Tibb

Eşitmənin pozulması

Eşitmənin pozulması

Qulağı qorumadan yüksək musiqi dinləmək və ya rok qrupunda oynamaq eşitmə itkisinə səbəb ola bilər.

 Quşlar civildəyir. Dalğalar vurur. Dostlar gülür. Müəllimlər danışır. Səslər eşidə bilən insanlar üçün həyatın böyük bir hissəsidir.  Ancaq yəqin ki, qulaqlarınızda nə baş verdiyini və ya yüksək səslərin eşitməyə necə təsir edəcəyi barədə düşünməyə çox vaxt sərf etmirsiniz.

 MTV-nin veb saytındakı son sorğuda, gənclərin yalnız 8 faizinin eşitmə itkisinin "çox böyük bir problem" olduğunu söylədi.  Müqayisə üçün, cavab verənlərin 45 faizi siqaret çəkməyi, 31 faizi qidalanma və çəki problemlərini, 18 faizi isə sızanaqları önəmli sağlamlıq problemləri kimi saydılar.

 Bu məsələlər həqiqətən vacib olsa da, uşaqların və yeniyetmələrin qulaqlarına daha çox qulluq etməsi yaxşı olardı, dedi sorğunu hazırlayan araşdırmaçılar. Onlar Massaçusets Göz və Qulaq Xəstəlikləri (MEEI), Harvard Tibb Universiteti və Harvard Xalq Sağlamlığı Universitetində işləyirlər.

 Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzində (CDC) alimlərin apardıqları böyük bir araşdırma, 6-19 yaş arası gənclərin təxminən 13 faizinin yüksək səs-küyə məruz qalması nəticəsində eşitmə itkisinin olduğunu müəyyənləşdirdi. Bu, ABŞ-da 5 milyondan çox uşağın əvvəlki kimi eşitmədikləri nəticəsini verir.

 Çox vaxt gənclərdə eşitmə itkisi yüngül və ya müvəqqəti olur, lakin gələcəkdə daha ciddi eşitmə problemlərinin xəbərdarlıq əlaməti də ola bilər.

Səs-küy maşınları

 Qulaqlar yaxşı işlədikdə efektiv və mürəkkəb işləyən kiçik maşınlardır.

 Səs dalğa kimi xarici qulaq kanalına daxil olur.  Səs dalğası kanaldan qulaq pərdəsinə doğru hərəkət edir və bu da titrəməyə səbəb olur.  Qulaq pərdəsi, öz növbəsində, səsi titrədən və gücləndirən üç kiçik sümüyü hərəkətləndirir.  Kiçik sümüklər səsi daxili qulağa və ilbiz adlanan bir quruluşa ötürür.  İlbiz, ilbiz qabığına bənzəyir və maye ilə doludur.

 İlbizin içərisində beyinə elektrik siqnallarını göndərən saç hüceyrələri adlanan zərif quruluşlar var.  Onlar, qulaqların eşitdiklərini beyinə bildirirlər.  Saç hüceyrələri eşitmək üçün vacibdir, lakin yüksək səslər onlara zərər verir.  Dəridəki və bədənin digər hissələrindəki hüceyrələrdən fərqli olaraq saç hüceyrələri geri böyümür.  Bəzi tədqiqatçılar laboratoriyada yeni saç hüceyrələrini yetişdirmək və ya bədənin özünün böyütməsinə kömək etmək üçün yollar axtarırlar.

Ucadan musiqi

  Şiddətli eşitmə itkisi ən çox yaşlı insanlarda olur.  Lakin itki yavaş-yavaş baş verir və çox vaxt uşaqlıqdan başlayır.

 Yeni sorğunun məqsədi uşaqlarda eşitmə itkisinin mümkünlüyünü, eşitmə itkisi haqqında nə qədər bildikləri və vərdişlərini dəyişdirmək üçün nə qədər istəkli olduqlarını tapmaq idi.

 Tədqiqatçılar, çox sayda gəncə çatmaq üçün 28 suallı sorğularını internetdə paylaşdılar. Xüsusilə MTV-nin veb saytından istifadə etdilər, çünki bu saytı ziyarət edən insanların çox musiqi dinlədiklərini fikirləşdilər.  Cəmi 3 gün ərzində elm adamları 10 minə yaxın ziyarətçinin fikirlərini topladı.

 MEEI həkimi Jeannie Chung: "Bu, uşaqların eşitmə itkisi ilə əlaqədar edilən ilk böyük miqyaslı araşdırmadır.”

