Texnoloqiya

Elektrik bakteriyalar və cərəyan

Elektrik bakteriyalar

Elektrik bakteriyaları seyrək və sıx hava axınından cərəyan yaradır və bu maraqlı faktla bağlı bu günki məqaləmiz.

Seyrək havadan elektrik enerjisi istehsal etmə fantastik fikir kimi görünə bilər, ancaq nano öçülü, telşəkilli, sürətlə artan bakteriyalardan istifadə edən yeni texnologiyaya əsasən havada nəm olduğu müddətcə bu mümkündür. Yeni bir araşdırma göstərir ki, onlar bir lövhə halına gətirildikdə, bakteriyalardan uzaq elektronları təsiri altına alan tellər- protein filamentləri işıq yayan bir diodu işıqlandırmaq üçün kifayət qədər güc istehsal edə bilər. Bu lövhə sadəcə ətrafdakı rütubəti udmaqla işləyir. Tədqiqatçılar bu tellərin necə işlədiyini dəqiq bilməsələr  də, kiçik elektrik stansiyaları göstərir ki, bir-birinə bağlanan 17 cihaz bir cib telefonunu işlətməyə kifayət edən 10 volt gücünde elektrik istehsal edə bilər.

Nanjing Aeronavtika və Astronavtika Universitetinin materialşünası Guo Wanlin bildirib ki, bu yeni elektrik yaratma metodunu "əhəmiyyətli bir irəliləyiş" hesab etmək lazımdır. O özü şəxsən bu araşdırmada iştirak etmir. Guo hidrovoltaikanı- sudan elektrik enerjisi əldə etmək üçün olan molekulyar yanaşmanı öyrənir.

Hidrovoltaik cihazların işləmə prinsipi hələ də bir sirr olaraq qalır. Su damlaları müəyyən növ qrafen və ya digər materiallar ilə qarşılıqlı əlaqədə olduqda elektrik yükü yaranır və elektronlar materiallara keçir. Bu cihazların elektrik enerjisini necə meydana gətirməsi ilə bağlı bir çox sual qalır. "Düşünürəm ki, bu məsələyə daha dərindən yanaşmalıyıq ..."- Dirk de Beer- Dəniz Mikrobiologiyası Maks Plank İnstitutunda mikrosensorları inkişaf etdirən mikrobioloq deyir.

Tədqiqatçılar eyni zamanda özündən elektron keçirə bilən bakteriyaların necə işlədiyini öyrənməyə başlayırlar. 15 il əvvəl Massachusetts Universitetinin (UMass) mikrobioloqu və həmçinin müəllif olan Derek Lovley, Amherst və həmkarları Geobacter adlı bir bakteriyanın üzvi maddələrdən dəmir oksidləri kimi metal əsaslı birləşmələrə elektronların keçməsinə maneə törətdiyini aşkar etdilər. Bunun sayəsində o və digər alimlər bir çox digər bakteriyaların elektronları mühitlərində digər bakteriyalara və ya çöküntülərə ötürmək üçün nano ölçülü zülal tellər yaratdıqlarını öyrəndilər. Bu köçürmə tədqiqatçıların təmiz enerji olaraq istifadə etməsi üçün kiçik bir elektrik cərəyanı yaradır.

Lakin 2 il əvvəl UMass aspirantı Liu Xiaomeng bəzi hallarda təcrid olunmuş nano ölçülü tellərin öz-özünə cərəyan yaratdığını gördü. Əvvəlcə onun müşaviri elektrik mühəndisi Yao Jun bu fikrə şübhə ilə yanaşdı, lakin nəticədə onlar elektrod kimi xidmət edən iki qızıl lövhə arasında nano ölçülü incə bir lövhə yaradıb davamlı olaraq elektrik cərəyanı əldə edə bildiklərini aşkar etdilər. Onlar ən azı 20 saat aralıqsız güc əldə edə bildilər. Cihaz özünü şarj edə bilirdi. Hiylə üst plitənin altdakından daha kiçik olub, nano ölçülü tel lövhənin bir tərəfini rütubətli havayla təmas etməsi idi.

Nano ölçülü tellərin qızıl plitələrdən elektron çıxara bilmədiklərini bilirdilər, çünki karbondan hazırlanmış plitələr elektron mənbəyi kimi işləmək qabiliyyətinə malik deyildi. Tədqiqatçılar başqa bir ehtimalı irəli sürdülər: nano ölçülü zülal tellər özləri parçalanaraq öz elektronlarını sərbəst buraxırlar. Üçüncü bir fikir ortaya çıxdı: Bəzən işıq kimyəvi reaksiyalara səbəb olaraq elektronları sərbəst buraxa bilər. Ancaq nano ölçülü tellərdə cərəyan hətta qaranlıqda axırdı. Tədqiqatçıların bir yekun fikri var ki, nano ölçülü tellər daha az rütubətli bir kameraya qoyulanda cərəyan azalır beləliklə nəmin əsas səbəb olduğunu düşündülər.

