Alimlər beynin metamfetamindən asılı olan
zaman dəyişikliklərə məruz qaldığını yaxşı bilirlər, lakin cinsiyyət
hormonlarının buna təsir göstərdiyini aydınlaşdırmaq üçün çoxlu sayda tədqiqatlar
aparılmışdır.
Yeni tədqiqatda alimlər siçovulların beyninin çox güman
ki, estrogenin vasitəsilə metamfetamin kimi narkotik maddələrə müxtəlif cür
reaksiya bildirdiyini aşkar etmişdirlər. Beləliklə, gələcəkdə bu asılılığın müalicəsi
kişilər və qadınlar üçün müxtəlif cür adaptasiya oluna bilər.
Metamfetamin,
həmçinin kristal met kimi məlum olub, beynin müxtəlif sahələrində, xüsusilə də,
ön beyin qabığı nahiyəsində fəallığı gücləndirir. Güclü stimulyator beyində
dofaminin partlayışı hesabına eyforiyaya səbəb olur, lakin preparatın təkrar təsiri
daha cüzi effekt (davamiyyət) göstərir, və buna görə də, beyninin tənzimləyici
mexanizmləri dofaminin təsir göstərdiyi hədəflərin sayını ixtisara salmışdır və
eyforiyaya nail olmaq üçün bu hormonun daha güclü partlayışı zəruridir.
Zamanla metamfetamindən
asılılıq beyində, xüsusilə qərarların qəbul olunmasına və təhsilə görə cavab
verən beynin ön qabığında neyronların tormozlanması və fəallaşması
arasındakı tarazlığı dəyişəcəkdir.
ABŞ – nın
Milli narkologiya İnstitutunun məlumatalrına əsasən metamfetaminin tətbiq
olunmasının qısamüddətli yan effektləri intellektual qabiliyyətin pozulması, yaddaşın pozulması, narahatlıq, eyforiya və depressiya kimi psixiki
pozğunluğa və
əhval – ruhiyyənin pozulmasına gətirib çıxarır. Uzunmüddətli nəticələr xroniki
yorğunluqdan, paranoyalı və ya sayıqlama təfəkküründən və dönməz psixoloji
travmalardan ibarət ola bilər. Yalnız ABŞ – da güclü asılılıq yaradan bu maddə
narkotik maddələr haqqında işlər üzrə 11 000 ölümün və saysız – hesabsız ölüm təhqiqatlarının səbəbi
olur. Bu maddəni istifadə edən şəxsdə asılılıq yaranan kimi o asılılıqdan xilas
olmaqda böyük çətinlik çəkir.
İndiki dövrdə bu asılılığın müalicə olunması üçün dərman preparatları mövcud
deyildir, lakin depressiyanın müalicə olunması və siqaret çəkmənin
dayandırılması üçün FDA tərəfindən bəyənilmiş antidepressiantın – bupropionun
(velbutrinin, zibanın) – metamfetamin preparatından asılılıq ilə mübarizədə
effektiv olması ilə bağlı faktlar mövcuddur. Buna analoji olaraq adətən alkoqolizmdən
müalicə olunmaq üçün istifadə olunan dərman preparatı – naltrekson, məhz
Metamfetamin preparatından asılılığın müalicə perspektivlərinə səbəb ola bilər.
Cənubi
Karolina Tibb Universitetinin tədqiqatçıları tərəfindən aparılan yeni tədqiqat
amfetamin asılılığının müalicəsində cinsi fərqlərin mövcud olduğunu təxmin
edir. Neyrobiologiya üzrə dosent Antonieta Lavinin başçılığı altında fəaliyyət
göstərən tədqiqat qrupu Metamfetamin preparatından asılı olan siçovulların
dişi və erkək fərdlərinin prefrontal kortikal sahələrini öyrənmişdir. Tədqiqatçılar
bu nahiyədə sinaptik reaksiyaların həm Metamfetamin preparatından
asılı olan, həm də addiksiyasız erkək və dişi heyvanlarda fərqləndiyini aşkar
etmişdirlər və bu fakt da tədqiqatçıların təəəccübünə səbəb olmuşdur.
Xüsusilə də,
siçovulların dişi fərdləri erkəklərdən fərqli olaraq dinc halda daha
aşağı fəallığa malik olmuş, daha sonra isə Metamfetamin preparatının
qəbul olunmasından sonra beyninin sinaptik fəallığının daha süərtlə artmasını
hiss etmişdirlər. Bu cür fəallığın ardınca narkotik maddənin təsiri bitən kimi
güclü passivlik gəlirdi, deyə müəlliflər eNeuro jurnalında yazırlar
(http://dx.doi.org/10.1523/ENEURO.0401-18.2018).
Cinsi
hormonlar müşahidə olunan sinaptik fərqə görə cavadeh ola bilərlər – və bu
insanlara da aid ola bilər. əgər bu təsdiq olunsa, o zaman narkomanlığın müalicəsi
cinsdən asılı olaraq variasiya edəcəkdir.
«Daha sonta,
mən Metamfetamin maddəsindən asılılığın
qadınlarda menustruasiya dövrünün müxtəlif mərhələlərində necə dəyişdiyini öyrənmək
istərdim», — Lavin
deyir. «Bu anlam psixoaktiv maddələrin istifadə olunmasından əziyyət çəkən
qadınların müalicəsini yaxşılaşdırmaqda bizə kömək edə bilər».