Məhz o, bizə soyuq kosmosda donmağa imkan vermir və bu ulduzun bilavasitə
iştirakı ilə bizim planetimizdə orqanik həyat mümkün olmuşdur.
Lakin, diamerti 1,4 milyon kilometlər təşkil edən nəhəng
plazmalı Günəş kürənin
qonşuluğunda yaşamaq həddən artıq təhlükəli ola bilər. Axı bu kürədə bütün bəşəriyyət
üçün əhəmiyyətli təhlükə yaradan proseslər periodik olaraq baş verə bilər.
Bu yaxınlarda alimlər М1.9 dərəcəli güclü partlayışı qeydə almağa
müyəssər olmuşdurlar. Bu hadisənin kifayət qədər güclü olmasına baxmayaraq, o
plazmanın kosmik məkana atılması ilə müşayiət olunmamışdır, buna görə də, bizim
üçün heç bir təhlükə kəsb etmir. Doğrusu, bu partlayış bir o qədər də güclü
olmamışdır və ona görə maraq kəsb etmişdir ki, ondan sonra Günəşin səthində
ilanı xatırladan maraqlı formalı günəş tacı dəliyi əmələ gəlmişdir.
Ümumiyyətlə, insalara günəş tacı kütləsinin atılması və günəş partlayışı anlayışını birləşdirmək xasdır, lakin, bu hadisələr təmamilə müxtəlifdir. Alimlər hələ ki, bir hadisənin digəri ilə əlaqəsini bütünlüklə sübuta yetirməyə və ya onu inkar etməyə nail olmamışdırlar, lakin əksər hallrda partlayışlar günəş tacı kütlələrini tullamadan baş verir, həmçinin də, bu tullantılar da öz növbəsində, hər zaman günəş partlayışları ilə müşayiət olunmur. Onlar bəzən eyni zamanda baş verirlər və bu da mütəxəssislərə bütün bunların eyni prosesin nəticəsi olduğunu güman etməyə əsas verir, lakin hələ ki, bu istiqamətdə işlər aparılır və hələ ki, yüz faizlik əminlik ilə nəyisə təsdiq etmək çox tezdir. Bütün bunlar ilə yanaşı, nəinki, bir qayda olaraq, bəzən kifayət qədər güclü elektromaqnit şüalanması ilə məhdudlaşan partlayışlar, eləcə də, günəş tacı kütləsinin tullayışlarının səbəb olduğu və həqiqətən də, insana ciddi ziyan vuran geomaqnit dalğaları sizinlə bizim üçün bilavasitə təhlükə yaradır.
Məhz, günəş küləyinin planetin maqnit sahəsinə təsirini modelləşdirərək bu qasırğaları tez – tez televizorda göstərirlər. Doğrudur, alimlər indiyə kimi bu təsir mexanizmini öyrənsələr də, məhz, bu proseslər bəzi insanların sağlamlığına mənfi təsir göstərirlər. Geomaqnit qasırğaları zamanı istehsalatda və ya televizorda travma almaq səviyyəsinin əhəmiyyətli şəkildə artması faktı da öz izahını tapmamışdır. Lakin, geomaqnit qasırğaları elektronika üçün əsl təhlükə yaradır. Məsələn, 1859 cu ildə müşahidələr tarixində güclü qasırğanın baş verməsi zamanı bütün Avropada və ABŞ – da teleqraf rabitəsində sıradan çıxma halalrı baş vermişdir. Yeri gəlmişkən, bu qasırğa həqiqətən də, heç bir çərçivəyə sığmamışdır, çünki eyni qütb parlaqlığı subtropiklərdə, msəələn Baham adalarında müşahidə olunmuşdur.
Bəzi yerlərdə bu hadisələr o qədər parlaq olmuşdur ki, bəzi insanlar səhərin açıldığını düşünmüşdürlər. Günəş plazmasının axınları nəinki adətən baş verdiyi qütb rayonlarında, eləcə də, dünyanın digər hissələrində atmosferə daxil olmuşdur. Bu cür hadisələr hal – hazırda təkrarlansa, o zaman biz zəmanətli qaydada orbitdə uçan digər aparatlardan və rabitə peyklərindən kənarda qalmalıdır. Bəli, biz bu maşınları kənarda təsirə məruz qalmaları hesabı ilə yaradırıq, lakin hər şeyi nəzərə almaq mümkün deyildir. Belə ki, çox güclü partlayış minlərlə peykləri kosmik tullantıya çevirə bilər. Planetin özündə də elektronikanın yerili – yerində sıradan çıxması halları müşahidə oluna bilər ki, bu da öz növbəsində, sivilizasiya üçün ciddi nəticələr yaradacaqdır. Beləliklə, Günəş nəinki bizi qızdırır, həmçinin də, bizi öldürə bilər.