Kosmos

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

kosmik səyahətə

Arzusunda olan hər kəsi kosmik səyahətə göndərməyə hazır olan 10 şirkətlər haqqında bu günki məqalə

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür, onlar yüz min dollarlara başa gəlir, lakin hadisənin ekskluzivliyini düşünsək qiymətləri  əsaslandırmaq olar. Bu gün kosmosa turistik uçuşları təşkil etmək istiqamətində işlər görən bir sıra şirkətlər mövcuddur, bəlkə  beş ildən sonra insanlar yay tətilini orada keçirə biləcəklər.


10. Vircin Qalaktik

 

Vircin Qalaktik



Britaniyalı milyarder Riçard Brenson eyni zamanda həm təşkilatçı ,həm də xəyalpərəstdir. O insanların hələ aşmadıqları ,lakin onun inkişafı üçün aşılması vacib olan sərhədləri genişləndirməyi arzulayır. Onun şirkəti “Virgin Qalaktik” suborbital uçuş ideyaları ilə hələ 2004-cü ildə maraqlanıb. Hələ ki, bu cür səyahət 200.000 dolara mümkündür. Belə deyirlər ki, Eşton Kaçur, Anjelina Joli və Tom Xenks kimi məhşurlar artıq yaxın kosmik uçuşlarda özlərinə yerlər ayırıblar. Təəssüflər olsun ki, 2014-cü ilin oktyabrında  Speys ŞipTu şirkətinin cihazlarından biri Kaliforniyada qəzaya məruz qalıb. Ekipaj kapitanının köməkçisi vəfat etmişdir, lakin pilot xəsarət almışdır.

9. XCOR Aerospace

 

XCOR Aerospace


XCOR Aerospace
- bu 1999-cu ildə kosmik mühəndis Cef Qrisson tərəfindən əsası qoyulmuş amerika şirkətidir. Əsas məqsəd – ödəniş edə bilənlər üçün kosmik səyahətləri əlverişli etməkdir.Şirkət  pilot və sərnişinləri 100km yüksəkliyə çatdıra bilən öz LYNX cihazını yaradıb. Şirkət pilot və sərnişinləri 100km hündürlüyə qaldıra bilən öz Lynx cihazını yaratdı. İlk uçuş 2008-ci ildə elan olunmuşdu, lakin sonra tarix 2012-ci ilə, indi isə 2015-ci ilə keçirildi. Ola bilər ki, bu il şirkət planının həyata keçirə bilər. Biletlər 95000 dollara başa gələcək, bu qiymət hələ 2012-ci il üçün nəzərdə tutulmuşdur.

8. Exos Aerospace

 

Exos Aerospace


Exos Aerospace
 - kosmosa uçuş xidmətləri bazarında yeni idi. O 2014-cü ildə yaradılıb  və sərnişinlərin kosmosa daşınmasını reallaşdırmaq üçün təkrar istifadə edilə bilən gəmilərin hazırlanmasını özünün əsas  tapşırığı hesab edir .Şirkətin cavan olmasına baxmayaraq, işçilərin böyük əksəriyyəti başqa firmalardan gəliblər, məsələn, təkrar istifadə edilən gəmilərin hazırlanması ilə məşğul olan Armadillo Aerospace şirkətindən. Onun STİG cihazı 2013-cü ildə təcrübədən keçib, lakin maliyyələşdirilmə çətinliklərinə görə şirkət layihəsini dondurmuşdur.

7. SpaceX

 

SpaceX


Space X şirkəti kosmik səyahətlər bazarında məşhurdur və yaxşı nüfuz qazanmışdı. O Paypalın fikir generatoru və Tesla motorsun banisi olan dahi Elon Mask tərəfindən yaradılıb. Bu insan çərçivə və məhdudiyyət görmür, əgər o hədəf görürüsə o zaman ona doğru gedir. İndi onun şirkəti kosmosa uçuşun qiymətini endirmək və Marsın müstəmləkəçiliyi məsəslələri ilə məşğul olur. Onlar Googldan öz proqramları üçün 1 milliyard dollar almışdılar. Bu cür əməkdaşlıqdan nəsə möhtəşəm bir şey alınmalıdır. 30 iyun 2020 ilde Space X birinci pilotlu uçuşunu çox uğurla həyata keçiridi.


