1. Sitpack Zen X: kompakt daşıyıcı stul
Həyatda həmişə elə anlar
olur ki, insan ayaqlarına dinclik vermək istəyir, lakin əyləşməyə yer
tapmır. Ekuskursiyalarda şəhərin tarixi abidələrinə bax anda,
dayanacaqda nəqliyyatı gözləyən zaman, səyahətlər zamanı və ya
sadəcə olaraq uzun – uzadı gəzintilər zamanı praktiki
olaraq skamyalar tapmaq qeyri–mümkündür – onlar ya ümumiyyətlə yoxdur
ya da məşğuldur. Danimarka şirkəti olan Sitpack qatlama stulu bu
tapşırığı asanlıqla həll edir. O sürətlə açılır, və 136
kq çəkidə insanı saxlayır, teleskopik ayaq isə stulu istənilən
hündürlükdə quraşdırmağa icazə verir. Bu stulu özünüzlə hər
yerə apara bilərsiniz – bu dünyada ən yığcam modeldir və onu çantada
və ya rüksakda asanlıqla yerdəyişmək mümkün olur. O müasir şəkildə uzunluğu
16.8 sm və diametri 6.7 sm təşkil edən oval boru kimi görünür. SitpackZen
X çox möhkəmdir və hər zaman onunla fərqlənir.
Alüminium modelin çəkisi 555 qram, karbondan hazırlanan modelin çəkisi isə – 455 qram təşkil edir.
2.
SwingShelfSmartLiving: transformasiya olunan masa-stellaj
Evi mebellə elə təchiz
etmək lazımdır ki, rahat şərait yaransın və bu zaman xüsusilə kiçik
sahəli mənzillərdə boş yeri yaratmaq çətin olur. Bu cür mürəkkəb
predmetlərdən biri də - nahar masasıdır. Bu lazımi mebel predmeti olsa da,
o otaqda daha çox yer tutur. Qatlanan modellər bu məsələni yalnız qismən həll
edir – bu zaman daima masanı açıb – qatlamağa vaxt sərf
etmək lazımdır. Daha sonra masanı yenidən götürmək və açmaq gərəkdir.
Smart Living alman şirkətinin Swing Shelf konstruksiyasi bu cür qüsurlara
malik deyildir. Əlin bir hərəkəti ilə nahar masası rəfli
stellaja çevrilir və onu sıx çarxlar vasitəsilə divara tərəf
yüngülcə itələmək lazımdır. Ən maraqlı fakt budur ki,
transformasiya üçün masadan heç nəyi yığışdırmaq lazım deyildir,
konstruksiya elementləri rəflər şəklində qurularaq öz üfüqi müstəviliyini
dəyişmzə şəkildə qoruyub saxlayır. Vaxta və yerə qənaət
edən praktik kəşf daha heyrətamizdir.
3. All-in-One
Wireless Automatic Car Tent: tent, çadır və çimərlik çətiri
Avtomobil nəinki
hərəkət vasitəsidir, eləcə də, kişilərin daima təmizlədikləri və qoruduqları sevimli
“oyuncağıdır”. Lanmodo amerika şirkəti maşınların xarici
amillərdən müdafiə olunması üçün öz funksionallığına görə gözəl
qurğu – All-in-One Wireless Automatic Car Tent avtomatik
avtomobil tentini təqdim edir. O, səthdə batıq qoymayan sovurucu alətin
vasitəsilə maşının damına bərkidilir və uzaq məsafədən idarəetmə pultunda
düymənin bir dəfə basılması ilə çətir kimi açılır və qatlanır. Tent
xüsusi konstruksiyası sayəsində nəinki yağışdan, qardan və digər
iqlim amillərindən, eləcə də, yuxarıdan düşən predmetlərdən: budaqlardan,
kərpiclərdən müdafiə edir. Fəal istirahətə üstünlük verən və əksər
hallarda təbiətə səyahətə çıxan avtomobil sahibləri tenti xüsusilə yüksək
qiymətləndirirlər. Zəruri hallarda o, bir neçə əlavə elementlərin köməyi
ilə geniş çadıra və çimərlik çətirinə asanlqla
transformasiya olunur.