Daha sonra cihazları müxtəlif rütubət səviyyələrinə məruz qoydular. Cihazlar təxminən 45% rütubətli havada, eyni zamanda Sahara səhrası qədər quru və ya Yeni Orlean kimi nəmli hava şəraitdə yaxşı işlədi. Yao izah edir- Sirr odur ki, filmin yuxarı hissəsində nəm udma ilə nəm gradienti inkişaf edir, damcılar daim üst-üstə düşür. Damlalar hidrogen və oksigen ionlarına yayıla bilir və bu da yuxarı plitəyə yaxın elektronların daha çox məskunlaşmasına səbəb olur. Plitənin üst və altındakı yük fərqi elektronların axmasına səbəb olur.

Tsinghua Universitetinin materialşünaslarından olan Qu Liangti deyir- "Su buxarından istifadə edərək bərpa olunan, yaşıl və ucuz enerjini birbaşa atmosfer nəmindən əldə etmək inqilabi bir texnologiyadır."

Lakin enerjini nəmdən almaq üçün edilən əvvəlki cəhdlər, məsələn, grafen və ya polimerlərdən istifadə yalnız qısa müddət ərzində az miqdarda cərəyan meydana gətirdi. Yaonun komandası bildirir ki, yeni quruluşlu nano ölçülü tellər arasındakı boşluqlar nəm gradientini saxlamağa kömək edir, 2 ay və daha çox müddətdə enerji istehsalına imkan verir. Beləliklə, quraşdırma prosesi saniyələr deyil, həftələr çəkir və bu cihaz əvvəlki cihazlardan 100 qat artıq gücə malikdir.

Yaonun elektrod və nano ölçülü tel cihaz adlandırdığı "air-gen" xarici güc tələb etmədiyindən günəş panellərindən və ya külək turbinlərindən daha çox yerdə istifadə edilə bilər. Bu cihazın ölçüsü böyüdülə bilərsə, o,  praktik tətbiqlər üçün istifadə oluna bilər.

Və Lovley bunun üçün bir yol təklif etdi. Nano ölçülü telləri yığmaq üçün Geobacteriyalar yetişdirmək çətindir, buna görə Lovley genetik olaraq asanlıqla böyüyən bakteriya olan Escherichia coli-dən nano tellər istehsal etdi. Lovley eyni diametrli və Geobakter ilə eyni gücə malik nano ölçülü tellər yaratdı və bu tellər 2019-cu ilin noyabr ayının əvvəlində bioRxiv saytına göndərildi.

Nano tellərdən inşaat blokları olan peptidləri hazırlamaq üçüE. coli istifadə edən Miçiqan Dövlət Universitetinin mikrobioloqu Gemma Reguera kifayət qədər resursların olmadığını bildirib. Hal-hazırda cihaz Geobakteriya nano tellərinə əsaslanır. Geobakteriyalardan istifadə etməyərək nano tellərin yaxşı kompozisiyaları hazırlana bilər. Yao və Lovley air-geni sınadıqda dedi ki, "Hələ məlum deyildir ki, biz nəyi sınayırıq."

De Beerin qeyd etdi: “Bu məlumat məni bir az narazı etdi.”  Air-genin yaxşı bir enerji qaynağı olmaq imkanı var ancaq biz bilmirik çünki bu gün onun dəqiq bir elektron mənbəyi yoxdur.

Axırıncı

Nə üçün su yanmır?

Nə üçün su yanmır

Bir qism əşyaları güclü şəkildə qızdıran zaman onlar alışır. Digərləri isə hətta zəid qızma zamanı da yanır. Ümumiyyətlə,

Coronavirus triviası

Coronavirus triviası

2019- 20 koronavirus pandemiyası, 2019-cu ildə koronavirus xəstəliyi ilə əlaqəli hələ də davam edən beynəlxalq sağlamlıq vəziyyətidir.

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

dəvələr haqqında Dəvələrin iki növü var

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

kosmik səyahətə

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr

Güclü qalmaq üçün tövsiyələr  Emosional

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Gənc sahibkarların biznes təcrübələri

Amerikanın ən gənc sahibkarların təcrübələriylə tanış olun.

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

Tarixin ən böyük moda sahibkarları

Tarixin ən böyük moda sahibkarları Ralf Lauren Phil Knight Levi Strauss

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

ufo