Bu gün qardan və buz lüləsindən zəhərlənmə riski haqqında danışaq.
Əgər qarla buz lülələrini gəmirsəniz, o zaman bu
sağlamlıq üçün təhlükəli ola bilər, çünki, bu zaman müxtəlif zəhərlənmə
hallarının inkişafı ilə bağlı böyük ehtimal mövcuddur, və iltihab
xəstəliklərinin yaranması da mümkündür. Buna görə də, RİA Xəbərlər tərəfindən
sorğu – sual olunan həkimlər belə hesab edirlər ki, ekoloji baxımdan təmiz
rayonda bu cür eksperimentlər etmək lazım deyil.
Əgər söhbət şəhərdən gedirsə, bu əlbəttə ki,
zərərlidir. Maşınlardan xaric olunan hisi, çirki, torpağı, və qışın palçıqlı
olması nəticəsində qarın hər zaman torpaqla qarışmasını nəzərə almaq lazımdır.
Uşağa ziyan vuran müxtəlif zəhərlənmələr və bağırsaq qurdlarının invaziyaları
baş verə bilər. Bu zaman uşaqda bağırsağın müəyyən funksional pozuntu halları
da mümkündür.
Qar və buz lülələrinin yeyilməsindən sonra iltihab
xəstəliklərinin inkişaf etməsi də mümkündür, lakin nadir hallarda olsa da,
uşağın sağlamlığının fərdi xüsusiyyətləri də böyük rol oynayır.
Buna görə də, hətta təmiz qarı və o qardan
alinan su belə yeməkdən və
içməkdən imtina etmək lazımdır, çünki, bu qarın tərkibində gözlə görünməyən
zərərli qarışıqlar ola bilər.