4. ModobagSuitcaseScooter: çemodan-skuter
Müasir sənaye
maksimal olaraq rahat səyahət etməyə icazə verən çoxlu
sayda çantaları və çemodanları təklif edir. Aksessuarlar təkərlər və teleskopik dəstəklər,
elektrik doldurma cihazları, GPS-trekerlər и даvə hətta baqajın çəkisinə nəzarət üçün
tərəzilər ilə təchiz olunur. Lakin, yenə də yüklə piyada
getmək lazım gəlir və növbəti reysə gecikməmək üçün qaçmaq lazım
gəldikdə bu yük sizə mane olacaqdır. Lakin Modobag Suitcase
Scooter çemodan – skuter öz sahibini asanlıqla
daşıyacaqdır. O teleskopik sükanla, ayaqlar üçün altlıqla, sürəti tənzimləyən
düymə və tormoz sistemi ilə təchiz olunmuşdur. Bir batareyanın
köməyi ilə çemodan 10 km qədər məsafəni qət etməyə qadirdir.
Çemodan-skuteri çikaqo sahibkarı və səhahətçi KevinO’Donnell. O hava limanında öz uşaqlarını çemodanda aparan zaman bu ideya onun ağlına gəlmişdir. Kevin bizim baqajın üstündə hərəkət etməsi vəzinə nə üçün öz baqajımızı daşımağımıza təəcccüb etmişdir. Axı bu cür daha rahat və sürətlidir. O öz fikrini dostu – motosiklçi Boyd Bruner ilə bölüşmüdür və onlar birlikdə motorlu çemodanı işləyib hazırlamışdırlar.
5. Beam-It-Up: tavan altında saxlama sistemi
Əşyaların
saxlanması məsələsi hər bir ev üçün aktualdır. Əgər sahə böyükdürsə bu
yaxşıdır və dolab və ya stellaj üçün yerin ayrılması üçün
heç bir problem yoxdur, lakin əgər otaqda yer azdırsa, nə etmək
lazımdır?
Danimarkanın
CF Møller Architects memarlıq şirkəti Beam-It-Up yenilikçi konsepsiyanı işləyib
hazırlamışdır və o tava altında əşyaların saxlanmasını nəzərdə tutur.
Sistem asma
modullu stallajlardan ibarət olub, iki paralel divarlar ilə istənilən
kiçik məkana daxil olur.
Bu, dar otaqlar, məsələn, dəhlizlər üçün əla qərardır.
Yüngülcə basma
zamanı modul aşağı düşür və eləcə də, yüngülcə qalxır,
və əşyaların rəflərdən başa səpələnməməsi üçün onlar neylon torla
bağlanır.
6. Sweepovac: quraşdırılmış mətbəx tozsovuranı
Bu gün
insanın həyatını asanlaşdıran çoxsaylı qurğular düşünülmüş,
lakin ixtiraçılar bununla kifayətlənməyi düşünmürlər. Daima yeni
ideyalar meydana çıxır və yeni startaplar işə salınır.
Bir çox layihələr artıq öz funksionallığını təsdiq etmiş və layihələr
istehsala buraxılmışdır.
Mətbəx
– xörəyin hazırlanması zamanı əmələ gəlmiş qida
qalıqlarını və digər zibili yığışdıraraq daima təmiz
saxlanması tələb olunan yerdir.
Bunun çox
xırda, diqqət tələb etməyən məsələ olduğunu düşünsək də,
tez – tez əlimizə süpürgə və həkəndaz
almalı oluruq.
Lakin, bu da
vaxt itkisidir və həmçinin süpürən zaman əyilmək lazım gəlir və belimiz
qatlanır. Quraşdırılmış Sweepovac mətbəx tozsovuranı həkəndaz
olmadan iş görməyə icazə verir və kifayət qədər az yer
tutur.
O, mətbəx
dolabının aşağı hissəsində montaj olunur və praktiki olaraq nəzərə çarpmır.
Ondan istifadə etmək çox
asandır – fırçanın köməyi ilə zibili tozsovurana yığışdırır və ayaqla
düyməyə basmaqla tozsovuranı işə salırlar.
Tozsovurana əlçatmayan
yerlərin təmizlənməsi üçün şlanqı qoşmaq mümkündür. Bu, zibilin
yığılmasını əhəmiyyətli şəkildə asanlaşdıran çox münasib qərardır.