SEATTLE - şirin pambıq,
meyvə, qarğıdalı və krem dadı ilə sağollaşmalıyıq. Yeniyetmələr arasında
elektron siqaret istifadəsinin artmasına səbəb ola bilən bu cazibədar dadlar
ABŞ-da günü-gündən çoxalır. ABŞ tütün və mentoldan
başqa dadlandırıcı mayeləri ötən ay qadağan etdi. Bu mayeləri istehsal edən
şirkətlər ABŞ-ın Qida və Dərman İdarəsinin verdiyi bu qanuna tabe olmalıdır.
Ancaq elektron
siqaretlər hələ də çox cəlbedici və asılılıq yaradan bir dad təklif edir:
nikotin. Tədqiqatçılar bu maddənin beyinə uzun müddətli təsirini öyrənməyə
başlayıblar.
Cümə günü Elm
jurnalını dərc edən AAAS-ın illik toplantısında Yale Universitetinin nevrologiya
mütəxəssisi Marina Picciotto ilk araşdırmalarını izah etdi. "Elektron
siqaretlər son on ildə daha böyük tendensiya qazandığına görə, elektron siqaret
mayelərinin və ya içindəki nikotinin uzun müddətli istifadəsinin nəticələrinin
necə olacağını hələ bilmirik" dedi. Ancaq bəzi ipucular tapmışıq.
Yetkin insanların
təcrübəsinə əsasən siqaret çəkən zaman güclü nikotin asılılığı yarandığı aydındır.
Bəzi elektron siqaret maye kartridjlərində bir qutu siqaret ilə eyni səviyyədə
nikotin ola bilir. Picciotto dedi, "Nikotin istədiyiniz hissləri
sizə verir və sizin onu daha çox istəməyinizə səbəb olur."
Yeniyetmələr üçün elektron siqaret həzz hissi ilə əlaqələndirilə bilər və bu
nikotini daha cəzbedici və daha arzuolunan hala gətirir. "Nikotin bizə
mükafat kimi görünən hadisələrin təsir etmə gücünü artırır." Yeniyetmələr
üçün bunlar sevdiyi musiqi parçasını dinləmək və ya cinsi təcrübə ola bilər -
bu fakt nikotin və zövq arasındakı əlaqəni möhkəmləndirir.
İndiyə qədər Picciotto
nikotinin siçanların beyninə uzunmüddətli təsirini araşdırmışdır. Bu araşdırma
nikotinə məruz qalan yeniyetmələrdəki kimi siçanların da beyin hüceyrələrində
struktur dəyişikliklərinin olduğunu, məlumatların beyinə göndərilmə prosesini
dəyişdirdiyini göstərdi. Nikotinə məruz qalan bu siçanlar stresə qarşı daha
həssas oldular və digər siçanları qıcıqlandırmayan hallara çox həssas reaksiya
verdilər. Məsələn, ayağına zəif elektrik şoku verilən siçanlar reaksiya
göstərdilər, halbuki digər siçanlar şok olduqlarını belə bildirmirdilər.
İnsanlar üzərində olan araşdırmada da Picciotto oxşar davranışları müşahidə
etdi, doğuşdan əvvəl nikotinə məruz qalan uşaqlar stresə qarşı həddindən artıq
emosional reaksiya verirlər.
Picciotto bu
tapıntılarla nikotinə məruz qalan gənclərin beynində sonrakı dövrlərdə davranışa
mənfi təsir göstərən struktur dəyişikliklərinin ola biləcəyini göstərdi.
Həmçinin o, qeyd etdi ki, yetkin insanlarda nikotin təsirindən yaranan davranış
problemlərini anlamaq üçün daha çox araşdırma tələb olunur.
Nikotin elektron
siqaret mayelərindəki yeganə zərərli maddə deyil. ABŞ Xəstəliklərə Nəzarət və
Qarşısının Alınması Mərkəzi tərəfindən qeydə alınmış 64 elektron siqaret ilə
əlaqəli ölüm və demək olar
ki, 3000 elektron siqaret ilə əlaqədar xəstəxanaya yerləşdirmə hallarının çoxu,
E vitaminin kimyəvi bir formasını istifadə edən, xüsusi hazırlanmış və qanunsuz
olaraq yayılmış elektron siqaret mayeləri ilə əlaqədardır. E vitamini doymuş
yağlardan ibarətdir və Picciotto yağların ağciyərlərə zərər olduğunu bildirir.
Bu, elektron siqaret istifadə edən insanları xəstəxanaya getməyə məcbur edən
ağciyər xəstəliklərinin səbəbini izah edir. Lakin satılan mayelərdə də
Picciotonun dediyinə əsasən ağciyərlərə üçün uyğun olmayan polietilen glikol
kimi maddələr var. "Elektron siqaretin mayesinin tərkibi çox vacibdir."
Picciottoelektron
siqaret istehsal edən şirkətlərdən maddələrin tam siyahısını və bu maddələrin
faizlərini bütün qablaşdırmalara daxil etmələrini tələb edir. " Biz
supermarketdə aldığımız bütün yeməklərin etiketli olduğunu bilirik. Niyə biz
elekton siqaretin mayesindəki hər tərkib hissəsinin etiketlənməsini tələb
etməyək?"
O, nikotin
asılılığının yeniyetmələrə necə təsir etdiyini də nəzərə alaraq elekton siqaret
riskini aydın şəkildə göstərəcək ictimai səhiyyə kampaniyalarını dəstəkləyir.
Picciotto yetkin siqaret çəkənlər üçün elektron siqaretə keçməyin faydalı ola
biləcəyini etiraf edir. Ancaq elektron siqaret istifadə edən heç kim, xüsusən
də yeniyetmələr, "zərərsiz buxarla nəfəs aldıqlarına" inanmamalıdır.