Persona

John F. Kennedy

John F. Kennedy

John F. Kennedy Amerikada seçilmiş ən gənc ikinci prezident idi. 

O Soyuq Müharibənin ən vacib anlarından birinə (Kuba Raket Böhranı) nəzarət edirdi. O, mülki hüquq qanunvericiliyinə çağırış və yoxsulluğun azaldılması cəhdi ilə Amerikanın insan haqlarına inamını sübut etməyə çalışırdı. Kennedy 22 Noyabr 1963-cü ildə suiqəst nəticəsində öldürüldü. Bu, Amerikanı və dünyanı heyrətə gətirən faciəvi bir ölüm idi.

Con F. Kennedi 1917-ci ilin mayında, məşhur bir siyasi ailədə anadan olmuşdur. Atası Cozef Kennedi Demokrat Partiyasının aparıcı üzvü idi və Cozef müharibədən sonra Con F. Kennedini siyasi istəklərini həyata keçirməsi üçün cəsarətləndirirdi.

John "Münxendə barışçılıq" mövzusunda bir tezis hazırladıqdan sonra Harvard universitetindən məzun olmuşdur. Onun bu tezisi sonralar çox uğurlu bir kitaba çevrilmişdir: Why England Slept (İngiltərə niyə yatıb) (1940).

Amerika müharibəyə daxil olmazdan əvvəl Con Dəniz Qüvvələrinə qoşuldu və Sakit Okeanı boyunca əməliyyatlar həyata keçirdi. 1943-cü ilin avqustunda onun gəmisi yapon qırıcı Amagiri tərəfindən vuruldu. Daha sonralar Con F. Kenedi birlik yoldaşını xilas etməkdə göstərdiyi cəsarətinə görə mükafatlandırıldı. O, həmçinin müharibədə baş vermiş bir hadisəyə görə Bənövşəyi Ürək mükafatına da layiq görülmüşdür. Sonralar Kenedi keçirdiyi əməliyyatlar haqda təvazökar davranaraq uğursuz alınmış hərbi əməliyyata görə məyus olduğunu etiraf etdi.

O, 1946-cı ildə ABŞ Nümayəndələr Palatası üçün Bostonda yer qazandı və 1952-ci ildəi Respublikaçı namizədi məğlub edərək ABŞ Senatına seçildi.

Kennedi 1953-cü ildə Jaklin Lee Bouvier ilə evlənmişdir. O, 1957-ci ildə şəxsi inancları üçün ayağa qalxan ABŞ Senatorları haqqında yazdığı Şücaətin xassələri (Profiles in Courage) adlı kitabına görə Pulitzer mükafatına layiq görülmüşdür.

1956-cı ildə Kennedi Adlai Stevenson üçün vitse-prezident  seçilməyə çox yaxın idi. Xalqın fikirləri Kennedinin profilinə müsbət təsir göstərdi və 1960-cı ildə o, Prezidentlik üçün Demokrat namizəd olaraq seçildi.

1960-cı ildə, gərgin keçən seçkilərdə John F. Kennedy çox sayda azarkeşi olan Respublikaçı Richard Niksonu çox az bir fərqlə üstələdi. Bu, seçkiqabağı kampaniyalar zamanı televiziyanı izləyən milyonlarla insanların olduğu, yaddaqalan bir seçki idi. Con F. Kennedi televiziyada çox yaxşı çıxış etdi. O, kamera qarşısında çox daha rahat və peşəkar görünürdü.

İlk dəfə idi ki, Amerikada Roma Katoliki prezident seçilirdi. Bu hadisə Amerikadakı Protestantların Amerikanın Vatikanın təsiri altına düşə biləcəyinə ehtimal verməsi ilə böyük bir məsələyə çevrildi. Kennedi səs verənləri əmin etməli idi ki, o Prezident olmaq istəyən Katolik bir namizəd deyil, Prezident olmaq üçün namizədlik irəli sürən bir Katolikdir.

Açılış mərasimində C.F.Kennedi  yaddaqalan bir çıxış etdi. O, bu çıxışında vətəndaşlarını millətinin yenidən güclənməsinə kömək etmək üçün cəsarətləndirirdi.

“ Ölkənizin sizin üçün nə edə biləcəyini sorğulamayın. Ölkəniz üçün nə edə biləcəyinizi sorğulayın.”

O, həmçinin daha böyük beynəlmiləlçiliyə çağırış elədi.

“Biz bildirəcəyik ki, Amerikanın əsas maraqları sülh və azadlıqdır. Rus xalqı ilə ahəngsiz yaşamaqdan narahatıq. Biz nə fəth, nə peyklər, nə də var-dövlət istəyirik. Biz yalnız müharibənin olmadığı, bir millətin başqa bir millətə qarşı qılınc qaldırmadığı günün gəlməsini istəyirik.”

1961-ci ildə Kennedi Kubadakı Donuzlar Körfəzinə hücum əmrini verdi. Bu əməliyyata əsasən ABŞ-ın minimal dəstəyi olan Kuba sürgünlərə rəhbərlik edirdi. Lakin, istila cəhdi uğursuz oldu. Bu məğlubiyyət Fidel Kastronun hakimiyyətdə olduğu Kuba ilə Amerikanın lehinə olmayan danışıqların aparılmasına səbəb oldu.

