Ürək xəstəlikləri üzrə amerika
assosiasiyasının saytında elektron siqaretlərin zərəri və onların
serebrovaskulyar xəstəliklərin əmələ gəlməsi riskinə təsiri ilə bağlı ilkin tədqiqatların
nəticələri dərc olunmuşdur.
Elektron siqaretlərin istifadə olunması 2019
cu ildə insult üzrə Beynəlxalq konfransda (International Stroke Conference 2019) Qomqoluluda,
serebrovaskulyar xəstəliklərin müalicəsinə və elmə həsr olunmuş tədqiqatmılar və
klinika mütəxəssisləri üçün ilk ümumdünya konfransında təqdim olunan ilkin tədqiqatlara
müvafiq olaraq artmışdır.
2016 cı
ildə ABŞ – da 3,2% yetkin
yaşlı insan və 11,3% orta
məktəblərin şagirdləri məlumat vermişdirlər ki, onlar 30 gün ərzində elektron
siqaret çəkmişdirlər. Bu o deməkdir ki, gənclər arasında elektron siqaret çəkmək
2011 ci ildən 2015 ci ilə qədər müddətdə 900 faiz artmışdır.
Bu gün elektron siqaretlərin insult riskinə təsir
göstərməsinin öyrənilməsinə həsr olunmuş tədqiqatda ABŞ – da yaşayan
400 000 respondentlərdən ibarət olan məlumat bazası mövcud olmuşdur.
Baza elektron siqaretlərdən mütəmadi olaraq
istifadə edən 66 795 insandan, eləcə də, heç bir zaman elektron siqaret çəkmədikləri haqqında məlumat verən
343 856 nəfərdən ibarət olan nəzarət qrupundan ibarətdir. Şansların əmsalları məntiqi
reqressiyalı təhlilin istifadə olunması ilə hesablanmışdır.
Tədqiqatçılar
aşkar etmişdirlər ki, o siqaret çəkməyənlər ilə müqayisədə elektron siqaret çəkən
insanlar müxtəlif xəstəliklərin riski ilə bağlı yüksək amillərə malik olmuş, məhz:
1 -
Insult riski 71 faiz çoxdur.
2 -
Ürək tutması halları və stenokardiya riski 59 faiz çoxdur.
3 -
Ürəyin işemiya xəstəliyinin inkişafı riski 40 faiz çoxdur
4 -
Tütünməmulatlarının
çəkilməsinə keçmək riskinin iki dəfə artması.
Onlar həmçinin aşkar etmişdirlər ki, elektron
siqaretlərin istifadəçilərinin 4,2 faizi insult keçirmişdir. Lakin
bütün bunlara baxmayaraq, bu tədqiqatlar elektron siqaretlərin istifadə
olunması ilə əlaqədar olan ölüm hallarını göstərməmişdirlər.
Elektron siqaretlərin zərərini əyani şəkildə
qiymətləndirmək üçün nəzərə almaq lazımdır ki, siqaret çəkənlərin qrupu
potensial olaraq daha sağlam insanlardan ibarət olmuşdur.
«Siqaret çəkməyənlərdən fərqli olaraq,
elektron siqaretlərin istifadəçiləri gənc olmuş, bədən çəkisinin daha aşağı
indeksinə və qanda şəkərin daha aşağı səviyyəsinə malik olmuşdurlar»,
— Viçitdə Kanzas Universiteti nəzdində Tibb məktəbində tibb fakültəsinin
dosenti və tədqiqatın müəllifi, tibb elmləri doktoru Pol M. Ndunda belə
demişdir.
İnsult üzrə beynəlxalq konfransda 2019 cu ildə
6 fevraldan 8 fevrala qədər Qonqoluda keçəcəkdir və burada tam tədqiqat işi təqdim
olunacaqdır.