Qar, yağış, temperatur və küləyin sürəti haqqında oxuyun,
şimşək, tornado və siklonlar haqqında daha çox məlumat əldə edin. Hava və iqlim
haqqında bəzi maraqlı faktlar üçün oxumağa davam edin.
- Antarktidada indiyə qədər ən yüksək temperatur 5 Yanvar,
1974-cü ildə qeydə alınıb. 14,6°C (59°F).
- 24 saat ərzində indiyə qədər qeydə alınan ən çox yağan
yağış 182.5 santimetr (71.9 düym)-dir. 8 yanvar 1966-cı il Denise tropik
siklonu zamanı La Réunion'un Foc-Foc bölgəsinə yağmışdır.
- Bir il ərzində ən çox yağış Hindistanın Çerrapunji bölgəsinə
yağıb. 25.4 metr (1000 düym)
- Bir il ərzində indiyə qədər qeydə alınan ən hündür qar təbəqəsi
19 fevral 1971-ci il və 18 fevral 1972-ci il arasında Amerika Birləşmiş
Ştatları, Vaşinqton əyaləti, Mount Rainier-də 31,1 metr (1224 düym) olmuşdur.
- İndiyə qədər qeydə alınan ən yüksək sürətli küləyin sürəti
saatda 484 ± 32 km (301 ± 20 mil)-dir. Bu, 3 May 1999 tarixində Oklahoma şəhərində
Doppler on Wheels (DOW) tərəfindən qeydə alınan üç saniyəlik bir külək idi.
- İndiyə qədər qeydə alınan ən ağır dolu, 1 kq (2.25 funt)
ağırlığındadır və bu dolu 14 aprel 1986-cı ildə Banqladeşin Gopalganj bölgəsinə
düşüb.
- Buludların cumulus, stratus və sirr olaraq bir sıra müxtəlif
növləri var.
- Hər il Yer kürəsində milyonlarla ildırım fırtınaları
meydana gəlir və bunun nəticəsində atmosferdən temperturu 54,000 ° F
(30,000 ° C) və sürəti 60.000 m / s (130,000 mph) çata biləcək inanılmaz
elektrik enerjisini ayrılır.
- ABŞ-da dünyada başqa hər bir ölkədən daha çox tornado baş
verir. Orta hesabla ildə 1200-ə yaxın tornado baş verir. Bu, əsasən
ABŞ-ın mərkəzində "Tornado Xiyabanı" adlanan ərazini meydana gətirən
özünəməxsus coğrafiya ilə əlaqədardır. Xüsusilə bu ərazidə tez-tez tornadolar
baş verir.
- Tropik siklonlar (çox vaxt qasırğa və ya tufanlar olaraq
bilinir) güclü külək, leysan, fırtınalı dənizlər və aşağı atmosfer təzyiqi olan
ərazilər ilə xarakterizə olunur. Onlar tez-tez dünyanın tropik bölgələrində əmələ
gəlir və yaşayış ərazilərinə ciddi ziyan vurur. Buna misal olaraq 1970-ci il
Bhol Siklonu, 1975-ci ildə Çində baş verən Nina tayfunu və ən son 2005-ci ildə
ABŞ-ın cənubunda baş verən Katrina qasırğası böyük tələfat və həyat itkilərinə
səbəb oldu.
Hava haqqında faktlar