6. Excalibur Almaz

 

Excalibur Almaz


Excalibur Almaz
-  bu kosmik şirkət 2006-cı ildə yaradılıb.  Bu Men adasında yerləşir, onun qərargahı isə -Xyüstonda, Texas ştatında yerləşir.Əsas məqsədi – artıq mövcud olan gəmilərdə kosmik daşınmaların təşkilidir. Bu şirkəti digərlərindən təkrar istifadə edilən cihazların istifadəsi sahəsində ABŞ, Rusiya və Avropanın kosmik uçuşlarını həyata keçirən mövcud texnalogiyaların inteqrasiyası ayırır. Şirkət uyğun kapsulu yaradır və 2-3 ildən sonra öz uçuşunu həyata keçirəcək.

5. Space Adventures

 

Space Adventures


Space Adventures
 şirkətinin hesabına tezliklə insanlar “Ulduzların savaşı” və “Qalaktika mühafizəçiləri” qəhrəmanları kimi interqalaktik uçuşlar edə biləcəklər. Şirkət 1998-ci ildə yaranıb və kosmik turizm bazarında liderlərdən biri hesab edilir.O etibarlı avadanlıqlardan istifadə edir və öz nümayəndələrini kosmosa göndərərək  peşəkar astronavtlar ilə işləyir. Şirkət müştərilərinin 3ay müddətində kosmosda qalması  və təxminən 5 million kilometr məsafə uçmağı ilə fəxr edir.

4. Orbital Technologies

 

Orbital Technologies


Adətən insanlar kosmik səyahətləri düşünərkən ilk növbədə NASA-nı xatırlayırlar. Yeri gəlmişkən, NASA kosmik texnalogiyalar sahəsində çoxlu sayda müxtəlif şirkətlərlə əməkdaşlıq edir. Onlardan biri 1988-ci ildə Syerra, Nevadada yaradılmış Orbital Technologies-dir. Şirkət kosmik tədqiqatlarda lider hesab olunur. Bu gün o öz layihələrinə 150 million dollar alıb və hökümət ilə birlikdə yeni texnalogiyalar üzərində  işləyir.

3. World View Enterprises

 

World View Enterprises


Bəzən hər kəsin öz həyatını, dünyagörüşünü dəyişməyə ehtiyacı var. WorldViewEnterprises şirkəti turistləri kosmosa apara biləcək  xüsusi konstruksiyalı hava şarlarını təqdim edərək öz müştərilərinə məhz bu fürsəti verir. Bu inanılmaz yüksəklikdən bizim planeti –sərhəsdiz görmək - onun nəhəngliyi və gözəlliyi ilə həzz almaq olar. 
2. Orbital Sciences

 

Orbital Sciences


Orbital Sciences
- kosmik səyahətlər sahəsinin inkişafına öz töhfəsini verən daha bir şirkədir. O mülki və hərbi sərnişinlərin  daşınması üçün kiçik və orta kosmik raketlərin hazırlanması və buraxılması üzrə ixtisaslaşıb. Keçən il şirkət Alliant Techsystems ilə birləşdi və yeni Orbital ATK Inc yaratdı.

1. Blue Origin LLC

 

Blue Origin LLC


İndi Amazon şirkətinin yaradıcısı ,müştərilərə paketlərin çatdırılması üçün yaxın gələcəkdə dronlardan istifadə etmək fikrində olan  Cef Bezos haqqında danışmaq vaxtıdır. Kosmik turizmi reallığa çevirən və biletlərin qiymətlərini endirən  texnalogiyaların hazırlanması ilə məşğul olan Blue Origin LLC şirkəti ona məxsusdur.

Axırıncı

Nə üçün su yanmır?

Nə üçün su yanmır

Bir qism əşyaları güclü şəkildə qızdıran zaman onlar alışır. Digərləri isə hətta zəid qızma zamanı da yanır. Ümumiyyətlə,

Coronavirus triviası

Coronavirus triviası

2019- 20 koronavirus pandemiyası, 2019-cu ildə koronavirus xəstəliyi ilə əlaqəli hələ də davam edən beynəlxalq sağlamlıq vəziyyətidir.

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

dəvələr haqqında Dəvələrin iki növü var

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

kosmik səyahətə

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr

Güclü qalmaq üçün tövsiyələr  Emosional

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Gənc sahibkarların biznes təcrübələri

Amerikanın ən gənc sahibkarların təcrübələriylə tanış olun.

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

Tarixin ən böyük moda sahibkarları

Tarixin ən böyük moda sahibkarları Ralf Lauren Phil Knight Levi Strauss

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

ufo