Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi almaq üçün hətta yaşları çatmır. Lakin bu o demək deyil ki, onlar sərvət qazanmaq üçün bir az da olsa müdrik təkliflər edə bilməzlər.
1. Ashley Qualls, 14
Uğurlu fikir: Sosial Şəbəkə / Dizayn
Wharlife.com saytını istifadəyə verərkən Ashley Qualls sosial şəbəkə saytının dizaynı və qrafikasını yaratıb və MySpace-ə pulsuz sxemlər təklif etməklə bazar qabiliyyətini genişləndirib. O, hətta öz hesabına qrafik dizayn mütəxəssisi olmaq arzusu olan başqa insanlara onlayn dərslər də təklif etmişdir.
Qualls öz veb saytında, fəlsəfəsinin böyük sahibkarlar da daxil olmaqla aydın bir şəkildə "hər kəs üçün məlumatlar və əyləncəli şeylər" təqdim etmək olduğunu söyləyir. 2006-cı ildə Qualls, saytı üçün 1.5 milyon dollarlıq bir təklifi rədd etdi - 7 milyondan artıq istifadəçini xoşbəxt edən bir iş qərarı.
2. Ketrin Kuk, 18 yaş
İş fikri: Rəqəmsal İlliklər.
Dünyada 3 milyondan çox üzvü olan Ketrin Kukun MyYearbook.com saytı ürəkdən və yaxşı bir səbəbdən ötürü qurulmuş sosial şəbəkədir.
Kukun məqsədi yeniyetmələrin kiberhücumdan qorxmadan daxil ola və qoşula biləcəyi bir yer yaratmaq idi. İstifadəçilər "tıklamadan əvvəl düşünmək" və hədəfləndikləri halda necə cavab verəcəklərini öyrənmək üçün bir müqavilə imzalayırlar.
Saytın populyarlığı çox sürətli şəkildə artmışdır, hal-hazırda ən böyük üçüncü onlayn sosial şəbəkə saytıdır. Və həm də olduqca gəlirlidir. 2006-cı ilə qədər MyYearbook sayta sərmayə qoyan vençur kapitalistlərindən 4 milyon dollardan çox pul yığmışdı.
Kukun işgüzar məsləhətləri şəfqətin, səmimiyyətin və müsbət dəstəyin əks-sədalarıdır. 2006-cı ildə verdiyi bir reportajda Kuk, ona verilən ən yaxşı məsləhətin "heç vaxt təslim olmamaq" olduğunu söyləmişdir.
Kuk dedi, "Bəzən məktəb tapşırıqlarım və digər məsuliyyətlərimlə birlikdə saytla məşğul olmaq həqiqətən çətin idi. Kiminsə sizə dəstək olaraq “Üstəsindən gələ biləcəksən” deməsi kömək edir."
3. Cameron Johnson, 23
Uğurlu fikir: Onlayn dizayn
Təşəbbüs böcəyi Cameronu həyatının erkən çağında dişləyib. 9 yaşında Photoshop istifadə etməklə evdə təbrik kartları hazırlayaraq ilk işinə başladı. 15 yaşında o, ayda 400.000 dollar qazanırdı. 19 yaşında o bir veb saytı altı rəqəmli qiymətə satdı. Johnson hələ də veb dizayn təcrübəsini artırmağa və yüksək miqdarda sərvət axınını təmin etməyə davam edir.
Böyük uğurlarına baxmayaraq, Johnson həyatda kiçik sərvətlər əldə etməkdən daha çox şeylərin olduğunu deyir. Johnson bloqunda həyat balansının vacibliyi haqqında danışır. O deyir, "İnanın ya da inanmayın, hər gün işinizdən kənar özünüzə vaxt ayırmaq, bu işə sərf etdiyiniz saatların məhsuldarlığını artırmağın ən yaxşı üsullarından biri ola bilər."