Dünya 1962-ci ildə Kuba Raket Böhranı zamanı müasir silahlı nüvə müharibəsinə çox yaxınlaşmışdı. Sovet İttifaqı raketlərini Kubaya yerləşdirmişdi. Amerika hərbçilərinin çoxu raket bazalarına aviazərbələr endirməyə can atırdı, lakin Kennedi daha ehtiyatlı diplomatik yanaşma seçdi. O, Xruşşova heç bir tərəfin itki verməyəcəyi və eyni zamanda raketlərin Kubadan yığışdırılacağı bir çıxış yolu təklif etdi.

  Qısa çəkən prezidentliyi dövründə Con F. Kennedi Vyetnam da daxil olmaqla ABŞ-da davam edən gərginliyə nəzarət edirdi. Bu zaman ərzində o, həm də ölkəyə 16000 hərbi məsləhətçi göndərilməsinə nəzarət etdi. Daha sonra Kennedinin Müdafiə Katibi Robert McNamara Kennedinin 1963-cü ildə Vyetnamdan çıxmağı düşündüyünü və Kennedinin yaşadığı müddətdə Amerikanın iştirakının sona çatacağını söylədi. Kinolentlər göstərir ki, Kennedinin keçmiş vitse-prezidenti Lyndon Johnson daha sonra Kennedinin Amerikanın geri çəkilməsi barədə fikirlərini tənqid etdi. 

Ich Bin Ein Berliner

1963-cü ilin iyununda Kennedi Qərbi Berlində yaddaqalan bir çıxış etdi. O, millətləri sərhədlə ayırdıqlarına görə SSR-ni tənqid etdi. O, dedi:

"Azadlığın bir çox çətin tərəfi var və demokratiya təmamilə mükəmməl deyil, amma xalqımızı çərçivədə və azadlıqdan uzaq saxlamaq üçün heç bir zaman divar hörməməliyik."

Con F. Kennediyə 1963-cü ilin noyabrında sui-qəsd edildi. Lee Harvey Oswald onun öldürülməsində əli olduğu üçün tutuldu və mühakimə olundu. Lakin məhkəməyə gəlməzdən əvvəl Lee Harvey Oswald özü Cek Rubi tərəfindən öldürüldü. Lee Harvey Oswald həmişə günahsızlığının arxasında dururdu və bir çoxu sui-qəsdin daha dərindən işlənmiş bir qətl olduğuna inanırdı.

Kennedinin Yarım əsr əsəri

 


Amazon "Kennedi Yarım Əsr"

C.FKennedinin sitatları:

"Hakimiyyəti quran insanlar Millətin böyüməsinə əvəzsiz töhfə verirləramma hakimiyyətin doğruluğundan şübhələnən insanlar xüsusi bir töhfə verirlərHakimiyyəti sorğulamaq insanların həyat tərzindən çox uzaq olsa daonlar bizim hakimiyyətdən bəhrələndiyimizi və ya hakimiyyətin bizdən bəhrələndiyini müəyyən edirlər."

- Con FKennedyAmherst Kolleci, 26 oktyabr 1963 - Mənbə JFK Kitabxanası, BostonKütləvi

"Beləliklə, amerikalı həmyerlilərim, ölkənizin sizin üçün nə edə biləcəyini sorğulamayın. Ölkəniz üçün nə edə biləcəyinizi özünüzdən soruşunDünyadakı həmvətənlərimAmerikanın sizin üçün nə edəcəyini deyilinsan azadlığı üçün hamınızın bir olaraq nələr edə biləcəyimizi soruşun. "

-  Con FKennedyaçılış ünvanı, 20 yanvar 1961-ci il

"Müharibə vicdanından imtina edən şəxsinyəni döyüşçünün bu gün əldə etdiyi nüfuz və eyni nüfuza sahib olduğu günə qədər mövcud olacaq."

"Mənim təsvir etdiyim hüquqların irqindəndinindən və milli mənşəyindən asılı olmayaraq hamının istifadə etdiyi bir Amerikaya inanıramBurada hər bir vətəndaş istədiyi kimi düşünmək və danışmaqistədiyi kimi yazmaq və ibadət etmək azadlığına sahibdir və hər bir vətəndaşın istədiyi kimiyəni kimsədənişə götürənindənbirliyin liderindən və ya ruhanidən göstəriş almayaraq səs verə biləcəyi bir Amerikaya inanıram"

 

Axırıncı

Nə üçün su yanmır?

Nə üçün su yanmır

Bir qism əşyaları güclü şəkildə qızdıran zaman onlar alışır. Digərləri isə hətta zəid qızma zamanı da yanır. Ümumiyyətlə,

Coronavirus triviası

Coronavirus triviası

2019- 20 koronavirus pandemiyası, 2019-cu ildə koronavirus xəstəliyi ilə əlaqəli hələ də davam edən beynəlxalq sağlamlıq vəziyyətidir.

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

dəvələr haqqında Dəvələrin iki növü var

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

kosmik səyahətə

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr

Güclü qalmaq üçün tövsiyələr  Emosional

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Gənc sahibkarların biznes təcrübələri

Amerikanın ən gənc sahibkarların təcrübələriylə tanış olun.

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

Tarixin ən böyük moda sahibkarları

Tarixin ən böyük moda sahibkarları Ralf Lauren Phil Knight Levi Strauss

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

ufo