti üçün ilk “hədiyyəsi” oldu.
60-cı illərin
əvvəllində Polyakov ABŞ – da işləyən və ona məlum olan bütün “qeyri-leqal”
kəşfiyyatçılar haqqında məlumatları ABŞ – na ötürür. Həmin dövrdə DTİ – də
“köstəbəyin” axtarışına çıxdılar.
Dmitriy
Polyakovun iki düşərgəyə işləməsinə baxmayaraq, o vəzifədə inamla irəliləyirdi.
Əvvəlcə onu DTİ üçüncü idarəsinin baş zabiti vəzifəsinə təyin etdilər, daha
sonra isə o 1974 cü ildə general – mayor rütbəsinə layiq
görüldü. 1980 cı ildə Dmitriy Polyakov istefaya
çıxdı. Amerikalı həmkarlarından daxil olan təkliflərə baxmayaraq, Dmitriy
Polyakov ABŞ – na köçmək qərarına gələ bilmədi. Dmitriy Polyakovun
qarşısında açılan perspektivlərə baxmayaraq, qərb həyat tərzi onun xoşuna
gəlmirdi.
Dmitriy
Polyakov amerika kəşfiyyatına 20 il çalışdı. Lakin yuxarıda adı
xatırlanan Oldriç Eyms agentura
şəbəkəsini, o cümlədən də, keçmiş kəşfiyyatçını satdı. Dmitriy
Polyakov 1988 ci ildə həbs olundu və güllələndi.