Irena Sendler -
Varşava qettosuynan ayrılmaz bir əlaqəsi olan əfsanəvi şəxsdən olacaq bu günki
məqaləməziz.
İrena Sendlerin
hekayəsini təsvir etmək üçün lazım olan xüsusiyyətlər tərslik, cəsarət və
fədakarlıqdır. Sözün əsl mənasında böyük persona şəxsiyyət
İrena Sendler “Ağ Qartal” ordenini alıb və Nobel Sülh Mükafatı üçün 2 dəfə
namizəd olub. Sendlerin 2-ci dünya müharibəsində etdikləri, bəşər tarixinin
qaranlıq dövrünü işıqlandıran çoxsaylı hadisələrdən biri idi.
1 Sentyabr 1939-cu ilin
səhərində Luftwaffe bombardmançılarının və qırıcılarının səsləri Polşa səmasını
bürüdü və Alman qoşunları Varşavaya tərəf yürüş etdilər.
Artıq bir neçə həftə
sonra xalq Nasistlərin amansız Blitzkrieg taktikalarından qorxaraq parçalandı.
Sovet qüvvələrinin 17-də gəlməsi nəticəsində qısa müddət ərzində 5 illik qlobal
müharibəyə səbəb olan təsirli döyüş baş verdi, nəticədə 75 milyon insan
həyatını itirdi.
Britaniya və Fransanın 3
Sentyabrda müharibə elan etməsinə baxmayaraq, 1-ci dünya müharibəsinin
xatirələrindən qaçan müttəfiqlər tərəddüdlü idilər. 8 ay müttəfiqlər almanlara
qarşı aktiv mübarizə etmədilər- bu periodu “ Qəribə müharibə” adlandırırlar.
Almaniya qərbdəki keçmiş Polşa torpaqlarını da əlavə edərək ölkənin qərb
sərhədini, Sovietlər isə şərq sərhədini idarə edirdi. Qalan ərazilər Baş
Hökumət - Nasist Hans Frankın rəhbərlik etdiyi Alman administrasiyasının
nəzarəti altında idi.
Hitler işğal etdiyi
ölkələr arasında ancaq Polşa ilə heçbir əməkdaşlıq etmirdi
Jurnalist, Maks Hastings.
Nasist təbliğatı etnik
almanları polyaklar tərəfindən təzyiqə məruz qalmış kimi göstərmişdi və bu
bəhanə kimi istifadə edilirdi. Əvvəlki işğaldan çox əziyyət çəkmiş şəhər etnik
təmizləmənin qurbanı olmaq üzrəydi. 12 Oktyabr 1940-cı ildə Nasistlər Varşavada
getto qurmaq qərarı aldılar. 10 fut hündürlüklü tikanlı məftillərlə hüdudlanmış
1,3 mil ərazidə 200.000 yəhudi var idi- hər otaqda təxminən 7 adam. Habelə, bu
hadisələrin təsiri ilə tək İrena Sendlerdən ibarət olan müqavimət hərəkatı-
Polşa Yeraltı Höküməti yarandı.
Alman işğalı zamanı Sendler Varşava Sosial Yardım departamentində idarəçi
idi. Gettodakı şəraitdən dəhşətə gələn Sendler, Polşanın yeraltı müqavimətinin
təşkil etdiyi Yəhudilərə Yardım Şurasına (Żegota) qoşuldu. Sosial Yardım
İdarəsinin əməkdaşı olaraq Sendler Varşavanın Epidemik Nəzarət İdarəsinin
xüsusi icazəsi ilə gettoya giriş əldə edə bilirdi. İçəridəki dəhşəti gördükdən
sonra, o birçoxları ilə birlikdə vəziyyəti düzəltməyə çalışdı. Bir çox yahudi
uşaq şəhərdəki zülmkar hökmranlığın nəticəsində yetim qalmışdı.
Uşaqları xilas etmək üçün avadanlıqlar qutusu, kartof kisələri, tabutlardan
istifadə edirdilər. Sərhəddəki katolik kilsəsi çoxsaylı yeraltı tunellərin
arasında nadir qaçış yolu təmin etmişdi.
Qoluna ulduz bağlayaraq Yəhudi xalqına həmrəkliyini göstərən Sendler
yetim uşaqları yəhudi olmayan ailələrə və monastırlara verirdi. Onlara yeni
şəxsiyyət vermək üçün saxta sənədlər və imzalar hazırlayırdı. Bir müddət sonra
Sendler valideynləri uşaqların Gettodan kənardakı daha yaxşı həyat
perspektivləri üçün ona əmanət etmələrinə razı salmağa çalışırdı. O xilas
etdiyi uşaqların adlarını bankada saxlayırdı. Banka kənarlarına kimi 2500 kağız
ilə dolmuşdu.
“Dinindən və milliyətindən asılı olmayaraq əzilən hərkəsi xilas etmək
lazımdır” inancı ilə böyümüşəm.
İrena Sendler
Sendlerin fəaliyyətləri
diqqətdən kənarda qalmadı, 1943-cü ildə həbs olundu Gestaponun Pawiak
həbsxanasına göndərildi. Günlərlə uşaqların adları və əməkdaşlarının yerləri
barəsində sorğuya alındı və boyun əymədi. O vəhşicəsinə döyülmüş və işgəncə
edilmişdi(ayaqları qırılmışdı). Dostlarından həbsxananın yeraltı şəbəkəsi
vasitəsilə gələn gizli mesajlar onu rahatladır və motivasiya edirdi. Nasist
səlahiyyətlilərinə rüşvət vermək üçün lazımi vəsaiti toplayan Żegota olmasaydı,
yəqin ki, onu ölüm gözləyirdi. Bir sıra işgəncələrdən sonra Varşava xilaskarını
həbsxana divarlarından azad etdilər.
Sendler gizlənməyə
məcbur oldu, Klara Dabrovska adını alıb və bir müddət dayısı ilə birlikdə
yaşadı. Żegota ilə işləməyə davam edən yeni adı ilə Klara Dabrovska 1944-cü il
üsyanı zamanı Varşavaya qayıdıb ilk tibbi yardım məntəqəsində tibb bacısı kimi
xidmət göstərdi.
Tək Sendler tərəfindən
təxminən 400 uşaq Gettodan qaçırılmışdı. 2008-ci ildə onun vəfatı ilə dünya bir
qəhrəman ruhu itirdi. Onun hekayəsi insan ruhunun gücünün təmsilidir.
Irena Sendler: Varşava
gettosunun xilaskarı