 Təəccüblü nəticələrdən biri, sorğuya cavab verən gənclərin 61 faizi konsertdən sonra qulaqlarında zingildəmə hiss etdiklərini və ya eşitməkdə çətinlik çəkdiklərini söylədilər. Bu hiss qısa müddətli olur və daha sonra normala dönür.  Yüksək səsli musiqi və digər güclü səslərə dəfələrlə məruz qaldıqdan sonra isə müvəqqəti eşitmə itkisi qalıcı ola bilər.

Qulaqcıqlar

 Mütəxəssislərin fikrincə, qocalığa qədər eşitməni güclü saxlamağın ən yaxşı yollarından biri cibinizdə bir cüt qulaqcıq saxlamaqdır.  

 Mexaniki çəkicin yanında tıxacda qalsanız və ya bir rok konsertində dinamiklərin yanında dursanız, tez qulağınıza taxın. Qulaqcıqlar səslərin keyfiyyətini dəyişdirmir, deyir Chung. Onlar yalnız səsi azaldır.

 "Günəşdəqoruyan krem kimidir" deyir.  "Bir günəş yanığı sizə xərçəng verməyəcək, ancaq bir neçəsi verəcək."

Səs-küy də, həddindən artıq çox olmadıqca yaxşıdır. 

"Biz rok konsertlərinə və ya klublara getməməli və ya yüksək səsli musiqi dinləməməlisiz demirik,” dedi Chung.  “Biz deyirik ki, bundan xəbərdar olmalısınız. Əylənərkən özünüzü qorumaq üçün bir şey edin. "

 MTV sorğusundan bir nəticə tədqiqatçıları xüsusilə həvəsləndirdi. Gənclərin yalnız 14 faizi qulaqlarını qorumaq üçün qulaqcıqlardan istifadə etdiklərini söyləsələr də, tam 66 faizi eşitmə itkisi ilə üzləşməyin mümkünlüyünü bilsəydi onlardan istifadə edəcəklərini söylədilər.  Əlli doqquz faiz, həkimləri bu mövzuda danışsalar qulaqcıqlardan daha çox istifadə edəcəklərini söylədi.

 İndi bilirsiz. Bir gün kar olmaq haqqında qorxmaq lazım deyil. Qulaqlarınıza qulluq edin və onlar da sizə gələcəkdə uzun müddət rəqs etməli bir şey versinlər. 

 

 

Axırıncı

Nə üçün su yanmır?

Nə üçün su yanmır?

Bir qism əşyaları güclü şəkildə qızdıran zaman onlar alışır. Digərləri isə hətta zəid qızma zamanı da yanır. Ümumiyyətlə,

Coronavirus triviası

Coronavirus triviası

2019- 20 koronavirus pandemiyası, 2019-cu ildə koronavirus xəstəliyi ilə əlaqəli hələ də davam edən beynəlxalq sağlamlıq vəziyyətidir.

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

dəvələr haqqında Dəvələrin iki növü var

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

kosmik səyahətə

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr  Emosional

Güclü qalmaq üçün tövsiyələr

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Amerikanın ən gənc sahibkarların təcrübələriylə tanış olun.

Gənc sahibkarların biznes təcrübələri

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

Tarixin ən böyük moda sahibkarları Ralf Lauren Phil Knight Levi Strauss

Tarixin ən böyük moda sahibkarları

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

Sümüklər danışa bilsəydi

Sümüklər danışa bilsəydi

Dil nitq insanları digər heyvanlardan ayıran bir və əsas əlamətlərdən biridir. Sözlər bizə mürəkkəb fikirləri çatdırmaq

dəvələr haqqında Dəvələrin iki növü var

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

Lesoto haqqında maraqlı faktlar

Lesoto haqqında maraqlı faktlar

Afrikanın yalnız üç ölkəsində monarxiya sistemi var və Lesoto da onlardan biridir. Digər ikisi isə Esvatini və

İsrail haqqında maraqlı faktlar

İsrail haqqında maraqlı faktlar

İsraildə rus dilini eşidə biləcəyiniz bir çox yer var. Buradakı rəsmi dil yalnız İvrit dilidir və ərəb əhalisinin çox

'Lazer' nə deməkdir?

'Lazer' nə deməkdir?

Elektromaqnit şüalanmasının stimullaşdırılmış emissiyasına əsaslanan optik gücləndirmə prosesi ilə işıq yayan lazerin,