İnsan rüşeyminin genetik sisteminin gələcəyinin necə olması ilə bağlı alimlərin fikirləri iki cəbhəyə bölündü. Science jurnalı ilə bağlı şərhlərdə bir neçə aparıcı alimlər irsi genomun qaydaya salınması ilə bağlı qlobal moratoriumun həyata keçirilməsinə dəvət etmişdirlər.
Bu qeyri – daimi qadağa deyil, “müəyyən şərtlərə riayət olunmaması” zamanı hamiləliyə səbəb olan rüşeymə müdaxiləyə yol verməmək üçün beynəlxalq razılaşma da ola bilərdi.
Bu təklif qətiyyətlə
ABŞ Milli səhiyyə institutunun direktoru S. Frensis Kollinz tərəfindən dəstəklənmişdir.
Çin alimi Xe
Szenkuyun eksperimentindən sonrakı etirazlar moratorium üçün motivasiya olmuş,
və bunun nəticəsində iki uşağın rüşeymində dəyişiklik aparılmışdır. Nəticədə məlum olmuşdur ki, bəzi qərb alimləri onun
işindən xəbərdar idilər və hətta onunla əməkdaşlıq belə edirdilər.
CRISPR, genlərin dəyişdirilməsi texnikasının ixtiraçılarından biri, Kaliforniya Universitetindən olan Cennifer Dudna STAT verdiyi müsahibəsində qeyd etdi ki, o ciddi tənzimləmə ideyasını dəstəkləyir, və bu ideya elmi, etik və ictimai məsələlərin həll olunmasına qədər rüşeymlərdə dəyişikliyin aparılması imkanını istisna edir.
Nəzərə çarpan
digər məsələlərdən biri də moratoriuma çağırış baxımından bir sıra görkəmli
alimlərin adının yoxluğudur.
Kaliforniya
texnoloji institutundan olan, Harvard Tibb məktəbinin dekanı, Nobel mükafatı
laureatı Devid Baltimor və Harvard bioloqu Corc Çerç moratoium istəmirlər.
Onlar belə
hesab edirlər ki, bu moratoriumun nə qədər davam edəcəyi və onun ləğv olunması
üçün kimin səlahiyyətlərə malik olacağı aydın deyildir.
Əslində,
moratorium təklif edən alimlər heç bir halda rsşeymlərin dəyişdirilməsi
etikasının fundamental məsələsinə qarşı münasibətdə qətiyyətli olmamışdırlar.
Lakin bütün bunlara baxmayaraq, onlar açıq – aşkar
şəkildə meydana çıxa bilən bir sıra etik problemləri sadalayırlar.
1 - Genetik fərqlərə malik olan insanlar stiqmatizasiya və
diskriminasiyanı hiss edə bilərlər.
2 - Digər valideynlər və uşaqların vəziyyətini yaxşılaşdırmağı təklif
edən bazarın tərəfindən bu valideynlərə göstərilən təzyiq.
3 - Texnologiyaya qeyri – bərabər çıxış insanlar arasındakı qeyri –
bərabərliyi daha da artıra bilər.
4 - Bəşəriyyət hətta genetik təkmilləşməni yarım növlərə də bölə
bilər.
Bütün
bunlardan savayı, genetik modifikasiyaların gələcək nəsillərə qarşı tətbiqi
insan növünə daimi və mümkün qədər zərərli təsir göstərə bilər. Bu mutasiyalar
genefonddan kənarlaşdırıla bilməz və yalnız bunun üçün nəsildən – nəslə
mutasiyanı ötürməmək məqsədilə bütün qadınlar uşaq dünyaya gətirməkdən
imtina etməlidirlər.
“Insan
rüşeyminin istənilən klinik şəraitdə dəyişdirilməsi” ilə bağlı hökumətlər tərəfindən təklif
olunmuş moratorium beş ilə qədər davam etmişdir. Bundan sonra ictimaiyyətin
fikrinin sonuncu rol oynamadığı və müəyyən olunan şərtlərin təmin olunması şərtilə
klinik tətbiqlərə icazə verilə bilər.