Uzun illər
boyunca daşınmaz əmlak və başqa müxtəlif bizneslərlə məşğul olan Trump
Organisation şirkətinin prezidenti olmuşdur. The Apprentice(ABŞ)
televiziya şousunda bir iştirakçı Trampa onun şirkətlərindən birini idarə etmə
etməsi üçün təklif vermişdi. Bu təklif Trampı məhşurlaşdırmışdır.
Erkən həyatı
Donald Tramp 14
iyun 1946-cı ildə Nyu-Yorkun Queens şəhərində Alman mühacir ailəsində anadan
olub. Atası Fred Tramp uğurlu daşınmaz əmlak istehsalçısı idi. Trampa atasından
413 milyon dollar miras qaldığı təxmin edilir. NYTimes bunun
vergidən yayınma sxemi olduğu fikrini irəli sürdü.
Donald özəl
Kew-Forest Məktəbini bitirdikdən sonra Fordham Universitetinə daxil olub. Sonra
isə Pensilvaniya Universitetinin Wharton Ticarət Məktəbinə gedərək 1968-ci ildə
iqtisadiyyat ixtisası ilə məzun olub. O, Vyetnam müharibəsi dövründə tələbə
olduğu üçün hərbi qulluğu təxirə salınıb. Universiteti bitirdikdən sonra isə
ayaqlarındakı problemlər səbəbi ilə tibbi arayış alıb.
Universiteti
bitirdikdən sonra atası ilə Bruklin, Queens və Staten Island-dakı əmlak şirkətlərində
çalışdı. 1970-ci illərdə Tramp atasının köməyi ilə Manhettenə köçdü. Daha sonra
o, Manhettendə Trump Organisation-u yaratdı.
Donald
çıxışlarında "Bu mənim üçün yaxşı oldu. Bilirsiz,
milyarderin oğlu olmaq mənim üçün əlavə yük kimi idi. Bu şəkildə, Manhettenə
getdim."
Onun biznesi - otel, kazino, inşaları, Trump Shuttle
aviaşirkəti və mega yaxtası ilə daha da genişləndi. Tramp üçün işinin əsas
cazibəsi razılaşma danışıqları idi.
“Mən bunu pul
üçün etmirəm. Ömrüm boyu ehtiyaclarımı qarşılayacaq qədər sərvətim var. Bu işi
sevdiyim üçün edirəm. Biznes danışıqlar mənim sənətimdir. Digər insanlar kətan
üzərində gözəl bir şəkil çəkirlər və ya gözəl şeir yazırlar. Mən isə
irimiqyaslı razılaşmalar əldə etməyi yaxşı bacarıram.”
– Donald Tramp
(1987)
1991-ci ildə
Taj Mahal kazinosundakı itkilər Tramp-ı iflas vəziyyətinə saldı. Ancaq şirkətinin
bir hissəsini sataraq işinə davam edə bildi.
Trampın biznes və daşınmaz əmlak müəssisələrinin fərqli bir
xüsusiyyəti adının brend olmasıdır. Məsələn, Trump World Tower, Trump Place və
Trumpclothing. Tramp eyni zamanda çox yaxşı golf oyunçusudur. İrlandiya və
Şotlandiya daxil olmaqla, dünyanın hər yerində bir çox qolf kursları açıb.
Bir çox
daşınmaz əmlak satıcıları və müəssisələri Tramp markasının lisenziyası üçün ödəniş
edirlər. Ancaq 2015 və 2016-cı illərdəki seçki kampaniyasından bəri Trampın
meksikalılara, qadınlara və müsəlmanlara qarşı mübahisəli siyasi baxışları səbəbilə
nüfuzu azalmışdır. Macy's kimi pərakəndə satış şirkətləri Tramp markalı məhsullardan
imtina edib.
Donald Trampın
sərvəti
2012-ci ildə
Tramp sərvətinin təxminən 7 milyard dollar dəyərində olduğunu elan etdi.
2015-ci ildə Forbes, sərvətini 4 milyard dollar olaraq qiymətləndirdi. Tramp
bazar qiymətlərindən asılı olduğunu bildirməyinə baxmayaraq, 2015-ci ildə
prezidentliyə namizədliyini irəli sürərkən on milyard dollardandan artıq sərvətinin
olduğunu iddia etdi.
Trump 1974-cü
ildə atasından 40 milyon dollar aldı.
2016-cı il
prezident seçkisindən əvvəl, gəlir vergisi bəyannamələrini verməkdən imtina
etdi. New York Times, 1995-ci ildən olan vergi bəyannaməsində Trampın bir
ildə 916 milyon dollar itirdiyini və nəticədə vergi qanunlarından istifadə edərək
18 ildir federal vergi ödəməkdən çəkindiyini iddia etdi, o bu ittihamı inkar
etmədi.
Digər maraqları
1996-cı ildən
2015-ci ilə qədər Tramp Miss Universe gözəllik müsabiqələrinin bir hissəsinə
sahib olub. Hərçənd Meksikalı immiqrantlara qarşı çıxışı ilə əlaqədar yaranan mübahisələrə
görə Tramp hissələrini 2015-ci ildə satdı.
Televiziya
2003-cü ildə
Trump The Apprentice adlı NBC proqramının
icraçı prodüseri oldu. The Apprentice ən məşhur televiziya
proqramlarından biri idi. Tramp öz şirkətinə işçi götürmək üçün namizəd seçirdi.
Proqram müddətində Tramp uğurlu olmayan namizədləri " You are fired"
(qovuldun) ifadəsi ilə şoudan uzaqlaşdırırdı.
Siyasət
Tramp qarışıq
siyasi mənsubiyyətə sahib olub. O,həm Demokrat həm Respublikaçı olaraq qeydə
alınıb. Həm respublikaçı, həm də Demokrat prezidentlik namizədlərinə pul
ayırıb. Hər iki Corc Buş prezidentliyini tənqid edib və Bill Klintonun ən yaxşı
müasir prezidentlərdən biri olduğunu söyləyib. 2012-ci ildən Respublika
partiyasındadır və 2015-ci ildə Respublikaçı olaraq namizədliyini irəli sürmək
niyyətində olduğunu açıqladı.
2016-cı ilin əvvələrində
o, gözlənilməz olaraq Respublikaçıların namizədi olaraq seçildi . Kampaniya ərzində
Tramp populist müraciətlər edirdi. O diqqətini seçicilərin mühacirlər və
terrorizmlə bağlı qorxuları ilə məşğul olmağa yönəltdi. Onun təbliğat
şüarı "Ölkəmizi yenidən böyük bir dövlət edəcəyik" idi.
O, həmçinin
özünü siyasi quruluşdan daha çox özəl biznes sektorundan olan, Vaşinqtondan kənar
bir siyasətçi kimi göstərirdi. Politik nəticələrə fikir verməyərək "olduğu
kimi söyləmək" prinsipinə əməl edirdi.
Tramp-ın
mübahisəli siyasətinə ABŞ- dakı qanunsuz mühacirlərin deportasiyası və Meksika
ilə ABŞ arasındakı divarın qurulması daxildir. O, vətəndaşları müsəlmanların
ABŞ-a girməsini qadağan etməyə və məscidlərə daha çox nəzarət etməyə çağırıb.
Onun ABŞ-a müsəlmanların
gəlməsini qadağan etmək vədi bir çox dünya simaları və Pentaqon tərəfindən tənqid
edilmişdir. Ancaq bu istər ABŞ-da, istərsə də xaricdə mübahisə mövzusu
olmuşdur. Pentaqon bəyanatında "Amerika Birləşmiş Ştatlarını müsəlman
inancına qarşı göstərmək, əlbəttə ki, yalnız dəyərlərimizə deyil, həmçinin
milli təhlükəsizliyimizə də ziddir"-deyə bildirib.
Sosial məsələlərdə
o, özünü mühafizəkar adlandırır. O həmçinin, silah istifadəsi icazəsinə
qarşıdır. Hazırki səhiyyə aktını sərbəst bazar planı ilə əvəz etməyi dəstəkləyir.
O, qlobal istiləşməni
"Çinin ABŞ istehsalatının rəqabətə davamlı olmaması üçün yaratdığı
hoqqabazlıq" adlandırdı . Həmçinin artan neft-qaz sənayesini dəstəkləyir və
külək enerjisinə qarşı çıxır.
Tramp-ın
mübahisəli açıqlamaları kampaniyasına daha da çox dəstək cəlb edirdi. Tramp-ın
özü 23 yanvar 2016-cı ildə bəyan etdiyi kimi:
"Mənə
sadiq olan çox sayda insanların olduğunu deyirlər. 5-ci prospektin ortasında
dayanıb kimisə vura bilərəm və seçicilərimi itirmərəm. Bu İnanılmaz bir şeydir.
"
Tramp üç dəfə
ailə qurub. Beş övladı var. Üçü Zelnickova ilə, ikisi Maples və Knaussla .
Kilsənin onun
aktiv üzv olmadığını bildirdiyinə baxmayaraq, Tramp Presbyterian Protestantdır.
Trump prezidentlik kampaniyasında bir çox dini liderin dəstəyini alıb.
O, özü haqqında
çox yüksək fikirdə idi. Bəziləri bunu eqo-mania olaraq görürdü.
“Düşünürəm ki,
mənimlə digər namizədlər arasındakı yeganə fərq mənim daha dürüst olmağım və
qadınlarımın daha gözəl olmasıdır.”- Donald Tramp
2016 seçkiləri
Seçkilərdə təxminən
3 milyon səs itirməsinə baxmayaraq, Tramp Florida, Miçiqan, Ohayo və
Pensilvaniya kimi ştatları təmin etdikdən sonra 306 - 232 seçki kollecini
qazandı .
Cəmi səslər
Klinton
65,844,610 – 48.20%
Tramp
62.979.636 – 46.10%
Digərləri
7.804.213 - 5.70%
2017-ci il
Prezident Aparatı
Tramp, 20
Yanvar 2017-ci ildə vəzifəyə başladı. Onun ilk icra sərəncamları arasında
Suriya və İraq kimi müsəlman ölkələrindən olan mühacirlərin ölkəyə girişinin
qadağan edilməsi haqqında sərəncam da var idi. O, Obamanın Səhiyyə xidmətini ləğv
etmək və ABŞ ilə Meksika arasında bir divar qurmaq istədi.
Tramp, sağçı təşkilatlara
dəstək verməsi və ağ supremasist qruplara rəğbət bəslədiyi üçün mübahisələrə səbəb
oldu. O, tez-tez yalan danışmaqda və yanlış ifadələr istifadə etməkdə ittiham
olunur.
Xarici siyasətlə
əlaqədar olaraq ABŞ-ı qlobal istiləşmə ilə bağlı Paris razılaşmasından da
çıxartdı.